Mühazirə Bilik anlayışı. Biliklərin təsvir və təqdim üsulları



Yüklə 1,02 Mb.
səhifə37/52
tarix21.09.2022
ölçüsü1,02 Mb.
#63916
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   ...   52
C fakepathMühazir Bilik müh ndisliyi (1)

2. Proqnostik modelləşdirmə (Predictive Modelling). Bu mərhələdə 1-ci mərhələnin nəticələrindən istifadə edilir və üzə çıxarılan qanunauyğunluqlar proqnozlaşdırma üçün tətbiq edilir. Proqnostik modelləşdirmə aşağıdakı əməliyyatları nəzərdə tutur:
-naməlum qiymətlərin proqnozlaşdırması;
-proseslərin inkişafının proqnozlaşdırılması.
Proqnostik modelləşdirmə prosesində təsnifat və pronozlaşdırma məsələləri həll edilir. Təsnifat məsələsinin həlli zamanı 1-ci mərhələnin nəticələrindən (induksiya qaydalarından) məlum qiymətlər əsasında yeni obyektin müəyyən əminliklə əvvəlcədən bəlli olan siniflərdən birinə aid edilməsi üçün istifadə edilir. Proqnozlaşdırma məsələsinin həlli zamanı 1-ci mərhələnin nəticələri (meyletmələr və variasiyalar) məqsəd dəyişəninin naməlum qiymətləri haqqında əvvəlcədən xəbər vermək ücün istifadə edilir.
1-ci mərhələdə baxılan misalın davamı olaraq aşağıdakı nəticəni çıxarmaq olar: «iddiaçının rəhbər vəzifə axtardığını və onun stajının 15 ildən cox olduğunu bilməklə 70% əminliklə demək olar ki, onun yaşı 35-dən çoxdur və ya «əgər iddiaçının yaşı 35-dən və arzu olunan əmək haqqı 1200 $-dan çoxdursa, 90% əminliklə demək olar ki, o rəhbər vəzifə axtarır».
Sərbəst axtarış induktiv xarakter daşıyır, bu mərhələdə üzə çıxarılan qanunauyğunluqlar xüsusidən ümumiyə doğru formalaşdırılır. Nəticədə müəyyən sinfin nümayəndələrini tədqiq etməklə, həmin sinfə aid obyektlər haqqında ümumi bilik alınır. Yuxarıda baxılan misala görə «yaş35 il», «arzu olunan əmək haqqı1200$» xüsusi faktlar əsasında ümumi nəticəyə gəlinir ki, iddiaçılar-rəhbər işçiləridir.
Pronostik modelləşdirmə isə, əksinə, deduktiv xarakter daşıyır. Bu mərhələdə alınan qanunauyğunluqlar ümumidən xüsusiyə doğru formalaşdırılır. Burada tədqiq olunan obyektin məxsus olduğu sinfi və həmin sinif çərçivəsində qüvvədə olan ümumi qaydanı bilməklə, hər hansı obyekt və ya obyektlər qrupu haqqında yeni biliklər alınır. Baxılan misala qayıdaq: iddiaçının rəhbər iş axtardığını və onun stajının 15 ildən cox olduğunu bilərək 70% əminliklə demək olar ki, onun yaşı 35-dən coxdur. Beləliklə, məlum olan ümumi qaydalar: «iddiaçının məqsədi-rəhbər iş tapmaq», «iddiaçının stajı-15 ildən çox» əsasında xüsusi nəticə çıxarılır: «iddiaçının yaşı 35-dən coxdur».
Alınan qanunauyğunluqlar bəzən şəffaf ola bilər, yəni analitik onları izah edə bilər (məsələn, yuxarıda baxılan qaydalar), bəzən isə «qara qutu» kimi qeyri-şəffaf ola bilər. Sonuncu neyron şəbəkələrə aiddir.

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin