Obraz anlayışı Həyatda bir sıra xüsusi tip çoxluqlar mövcuddur. Bu çoxluqların xarakterik xüsusiyyətləri vardır ki, bu da özünü onda göstərir ki, insanlar (həmçinin heyvanlar) çoxluğun sonlu saylı obyektləri ilə tanış olduqdan sonra onun istənilən qədər böyük saylı başqa nümayəndələrini tanımaq qabiliyyətinə malik olurlar (yəni müxtəlif predmet və hadisələrdən ayırmaq).
Bu tipli çoxluqları obraz adlandırmaq olar. Bu anlayışdan görünür ki, burada “obraz” termini dərk etmə nəzəriyyəsində qəbul olunmuş termindən fərqli məna kəsb edir.
Obraz (sinif) - dedikdə hər hansı əlamətlərinə görə müəyyən obyektlər toplusunun birləşdirilməsini (seçilməsini) təmin edən siniflərəayirma qruplaşması başa düşülür. Ətraf aləmin obrazının inikası və yadda saxlanması insan beyninin müəmmalı xarakterik xüsusiyyətlərindən biridir. Belə ki, sonsuz sayda qavrana biləsi məlumatlar axınını aydınlaşdıra bilmək, ətraf aləm haqqında verilənlər bazasının okeanında oriyentasiyanı qoruyub saxlamaq çox mürəkkəb prosesdir.
Xarici aləmi qavrayarkən biz həmişə duyğu orqanlarımızın ötürdüyü məlumatları klassifikasiya edirik, yəni onları eyniləşdirən deyil oxşar olanları qrupuna ayırırıq. Məsələn sanki insanların müxtəlifliyi qədər rəngarəng olan “A” hərfinin əl yazısını, yaxud eyni dərəcədə müxtəlifliyə malik və eyni notda, eyni oktavada səsləndirilən “A” səsini, yaxud eyni oktavada müxtəlif alətlərdə səsləndirilən eyni notları klassifikasiya edərək qavrayırıq. Qeyd edək ki, muəyyən bir sinfin qavrama qrupu anlayışını daxil edərkən həmin qrupun çox az elementlərinin tanınması kifayətdir. Uşağa “A” hərfininin əlyazmasını bir dəfə göstərmək kifayətdir. O muxtəlif şriftlərlə, yaxud müxtəlif insanlar tərəfindən yazılsa belə həmin hərfi asanlıqla seçə bilir. Beyinin bu xususiyyətinə əsasən obraz adlanan anlayış daxil edilir.
Obrazın belə bir xarakterik xüsusiyyəti vardır ki, onun klassifikasiya etdiyi sinifdən sonlu sayda element ilə tanış olmaq onun bütün elementlərini tanımağa imkan yaradır.
Məsələn bir dəfə axar çay, dəniz, maye görmək, bir dəfə musiqi, hekayə dinləmək kifayət edir ki, həmin terminlərə uyğun hətta həmin sinfin başqa elementi ilə qarşılaşdıqda belə insan onu tanısın. Obraz olaraq hər hansı idarəetmə obyektinin vəziyyətləri toplusunu qəbul etmək olar, belə ki, bütün bu vəziyyətlər toplusunda qarşıya qoyulan məqsədə çatmaq üçün obyektə eyni cür təsir edilməsi tələb olunur. Obrazların belə bir obyektiv xarakterik xüsusiyyəti vardır ki, müxtəlif muşahidə materialları üzərində obrazi öyrənən müxtəlif insanlar bir-birindən asılı olmayaraq eyni obyektləri klassifikasiya edirlər.
Obrazın məhz bu obyektivliyi dünyanın hər yerindəki insanların bir-birini başa düşməsinə imkan yaradır. Ətraf aləmin obraz şəklində qavranması sonlu sayda elementinin tanınmasına görə muəyyən dəqiqliklə sonsuz sayda obyektlərin tanınmasına imkan yaradır və obrazın əsas xassəsinin obyektiv xarakteri onun tanınması prosesinin modelləşdirilməsinə imkan verir. Obyektiv reallığın inikası olmaqla obraz anlayışı həqiqətin özü qədər obyektivdir, və buna görə də özlüyündə ayrıca xüsusi araşdırma, tədqiqat obyekti ola bilər.
Obrazın tanınmasının öyrənilməsinə aid olan ədəbiyyatlarda bəzən obraz anlayışı yerinə sinif anlayışını
istifadə edirlər.
Obrazlara misal olaraq aşağıdakı çoxluqları göstərmək olar: «kişilər», «qadın portretləri», «“a” hərfləri», «5 rəqəmləri» və s.
Hadisələrin obraz formasında dərk edilməsi ətraf mühitin dərk edilməsi prosesində mühüm rol oynayır. Bu ilk növbədə yaddaşdan səmərəli istifadə olunmasına imkan verir, belə ki, o biri konkret hadisələrin çox saylı çoxluğunun yadda saxlanılması zərurətindən azad edir.
Obraz anlayışından görünür ki, obrazın bizim üçün yeni obyektlərinin “tanınmasına” qədər öyrədilmə prosesi baş verir.
Öyrədilmə zamanı biz müəyyən saylı obyektlərlə tanış oluruq. Bundan başqa hər hansı bir mənbədən hər bir obyektin hansı obraza aid olması barəsində məlumat alırıq (misal üçün daha təcrübəli insandan – “müəllimdən”). Məhz bu qayda ilə biz savad əldə edirik (müəllim bizə hərfləri göstərir).
Obrazların xarakterik xüsusiyyətinin obyektivliyi ondadır ki, obrazın müxtəlif obyektlər qrupunda öyrədilən insanlar, əksər hallarda eyni və bir-birindən asılı olmayaraq eyni bir yeni obyektləri təsnif edirlər. Obyekt az və ya çox təhriflərə məruz qalsa da, o yenə həmin obrazın obyekti olaraq qalır. Məntiqi anlayışlar isə obraz ola bilməzlər. Misal üçün həndəsi mənada üçbucaqlar və ya çevrələr obraz deyillər, misal üçün çevrə kiçik bir deformasiyadan sonra öz həndəsi mənasını itirir.
Obrazların əsas xüsusiyyətinin obyektiv xarakteri “obrazların tanınmasının öyrədilməsi prosesini maşında modelləşdirmək olarmı?” sualını qoymağa imkan verir.