Sabitlik dərəcəsi. dayanıqlı müvazinət hərəkətlərini (duruş, oturuş, uzanaraq dayaq) bir – biri ilə müqayisə etdikdə görürük ki, bədənin dəyişməyən müvazinəti müxtəlif olur. Oturan adamı müvazinətdən çıxartmaq üçün, çox qüvvə tələb olunur, nəinki duran insanı müvazinətdən çıxartmaq. Odur ki, statik vəziyyətin təhlilində təkcə müvazinət növünü deyil, həm də stabillik dərəcəsini təyin etmək lazımdır.
Dayaq meydançası.Bədənin istinad etdiyi kənar nöqtələr arasındakı meydançaya deyilir. İstinad meydançası böyük olduqca onun sabitlik dərəcəsi də böyük olur. Məsələn, uzanaraq dayaq vəziyyətindəistinad meydançası ayaq barmaqları ilə əlin ovuc hissəsi arasındakı meydançaya deyilir. Ayaqları aralı olmaq şərtilə duruş vəziyyətində dayaq meydançası bir ayağın kənarı ilə digər ayağın kənarı arasındakı meydança olur.