Mühazirə Biomexanika fənninin predmeti və üsulları


İnsan hərəkətlərinin mexaniki xüsusiyyətlərini ölçmək



Yüklə 159,4 Kb.
səhifə24/85
tarix02.01.2022
ölçüsü159,4 Kb.
#37859
növüMühazirə
1   ...   20   21   22   23   24   25   26   27   ...   85
ELÇİN MƏMMƏDOV - - Biomexanika-III kurs-B-tərb.vəidman

3.İnsan hərəkətlərinin mexaniki xüsusiyyətlərini ölçmək

üçün cihazlardan istifadə edilməsi.

Yolun ölçülməsi – sahənin xarakterini ölçmək üçün santimetr lenti, xətkeş, ölçü taxtası, boy ölçən, bucaq ölçən və s. cihazlardan istifadə edilir. Bu cihazların köməyi ilə bütün məsafəni, ya da məsafənin bir hissəsini, addımın uzunluğunu, tullanmanın hündürlüyünü təyin etmək olar. Hal – hazırda mexaniki miqdarı ölçmək üçün elektrik ölçü metodu geniş yayılmışdır. Bunun köməyi ilə bilavasitə olaraq oynaqlarda hərəkət əyriliyini, bucaq sürətini, sürətləndirmə əyriliyini və s. qeyd etmək mümkündür.

Vaxtın öıçülməsi – bunun üçün saniyə öıçənlər, xronoskoplar, xronometrlər, metronomlardan istifadə edilir. Bunların köməyi ilə bütün məsafəni ya da məsafənin bir hissəsini, hərəkətin ayrı – ayrı fazalarının davamlılığını, dəqiq vaxtla müxtəlif dərəcələrdə qeyd etmək mümkün olar və hərəkətin sıxlığını müəyyənləşdirmək olar. Vaxt göstəricilərini elektrosaniyəölçənlərlə, foto elementlərlə və s. qeyd etmək mümkündür.

Sürətin və sürətləndirmənin ölçülməsi – yolun böyüklüyünü və onun keçilmə vaxtı haqqında məlumatlar əsasında hesablama yolu ilə başa gəlir. Əvvəlcə bütün yolda olan sürəti, sonra isə yolun ayrı – ayrı hissələrində olan sürəti ayırırlar. Vaxt ərzində sürətin dəyişməsinin miqdarını hesablamaqla sürətləndirməni almaq olar. Yolu, vaxtı, sürəti və sürətləndirməni əyani olaraq təsvir etmək üçün qrafiki göstəricidən istifadə edilir.

Qüvvənin ölçülməsi – təsir edən qüvvənin ölçüsünü , cismin kütləsi və sürətləndirməni bilib, ölçməklə əldə etmək olar: F1=ma. Əzələ qüvvəsini ölçmək üçün müxtəlif qüvvə ölçən cihazlardan istifadə edilir. Bu cihazların köməyi ilə ayrı – ayrı əzələ qruplarının gərginlik qüvvəsini, istinad nöqtəsinə olan təsirini, miqdarını, təkan, zərbə, sancma və s. qüvvəsini müəyyənləşdirmək olar. Bu cihazları 2 növə bölmək olar: birincilər adətən qüvvənin maksimal əhəmiyyətini, ikincilər isə qüvvənin əyrilik şəklində dəyişdiyini qeyd edirlər (dinamoqraf).


  1. Yüklə 159,4 Kb.

    Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin