Maye mühitə təkan vurma üsulu üzrə tsiklik lokomasiyalar.
Buna üzgüçülük, suya baş vurmaq, avar çəkməyi misal göstərmək olar. İdman üzməsinə krol, battarflay, böyrü üstə üzmələr daxildir. Hər hansı bir üzmə üsulunu öyrəndikdə mütləq bədənin vəziyyərini, qıçların hərəkətini, qolların hərəkətini, tənəffüsü, qol və qıç hərəkətləri arasındakı uzunluğu öyrənmək lazımdır. Bunlardan əlavə hər bir üzgüçü əzələlərin gərginləşməsini, boşalmasını və səhvlərin düzəldilməsini bacarmalıdır.
Krol üzməni dərindən öyrənmək üçün bədənin vəziyyətini, qol və qıç hərəkətlərini ayrı – ayrılıqda öyrənmək lazımdır. Krol üzmə üsulunda qıçlar suyun üst təbəqəsinə yaxın, yuxarıdan aşağıya və aşağıdan yuxarıya doğru hərəkət edir. Qıçların hərəkəti zamanı, yəni qıçın biri yuxarıda, o biri aşağıda olduğu zaman onların arasındakı məsafə 30 – 35 sm - ə bərabər olur. Krol üzmə üsulunda qıçların hərəkəti ardıcıl olaraq suda avarçəkmə və suyun üzərindəki hərəkətlərdən ibarətdir. Üzgüçünün irəliyə hərəkət etməsi üçün əsas, qolunsudakı hərəkətidir. Krol üzmə üsulunda tənəffüs etmək üçün baş ya sağa və ya da sola çevrilir, sonra yenə əvvəlki vəziyyətinə qayıdır. İnsan üzən zaman maye mühitlə, yəni su ilə əlaqədar olur. Bu isə mexanika nöqteyi – nəzərindən, daha dəqiq desək, Nyutonun 3 – cü qanununa görə, sürət üçün əlverişli olmur. İdman üzməsi tsiklik lokomasiyaya aiddir. Üzgüçünün tsikl hərəkətlərini işçi və hazırlayıcı fazalara ayırmaq olar.
Dostları ilə paylaş: |