Vəzifəsi. Portativ NÖC komunikatoru intellektual vericilərlə operator arasında ikitərəfli əlaqə yaratmaq üçün istifadə olunan avtonom elektron quruluşdur. NÖC komunikatoru vasitəsilə operator (dispetçer) otağından vericinin mikroprosessoruna komanda verə bilər (verilənləri ötürə bilər) və yaxud oradan siqnallar qəbul edə bilər (şəkil 3.4.). Bu əməliyyatı yerinə yetirmək üçün istənilən yerdən vericinin siqnal xəttinə qoşula bilər. NÖC komunikatorunun zərbəyədavamlı gövdəsi, qoruyucu köynəyi vardır. Nikelkadmium akumlyatoru olan batareyadan qidalanır və eyni zamanda əlavə olaraq sabit cərəyan mənbəyi ilə təmin oluna bilər:
Funksiyası. Rabitə rejiminin seçilməsi: Çıxış siqnalının analoq (4-20 mA) və yaxud rəqəm şəklində verilməsi üçün vericiyə komanda vermək. NÖC komunikatorunun intelektual vericilərə birləşdirilməsi sxemi şəkil 3.9-da göstərilmişdir.
Şəkil 3.9. NÖC komunikatorunun intelektual vericiyə birləşdirilmə sxemi
Konfiqurasiya edilmə: Vericinin yaddaşına istənilən işçi parametrin yazılması.
Diaqnostika: İntelektual vericilərlə iş və yaxud rabitə zamanı gözlənilən səhvləri aşkar etmək üçün diaqnostika aparmaq imkanı.
Dərəcələnmə: NÖC komunikatoru intelektual çeviricilərdə sadələşmiş dərəcələnmə (kalibrovka) əməliyyatlarını yüksək dəqiqliklə yerinə yetirir.
Displey: Həm vericidən gələn bütün işçi parametrləri hesablayır, həm də tərtib olunmuş proqramın və vericilərin mövqe nömrələrini göstərir. Texnoloji obyektlərdə təzyiqin fərqini, temperaturu, sərfi və axının sürətini operativ hesablamağa imkan verir.
Yoxlanılması: Vericinin düyməsini «Çıxış» rejimində qoyduqda həmin bu kolibratora 0%-dən 100% diapazona qədər dəqiq siqnal komandası vermək olar. Belə bir imkanın olması konturun yoxlanılmasına, kalibrovkaya və nasazlığın axtarılmasına köməklik edər.
NÖC komunikatorunun texniki xarakteristikası cədvəl 3.1-də göstərilmişdir.
Cədvəl 3.1
İşçi şərait
|
Nəqletmə və saxlanılması
|
1. Ətraf mühitin temperaturu, °C
|
-15-dən +55-ə qədər
|
-40-dan +80-ə kimi
|
Nəmliyi %
|
0-dan 95%-ə qədər
|
0-dan 95%-ə qədər
|
NÖC komuni-kator ilə qida mənbəyi arasındakı konturda olan minimal müqaviməti, Om
|
250
|
3.6. Rezonans tezlilik həssas elementli EJA tipli təzyiq vericisi
(Yaponiya - «YOKOGAWA-Elektrik-Corporation»)
EJA tipli təzyiq vericisi maye, qaz və buxarın izafi təzyiqini, təzyiqlər fərqini ölçmək üçün istifadə olunur. Bu vericinin çıxış siqnalı 4-20 mA, ölçü diapazonu:
izafi təzyiq ölçərkən, MPa (0-14)
təzyiqlər fərqi ölçərkən, MPa (0- 0,5)
Dəqiqlik sinfi 0,1 %-dir, ölçülən mühitin temperatur diapazonu isə °C-lə -40 +120 arasında dəyişir.
EJA təzyiq vericisi konstruktiv olaraq təzyiqi tezliyə çevirən ilkin rezonans tezlilik vericisindən və tezliliyi unifikasiya olunmuş (4-20) mA cərəyan siqnalına çevirən ikinci elektron çeviricisindən ibarətdir. Təzyiq cihazları istehsal edərkən texnikanın ən yeni nailiyyətləri tətbiq olunmuşdur. Belə ki, başqa
təzyiq vericilərindən fərqli olaraI, bu vericidə ənənəvi analoq sensorlarından yox, rezonans tezlikli sensordan istifadə edilmişdir
Şəkil 3.10. EJA təzyiq vericisi
1-He-şəkilli rezonator; 2- Maqnit sahəsi; 3- Vakuum mühiti; 4- Membran; 5- Elektrik terminalı; 6- Körpü sxemi.
Sensor, 2 mövqeli sabit maqnit təsiri altında olan və tərkibində monokristal kremni olan 1 He-şəkilli həssas elementdən (rezanatordan) ibarətdir. Qeyd etmək lazımdır ki, bu həssas element 3 mövqeli vakuum mühitində yerləşdirilmişdir. Sensorun iş prinsipini belə izah etmək olar: 1 rezanatorunu, 5 mövqeli elektrik terminalının köməkliyi ilə dəyişən cərəyan vasitəsi ilə həyəcanlandırarkən 1 rezanatoru onun hər iki ayaqlarındakı parametrdən asılı olaraq xüsusi rezonans tezliyi ilə titrəməyə başlayır. Ölçülən P təzyiqi 4 mövqeli membrana təsir edəndə 1 rezenatoru deformasiyaya uğrayır və onun rezonans tezliyi təsir edən P təzyiqinə nisbətən mütənasib olaraq dəyişir. Sensor elə quraşdırılmışdır ki, işçi P təzyiqinin təsirindən rezanatorun biri sıxılır, o biri isə dartılır və nəticədə sensorun çıxış siqnalı rezenatorlarda yaranan tezliklər fərqi hesab olunur. Yaranan tezliklər fərqi isə 6 körpü sxemi vasitəsilə elektron quruluşuna (sensoruna) göndərilir. Elektron sensoru isə rezonatordan gələn siqnalı (4-20) mA elektrik siqnalına və yaxud rəqəm formasında kodlara çevirir. Elektron modulunun çıxış siqnalını iki elektrik naqili vasitəsilə ya elektron hesablayıcı maşının girişinə və ya elektron prinsipi ilə işləyən ikinci cihazın girişinə birləşdirmək olar.
MÜHAZİRƏ 6.
FƏSİL 4
4. Maye, qaz və su buxarının sərfinin ölçülməsi.
4.1. Miqdar və sərf ölçən cihazlar.
İstehsalat proseslərinin idarə edilməsində maddələrin miqdarının və sərfinin ölçülməsinin böyük əhəmiyyəti var. Texnoloji proseslərin idarə edilməsində xammalın, yarımfabrikatların, reagent-lərin və qurğunun çıxış məhsullarının sərfini və yaxud miqdarını ölçmədən iş rejimini düzgün və səmərəli təşkil etrnək olmaz. Vahid zaman ərzində boru kəmərinin baxılan en kəsiyindən keçən maddənin həcminə və kütləsinə sərf deyilir. Sərf vahidi t/saat, m3/saat və s. qəbul edilmişdir.
Müəyyən zaman ərzində (saatda, sutkada, növbədə, ayda və s.) ölçülən maddə həcminə və kütləsinə maddənin miqdarı deyilir. Əgər bir saat ərzində olan sərf Q, ton/saat olarsa, onda bu vaxt ərzində keçən maddənin miqdarı:
(4.1)
olacaqdır.
Sərfi ölçən cihazlara sərfölçənlər, maddə miqdarını ölçən cihazlara isə sayğaclar deyilir.
Sərfölçən cihazlar sərfin ani qiymətini göstərir. Bu kəmiyyət fasiləsiz olaraq dəyişə bilər, yəni zamandan asılı funksiyadır: Q = f(τ). Bu halda τ1 -dən τ2 -yə qədər olan vaxt ərzində keçən maddə miqdarı:
(4.2)
olacaqdır.
Adətən, sərfölçən cihazlarda (4.2) düsturu ilə ifadə olunmuş inteqrallamanı avtomatik yerinə yetirən hesablayıcılar - inteqrallayıcılar quraşdırılır. Əgər hər bir anda sərfin ölçülməsi lazım deyilsə və müəyyən vaxt ərzində keçən maddə miqdarına nəzarət olunursa, onda sərfi yazan və ya göstərən quruluşu olmayan cihazlardan - sayğaclardan istifadə edilir. Maddə miqdarı sayğacları yalnız inteqrallayıcıya malik olur. İnteqrallayıcılar, transportyor lentinin üzəri ilə gedən və ya bunkerdən daha aşağı səviyyədə yerləşən qəbulediciyə tökülən hər hansı maddənin miqdarını təyin edən avtomatik tərəzilərdə də qoyulur.
Dostları ilə paylaş: |