MühaziRƏ Əhali və demoqrafik proseslər haqqında məlumat mənbələri Əhalinin siyahıya alınması


Əhalinin siyahıya alınmasında nəzərə alınan əhali kateqoriyaları



Yüklə 29,49 Kb.
səhifə3/6
tarix30.09.2023
ölçüsü29,49 Kb.
#151308
1   2   3   4   5   6
MÜHAZİRƏ 2

Əhalinin siyahıya alınmasında nəzərə alınan əhali kateqoriyaları
Ötürmə və ikiqat hesablamanın qarşısını almaq üçün siyahıyaalmalarda, müəyyən bir ərazidə yaşayışının xarakterindən asılı olaraq insanlar kateqoriyalara ayrılır: mövcud əhali və daimi əhali; üçüncü bir kateqoriya isə - hüquqi (qeydiyyatda olan) əhali.

  • Mövcud əhali kateqoriyasına siyahıyaalmanın kritik anında müəyyən bir yaşayış yerinin ərazisində yaşayış müddətindən və yaşayış hüququndan asılı olmayaraq faktiki olaraq yaşayan insanlar aiddir.

  • Daimi əhali kateqoriyasına siyahıyaalmanın kritik anında, yaşayış hüququndan asılı olmayaraq, müəyyən bir yerdə daimi yaşayan insanlar aiddir.

  • Hüquqi və ya qeydiyyatda olan əhali kateqoriyasına – qeydiyyat yerində real yaşayışından asılı olmayaraq sənədlərə əsasən - siyahılara, ev kitablarına, qeydiyyat sənədlərinə görə həmin yerdə yaşayan kimi qeydə alınmış şəxslər aiddir.

Mövcud və daimi əhalinin sayı xalq təsərrüfatının müxtəlif elementlərinin planlaşdırılmasında, sayı müstəqil hədəf oriyentiri kimi istifadə olunur.
Əhalinin iki kateqoriyasını əhali haqqında statistik sorğu kitabçalarından istifadə edərkən nəzərə almaq lazımdır (əhalinin ümumi sayı məhz mövcud əhali kateqoriyasına görə nəşr olunur, əhalinin yaş - cins, nigah - ailə, etnik və sosial strukturları haqqında məlumatlar isə əhalinin siyahıya alınmasının yekun nəticələrində işlənib hazırlanır və hər zaman daimi əhaliyə görə nəşr olunur.
Əhali arasında aparılan kütləvi izahat işləri:
Əhalinin siyahıya alınmasının uğurlu olması, bu tədbirdə iştirak edən hər iki tərəfin – siyahıya alanların və siyahıya alınanların mütəşəkkil əlaqələndirilmiş əməkdaşlığından asılıdır. Əhalinin siyahıyaalmanın mahiyyəti, məqsəd və prinsipləri haqqında düzgün anlayışa malik olması, ondan qorxmaması və formulyarların suallarına cavab verməyə hazır olması çox vacibdir.
Əhalini siyahıyaalmada iştiraka sövq etmək üçün, siyahıyaalmadan çox əvvəl, müvafiq populyar ədəbiyyat hazırlamaqla, videoçarxlar, televiziya filmləri nümayiş etdirməklə kütləvi izahat işləri aparılır.

Yüklə 29,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin