MühaziRƏ Əhali və demoqrafik proseslər haqqında məlumat mənbələri Əhalinin siyahıya alınması


Əhalinin təbii hərəkəti hadisələrinin cari statistik uçotu



Yüklə 29,49 Kb.
səhifə4/6
tarix30.09.2023
ölçüsü29,49 Kb.
#151308
1   2   3   4   5   6
MÜHAZİRƏ 2

2.2 Əhalinin təbii hərəkəti hadisələrinin cari statistik uçotu
Əhalinin təbii hərəkət hadisələrinin - doğum, ölüm, nigah və boşanmaların uçotu bu hadisələrin qeydiyyatına əsaslanır Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı (VVAQ) icbari xarakter daşıyır və VVAQ orqanlarında qeydiyyat zamanı doğum,ölüm, evlilik, boşanma haqqında şəhadətnamələrin - sahibləri üçün hüquqi əhəmiyyət kəsb edən sənədlərin verilməsi ilə dəstəklənir. Bu, vətəndaşları demoqrafik hadisələri qeydiyyata almağa təşviq etmək, bununla da qeydiyyatın tamlığını və keyfiyyətini təmin etmək üçün xüsusi olaraq edilmişdir.
Demoqrafik hadisələrin qeydiyyatı zamanı vətəndaş vəziyyəti aktlarının qeydləri xüsusi kitablarda, iki nüsxədə aparılır, onlardan biri kitabda qalır və arxivdə saxlanılır, ikincisi isə qeyd olunan məlumatların işlənməsi və ümumiləşdirilməsi üçün statistika orqanlarına verilir.
Vətəndaşlıq vəziyyəti aktlarında qeyd olunan məlumatları iki hissəyə bölmək olar:

  • Birinci hissə - inzibati xarakterli məlumatlardır (hadisə subyektinin soyadı, adı, atasının adı, müxtəlif sənədlərin nömrələri və s.), bu məlumatlar statistika üçün maraqlı deyil və statistik işlənməyə məruz qalmır.

  • İkinci hissə - statistik əhəmiyyətə malik olan məlumatlardır; məsələn, doğum haqqında şəhadətnamədə yeni doğulmuş uşağın cinsi, doğulduğu yer, ananın neçənci doğuşu olması və ya doğuşun sıra sayı, habelə, valideynlər haqqında yaş, milliyyət, nigah vəziyyəti, daimi yaşayış yeri kimi məlumatlar göstərilir.

Ölüm haqqında aktda mərhumun cinsi və yaşı, yaşadığı yer, ölüm səbəbi, milliyyəti haqqında məlumatlar yer alır. Lakin bu məlumatlar, hətta toplam şəklində olsa belə, demoqrafik proseslərin intensivliyini xarakterizə edə bilmir. Demoqrafik hadisələrin həcmi bu hadisələrə səbəb olan əhalinin sayından asılıdır; ona görə də demoqrafik hadisələrin cəmi onlara müvafiq olan əhalinin toplam cəmi ilə müqayisə olunmalıdır. Əhalinin sayı və tərkibi haqqında məlumatlar siyahıyaalmalar nəticəsində əldə olunur; beləliklə də, demoqrafik hadisələrin cari uçotuna dair məlumatlar əhalinin siyahıyaalma məlumatları ilə sıx vəhdət təşkil edir.




    1. Yüklə 29,49 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin