MÜHAZİRƏ 2. Əhali və demoqrafik proseslər haqqında məlumat mənbələri Əhalinin siyahıya alınması
Əhalinin təbii hərəkəti hadisələrinin cari statistik uçotu
Əhalinin cari registrləri (siyahılar, kartotekalar)
Seçmə və xüsusi tədqiqatlar
Milli transfer hesabları Əhalinin siyahıya alınması
Məlumatlardan səmərəli istifadə etmək üçün onun mənşəyi haqqında müəyyən təsəvvürlərə malik olmaq lazımdır. Bundan sonra, məlumatın imkanlarını, üstünlüklərini, istifadə hüdudlarını, məhz onun yaradılma üsulları ilə şərtləndirilən çatışmazlıqlarını qiymətləndirmək mümkündür.
Demoqrafiyada məlumatların əsas mənbələri: Əhalinin müntəzəm olaraq, adətən hər 10 ildən bir həyata keçirilən siyahıyaalınması (Azərbaycanda olduğu kimi)
Demoqrafik hadisələrin (doğum, ölüm, nigahlar, boşanmalar) cari statistik uçotu
Əhalinin cari registri (siyahılar, kartotekalar)
Seçmə və xüsusi tədqiqatlar (NTA)
Əhalinin siyahıya alınması- bir ölkə daxilində və ya onun dəqiq məhdudlaşdırılmış bir hissəsində müəyyən bir zamanda yaşayan bütün əhali haqqında demoqrafik, sosial-iqtisadi məlumatların toplanması, ümumiləşdirilməsi, qiymətləndirilməsi, təhlili və nəşrindən ibarət ümumi bir prosesdir (Nyu-York, BMT, 1981).
Əhalinin müasir siyahıya alınmasının əsas prinsipləri: Siyahıya almanın aparıldığı ərazinin ümumilikdə əhatə olunması (hər hansı bir status səviyyələrindən asılı olmayaraq hər bir sakinin istisnasız uçotu)
Əhalinin siyahıya alınmasının periodikliyi (və ya müntəzəmliyi) (belə 5 ilə bölünmüş zaman aralıqları- əhalinin yaş strukturu haqqında siyahıyaalma məlumatlarının müqayisə olunmasını təmin etmək üçün seçilir)
Əhalinin siyahıya alınmasının siyahıyaalmanın əhatə etdiyi bütün ərazidə vahid bir proqram üzrə və vahid qaydalara uyğun olaraq aparılması (nəticələrin müqayisə olunmasına nail olmaq üçün bu prinsipə riayət etmək lazımdır)
Qeydiyyatın fərdiliyi (məlumatların ailə, təsərrüfat, mənzil və s. üzrə ümumiləşdirilmiş yekun formasında deyil, hər bir şəxs haqqında fərdi qaydada toplanması)
Məlumatların bilavasitə əhalidən alınması (əhalinin özünə sualları birbaşa ünvanlayaraq məlumat əldə etmək daha etibarlıdır)
Məlumatların anonimliyi (siyahıyaalma zamanı insanlarla aparılan sorğuda əldə olunmuş hər hansı bir məlumatın məxfiliyinin təminatı )
Öz müqəddəratını təyinetmə prinsipi (siyahıyaalma vərəqələrində respondentlərin cavablarını hər hansı bir sənəd təqdim etmədən öz sözlərilə yazmaq)
Birdəfəlik (bir vaxtda) siyahıyaalma (hər bir şəxs haqqında siyahıyaalma zamanı toplanmış bütün məlumatların dəqiq bir vaxtda əlavə edilməsi)
Siyahıya almanın həyata keçirilməsinə mərkəzləşdirilmiş qaydada rəhbərlik.
Əhalinin siyahıyaalma proqramı, əhaliyə yönəlmiş suallardan ibarət siyahıdır. Proqramın suallarına verilmiş cavabların cəmi əsasında siyahıyaalınmanın məqsəd və məramına müvafiq olaraq əhalinin sayı və tərkibi haqqında zəruri məlumatlar formalaşdırılır. Bir qayda olaraq siyahıyaalma proqramının sualları bu məqsədlə tərtib edilmiş xüsusi blanklarda təqdim edilir.
Beynəlxalq tövsiyələrə uyğun olaraq əhalinin siyahıyaalınması proqramına daxil edilmiş suallar respondentlərin onlara tam dolğun və doğru cavab verə biləcəyi şəkildə tərtib edilməlidir (suallar çətin olmamalı və əhalidə qorxu hissi yaratmamalıdır).