Ümumelmi metodlar
Dielektrik materializm metodologiyasına əsaslanaraq elmi idrakın aşağıdakı
metodlarını fərqləndirirlər : ümumelmi və konkret –elmi(məxsusi)
Ümumelmi metodlar nəzəri və elmi tədqiqatlarda istifadə edilir. Onlara
analiz, sintez, induksiya və deduksiya, analogiya və modelləşdirmə,
abstraktlaşdırma və konkretləşdirmə, sistem analizi və formallaşdırma,
hipotetik və aksiomatik metodları, nəzəriyyənin yaradılması,müşahidə və
eksperiment, laboratoriya və ərazidə (sahədə) tədqiqatlar daxildir.
Analiz - bu tədqiqat metodudur, hansı ki, əşyanı öyrənmək üçün, onu fikrən
və yaxud praktiki olaraq tərkib elementlərinə parçalamaq yolu ilə öyrənir
(obyektin
hissələri,
onun
əlamətləri,
xassələri,
münasibətləri,
xarakteristikaları, parametrləri və s.). Ayrılmış hər bir hissə, vahid tamın
tərkibində ayrıca analiz edilir. Məsələn, işçilərin əmək məhsuldarlığının analizi
hər bir sex üzrə və bütölükdə müəssisə üzrə həyata keçirilir.
Sintez - obyekti bütöv şəkildə, tamlıqda və onun hissələrinin qarşılıqlı təsiri
halında öyrənmə metodudur.
Elmi tədqiqatlar prosesində sintez analizlə bağlıdır, çünki o, əşyanın analiz
zamanı ayrılmış hissələrini birləşdirməyə imkan verir, onların əlaqəsini
qurmağa və əşyanı vahid tam kimi dərk etməyə imkan verir (məsələn,
bütövlükdə istehsalat birliyi üçün əıııək məhsuldarlığı).
İnduksiya - tədqiqat metodudur, burada elementlər çoxluğunun əlamətləri
haqqında ümumi nəticə, bu çoxluğun müəyyən hissəsinin elementlərində bu
əlamətləri öyrənmək əsasında edilir.
Məsələn, əmək məhsuldarlığına mənfi təsir göstərən amillər hər bir ayrıca
müəssisə üçün
öyrənilir, sonradan alınmış nəticələr (verilənlər) bütövlükdə istehsalat
birliyi üzrə ümumiləşdirilir ki, onun tərkibinə bütün bu müəssisələr
istehsalat vahidi kimi daxil edilir.
Deduksiya - məntiqi əqli nəticə metodudur- ümumidən xüsusiyə doğru,
burada əvvəlcə obyektin vəziyyəti bütövlükdə, sonra isə onun ayrı-ayrı
elementləri tədqiq edilir.
Əvvəlki misala tətbiqən , əvvəlcə əmək məhsuldarlığı bütövlükdə
istehsalat birliyi üzrə analiz edilir və sonra onun istehsalat vahidləri üzrə
(ayrı-ayrı müəssisələr) analiz yerinə yetirilir.
Analogiya - elmi əqli nəticə metodudur ki, bunun vasitəsilə bir növ
əşya və hadisələrin, onların digərləri ilə oxşarlığı əsasında dərk
edilməsinə nail olunur. O, müxtəlif növ əşya və hadisələrin oxşarlığına
əsaslanır, məsələn, istehsalat birliyindəki əmək məhsuldarlığı, hər bir
müəssisə üçün ayrılıqda tədqiq edilməyə də bilər, yalnız analoq kimi
seçiimiş olan və eyni növ məhsul istehsal edən və eyni istehsal şəraitinə
malik olana əsasən də yerinə yetirilə bilər.
Bu metod istifadə edilərkən, alınmış nəticələr bütün analoji
müəssisələrə yayılır. Bu cür üsulda xərclər xeyli az olur, lakin alınmış
nəticələrin dürüstlüyü zəif olıır.
Dostları ilə paylaş: |