Müqayisə - elmi öyrənmə metodudur ki, bunun vasitəsilə əşya və
hadisələrin oxşar və fərqli cəhətləri müəyyənləşdirilir.
Ölçmə - əvvəlcədən müəyyən edilmiş ölçü vahidinin köməyilə hər hansı
kəmiyyətin ədədi qiymətini təyin etmə prosesinin elmi tədqiqat
metodudur.
Tarixi yanaşma - bütün təsadüfiliklər nəzərə alınmaqla öyrənilən
obyektin,
hadisənin
çoxşaxəliliyi
nəzərə
alınmaqla,
tarixinin
canlandırılmasının baş verdiyi elmi idrak metodudur.
Məntiqi yanaşma - əqli nəticə metodudur ki, bunun vasitəsilə fikirdə
mürəkkəb
dinamiki
hadisənin
tarixi
nəzəriyyə
formasında
canlandırılınası,təsadüfilikləri və ayrı-ayrı ciddi olmayan faktları nəzərə
almadan əldə edilir.
Modelləşdirmə - öyrənilən əşyanın, hadisənin, onun analoquna
(model), iıansı ki, orijinalın xarakteristikasının əhəmiyyətli hissəsinə
malik olanla əvəz edilməsinə əsaslanan elmi idrak metodudur. İqtisadi
tədqiqatlarda riyazi-iqtisadi modelləşdirmə geniş tətbiq edilir. Burada
model və onun orijinalı eynilik tənliklərilə izah olunur və EBM -iə tədqiq
edilir (məsələn,yüklərin avtomobil daşımaları zamanı nəqliyyat
marşrutları).