öyrənməklə, gələcək period üçün müvafiq sahənin və ya regionun
inkişafı proqnozlaşdırılır.
Konkretləşdirmə - əşyaların, abstrakt metoddan fərqli olaraq, bütün
özünəməxsusluğu
nəzərə
alınmaqla həyata keçirilən tədqiqat
metodudur. Burada əşyaların vəziyyəti, onların mövcudluğunun müəyyən
şərtləri daxilində və tarixi inkişafı da nəzərə alınır.
Məsələn, hər hansı bir sahənin inkişafı perspektivləri, yeni texnika və
texnologiyaların tətbiqi əsasında konkret hesablamalara,əmək və maddi
resursların balanslaşdırılmasına və s. amillər nəzərə alınmaqla müəyyən
edilir.
Sistem analizi - tədqiqat obyektinin, sistemi əmələ gətirən elementlər
toplusu kimi öyrənilməsi. Elmi tədqiqatlarda ona, obyektin sistem kimi
özünü aparmasına, onun işləməsinə təsir göstərən bütün amillər nəzərə
alınmaqla baxılır.
Bu metod istehsalat birliklərinin və ümumilikdə sahənin fəaliyyətinin
kompleks öyrənilməsində və xalq təsərrüfatının inkişaf meyllərini təyin
edərkən geniş tətbiq olunur.
Təssüf ki, elmi tədqiqatlarda sistem analizinin tətbiqinin vahid
metodikası hələlik yoxdur. Tədqiqatlar təcrübəsində o, aşağıdakı
metodikalardan istifadə edilməklə tətbiq olunur:
-
əməliyyatların tədqiqi nəzəriyyəsi prosedurları, hansılar ki, tədqiqat
obyektlərini kəmiyyətcə qiymətləndirməyə imkan verir;
-
qeyri-müəyyənlik şəraitlərində obyektləri tədqiq etmək üçün sistemin
analizi;
-
Sistemotexnika,
mürəkkəb
sistemlərin
işləməsi
prosesində
layihələndirilmələri və sintezi də daxil olmaqla (AİS-nin, texnoloji
proseslərin və s. layihələndirilməsi və iqtisadi effektivliyinin
qiymətləndirilməsi).
Dostları ilə paylaş: