Mühazirə Elmi tədqiqatın əsas məqsədləri. Fənnin vəzifələri, tarixi və



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə73/80
tarix15.05.2022
ölçüsü1,35 Mb.
#58042
növüMühazirə
1   ...   69   70   71   72   73   74   75   76   ...   80
Tədqiqat üsulları

mərhələ 
GİRİŞ 
 
f
 ----------------- 

II mərhələ 
ƏSAS HİSSƏ 
 
III mərhələ 
SON 
L
 __________ 
A 
• 
Salamlama 
• 
Təqdimetmə 
5> 
• Material və 
metodlar 
ı> 
• 
Xülasə 
• 
Gələcək 
planlar 
• 
Mövzu 
• 
Elmi 
tapşırıqlar 
• 
Fərziyyələr 
 
• 
Əsas 
nəticələrin 
vizuallaşdırılm
ış təqdimatı 
 
• 
Müzakirə 

Şəkil 6.1. Prezentasiya fazaları [60]. 
 


 
 
Dinləyiciləri  çıxışa  maraqlandırmaq  üçün  auditoriyada  oturanların  orta  bilik 
səviyyəsi prezentasiyanın hazırlanması zamanı nəzərə alınmalıdır. Bu 
nə qədər dəqiq aparıla bilərsə, bir o qədər də maraqlı çıxışa nail olmaq olar. 
Çıxış zamanı verilmiş vaxt limitinə riayət olunmalıdır. Birinci dəfə çıxış edənlərə 
öncədən  sınaq  çıxışını  məşq  etmə  məsləhət  görülür.  Vaxtın  uzadılmasına  yol 
verilsə  də,  o  dinləyicilərdə  müsbət  fikir  yaratmır.  Sonda  vaxt  darlığını  hiss 
edən məruzəçi danışıq tempini artırmaqla vaxtı idarə edə bilər. 
Hazırlıq zamanı aşağıdakı köməkçi suallardan istifadə etmək məsləhət 
görülür [60]: 

 Kimlər  prezentasiyada  iştirak  edəcəklər  (iş  yoldaşları,  elmi  işçilır, 
konfrans iştirakçıları və s .) ? 

 Publikanın  xüsusi  bilik  səviyyəsi  necədir?  Hansı  sahələrə  üstünlük 
vermək olar? 

 Prezentasiya  üçün  hansı  köməkçi  vasitələrdən  istifadə  etmək  olar? 
(Proyektor, bimer, poverpoint, flipçart, və s.). 

Prezentasiya üçün nə qədər vaxt ayrılıb? 

Sonda muzakirə nəzərdə tutulubmu? 
6.3. 
Şifahi prezentasiyanın elementləri 
Hər bir çıxış müəyyən tələblərə cavab verən bir neçə hissədən ibarətdir. 
Çıxış hissələri aydın dərəcədə ayırd edilə bilən olmalıdır: 
□ 
 Başlıq:  Bu  yalnız  dinləyicilərdə  maraq  oyatmaq  üçündür,  işin  məğzini 
tam  ifadə  etməməlidir.  O,  imkan  daxilində  cəlbedici  və  qısa  formulə 
edilməlidir. 
□ 
 İşin  strukturu:  Publika  çıxış  zamanı  gözlənilən  informasiya  axınının 
ardıcıllığı  haqqında  məlumat  alır.  Çıxış  prosesində  mündəricatın  təkrarən 
göstərilməsi dinləyicinin orientasiyasına kömək edir. 
□ 
 Giriş: Burada araşdırılan elmi sahə, əsas problem və elmi işin məqsədi 
müəyyən olunur. 
□ 
Material  və  metodlar:  Metodiki  elmi  işlərdə,  izahı  vacib  olan,  hər  bir 


 
 
detala yanaşmalar dəqiq göstərilir. 
□ 
 Nəticə  və  müzakirə:  Bu  hissədə  əsas  nəticələr,  əldə  olunan  faktların 
təhlili və interpretasiyalar çox kiçik sayda misallar əsasında publikaya izah 
edilir. 
15  dəqiqəlik  şifahi  prezentasiya  üçün  misal:  Maksimum  9  slayd  nəzərdə 
tutmalı:  1.  Titul  slaydı;  2.  Mündəricat;  3.  Giriş;  4.  Material  və  metodlar;  58. 
Nəticələrin  köməkçi  vasitələrlə  vizuallaşdırılması;  9.  Nəticə/Xülasə.  Çıxış, 
publikaya  diqqətinə  görə  minnətdarlıqla  tamamlanır  və  bir  neçə  sözlə 
müzakirə açıq elan edilir. 
6.4. 
Köməkçi vasitələrdən istifadə 
Köməkçi  vizuallaşdırma  vasitələri  çıxışetmə  prosesinin  tərkib  hissəsidir.  O, 
məruzəçi  və  dinləyicilərə  yardım  edir.  Çox  vaxt  kompleks  elmi  işləri  optik 
hazırlanmış əyani təsvir misalları əsasında daha asan başa salmaq olur. 
Şifahi  çıxış  üçün  vizual  köməkçi  vasitələrdən  istifadə  zamanı  aşağıdakı 
məhdudiyyətlər mövcudur: 
□ 
İstifadə  edilən  media  vasitəsi  əsasən  dinləyicilərə  xidmət  etməlidir. 
Nəzərdə  almaq  lazımdır  ki,  dinləyicilər  eşitdiklərini  geriyə  vərəqləyə 
bilmirlər. 
□ 
Audi-video vasitələrdən istifadə təcrübə tələb edir. 
□ 
Slaydlar səliqə ilə aydın hazırlanmalıdır. 
□ 
 Tərkibində  mətn  olan  slaydlarda  bir  sətrin  tərkibi  40  hərfdən  ibarət 
sözlərlə məhdudlaşır. 
□ 
Bir slaydda maksimal 14 sətrdən istifadə etməli. 
□ 
 Xüsusi  işarələmələrdən  (ox,  ulduz)  istifadə  slaydın  strukturunu 
dolğunlaşdırır. 
□ 
Açar sözlərə və qısa cümlələrə üstünlük verilməlidir. 
□ 
Böyük hərflərlə yazılmış mətn çətin oxunur. 
□ 
Qalın hədərin ölçüsü maksimal 16 pt. olmalıdır. 
□ 
 Slaydların  ardıcıllığı  vahid  formada  hazırlanmalı  və  o  vahid  məntiqi 


 
 
xəttin mövcudluğunu görməyə kömək etməlidir. 
 Professional slaydlar çərçivəyə alınır, başlıq 
və  ayaqlıq  informasiyalar 
daxil edilir. 
□ 
 Hər bir slayd tədqiqat işinin bir hissəsini təsvir etməli və onun üçün kiçik 
başlıq nəzərdə tutulmalıdır. 
□ 
 Çıxış zamanı açar sözlərdən ibarət kiçik qeyd vərəqi danışmağa kömək 
edir. 
Prezentasiya zamanı çox hallarda baş verən xətalara aşağıdakıları aid etmək 
olar: 
□ 
Vaxta riayət etməmək, 
□ 
Pis hazırlıq, 
□ 
Publikanın düzgün qiymətləndirilməməsi, 
□ 
Məntiqi ardıcıllığın olmaması, 
□ 
Üzündən oxumaq, 
□ 
Slaydların şəkil və ya mətnlə həddən çox dolu olması, 
□ 
Simvol və diaqramların kifayət qədər izah edilməməsi, cədvəllərin aydın 
tərtib olunmaması. 
□ 
 Fikri yayınmış dinləyicinin söhbətə yenidən qayıda bilməsinə imkanın 
yoxluğu. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin