-prosessor registrlərinin tərkibi;
-prosessordan istifadə olunmanın planlaşdırılması üçün zəruri olan verilənlər və yaddaşın idarə
olunması (prosessorun üstünlüyü, ünvan fəzasının ölçüsü və yerləşməsi və s.);
-uçot verilənləri (prosesin identifikasiya nömrəsi, hansı istifadəçi onun işinin təşəbbüskarı
olmuşdur, həmin proses tərəfindən prosessordan istifadənin ümumi vaxtı və s.);
-proseslə əlaqəli olan giriş-çıxış qurğuları barəsində məlumat-lar (məsələn, proses üçün hansı
qurğular təhkim olunmuşlar, açıq faylların cədvəli).
Onun tərkibi və quruluşu, əlbəttə ki, konkret əməliyyat sistemindən asılı olurlar. Bir çox
əməliyyat sistemlərində prosesi xarakterizə edən informasiya verilənlərin bir deyil, bir neçə
əlaqələndirilmiş strukturlarında saxlanılır. Bu strukturlar müxtəlif adlara, əlavə informasiyaya malik
ola bilərlər və ya əksinə, təsvir olunan informasiyanın bir hissəsi ola bilərlər. Bizim üçün bunun
əhəmiyyəti yoxdur. Bizim üçün yalnız o vacibdir ki, hesablama sistemində olan istənilən proses
üçün onun üzərində əməliyyatların aparılması üçün lazım olan bütün informasiyaya əməliyyat
sistemi müraciət edə bilsin. Anlaşılmağın sadəliyi üçün belə hesab edəcəyik ki, o, verilənlərin bir
strukturunda saxlanılır. Biz onu
PCB (
Process Control Block) və ya prosesin idarə olunma bloku
adlandıracayıq.
Dostları ilə paylaş: