Mühazirə GİRİŞ Qısa tarixi arayış


Mühazirə 8. Neft sənayesində tətbiq olunan



Yüklə 134,26 Kb.
səhifə11/23
tarix20.11.2023
ölçüsü134,26 Kb.
#164948
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   23
19.09.23.MÖVZU-Neft yığan, nəql edən mühəndis qurğuları və avadanlıqları

Mühazirə 8. Neft sənayesində tətbiq olunan
mərkəzdənqaçma nasoslar

Neftçıxarma, neft emalı və neft – kimya sənayesi üçün mərkəzdənqaçma nasosları tətbiq olunduğu sahələrə uyğun seçilirlər. Ona görə də bu nasosları nəql olunan neft məhsulunun temperaturuna görə aşağıakı əsas qruplara bölmək


olar: soyuq – nasosun vurduğu mayenin temperaturu 2200C –yə qədər olduqda; isti – mayenin temperaturu 2200C ÷ 4000C olduqda; sıxılmış neftli qazın nəqli üçün; gilli və sementli məhlulunvurulması üçün; suyun vurulması üçün. Bütün bu nasoslar alçaqbasqılı (birpilləli), ortabasqılı (iki və çoxpilləli) və yüksəkbasqılı (çoxpilləli) seriyalara bölünür. Öz növbəsində bu nasoslar qrupu az sərfli – 0,0278 m3/san (100m3/saat), orta sərfli – 0,0278 ÷ 0,278m3/san (100 ÷ 1000m3/saat) və böyük sərfli – 0,278 m3/san –dən (1000 m3/saat- dan) çox olurlar.
Orta və böyük sərfli yüksək dövrlü nasoslar az sərfli nasoslardan işçi çarxının birinci dərəcəli ikitərəfli sormaya malik olması ilə fərqlənir ki, bu da mərkəzdənqaçma nasoslarının sorma qabiliyyətinin yaxınlaşdırılması zərurətindən irəli gəlir. Mərkəzdənqaçma nasoslarının korpusunun konstruksiyası üç əsas faktora görə müəyyən edilir: nəql olunan mayenin temperaturu, təzyiqi və fiziki – mexaniki tərkibi. Nasoslardan hallarında nasosun korpusunun birləşmələri şaquli müstəvi üzrə yerinə yetirilir. Bu birləşmələrdə alüminium, asboalüminium yaxud legirlənmiş polad aralıq qatdan istifadə olunur.
Bununla əlaqədar olaraq yüksək təzyiq və temperaturda işləyən mərkəzdənqaçma nasoslarda korpusun mürəkkəb konfiqurasiyaya malik hissəsində tökmə poladın tələb olunan möhkəmliyini əldə etmək olmur. Belə hallarda nasosun konstruksiyası ikiqat korpusdan düzəldilir. Belə korpusların daxili hissələri əksər hallarda bir – biri ilə flanslı şaquli müstəvi üzrə, bəzi hallarda isə üfüqi müstəvi üzrə birləşirlər.
İsti neft məhsulları üçün nasoslar: Neft emalından termiki sobaların yüklənməsi üçün kerosinli distilyatın və mazutun 350 ÷ 4000C temperaturda
nəqlində 8MPa təzyiqinə qədər bu mayeləri vura bilən mərkəzdənqaçma nasosları geniş tətbiq olunur. İsti neft məhsullarını yüksək təzyiqlə vuran müasir nasoslarının hesablanması və konstruksiyasının seçilməsi üçün aşağıdakı məsələləri həll etmək lazımdır:
– neft məhsullarının 2200C ÷ 4000C temperaturunda nəqlində nasosları baş verə biləcək yanğın və partlayışdan qorumaq üçün tıxaclar tam hermetiklənmə ilə təmin edilməlidir;
– nasosun materialı elə seçilməlidir ki, onun korpusu təzyiqə, temperatura və korroziyaya qarşı davamlı olsun;
– nasosun rotorunun mərkəzləşmiş hərəkəti pozulmadan ayrı–ayrı detallarının temperatur genişlənməsi təmin olunmalıdır;
–nasosun detallarının iş prosesi başlanandan 45 sutka ərzində (neftnəqledən avadanlıqlarda ardıcıl təmir olunmalar arası minimal müddət) montaj və demontajı əlverişli olmalı və tez başa gəlməlidir. keçən mayenin 2200C – dən böyük temperaturda detallarının və boru kəmərlərinin genişlənməsi, onun korpusunun üfüqi kəsik müstəvisi üzrə möhkəmliyinin təmin olunmasında çətinlik
yaradılmasına şərait yaradır.
Ona görə də mayenin temperaturunun 2200 C – dən böyük olan İsti neft məhsulları nəqledən nasoslara 2 ÷ 4 sutka ərzində proflaktiki baxış keçirilməlidir və bütün nasazlıqlar aradan qaldırılmalıdır. Hal – hazırda bu nasoslar 4000C temperature qədər isti neft məhsulunun nəqlində geniş tətbiq olunur və müxtəlif işçi parametrləri ilə buraxılır (cədvəl 3.1).
Bütün müasir isti neft məhsulu nəql edən nasoslar yüksək təzyiqlə işlədifindən, onların konstruksiyası iki korpusdan ibarət olur: xarici – poladdan silindrik, hermetik tıxacla təchiz
olunmuş; daxili – bütün axıdıcı kanallarla əlaqələnmiş. Nasosun daxili korpusunun konstruksiyasını dörd tipə bölmək olar.

Yüklə 134,26 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin