Mühazirə İnformasiya təhlükəsizliyinin əsas konseptual məsələləri



Yüklə 2,49 Mb.
səhifə60/102
tarix06.10.2023
ölçüsü2,49 Mb.
#152585
növüMühazirə
1   ...   56   57   58   59   60   61   62   63   ...   102
Muhazirə(informasiya tehlukesizliyi) (1)

Şifrlərin təsnifatı
Müxtəlif kriptoqrafık alqoritmlər mövcuddur. Həm də bütün hallar üçün yarayan bir alqoritm yoxdur. Hər bir konkret halda kriptoalqoritmin seçilməsi aşağıdakı amillərlə müəyyən edilir:

  • Mühafizə olunan informasiyanın xüsusiyyətləri (sənədlər, proqramların ilkin mətnləri, qrafik fayllar və s.);

  • İnformasiyanın saxlandığı və ötürüldüyü mühitin xüsusiyyətləri;

  • İnformasiyanın qiyməti, mühafizə olunan sirlərin xarakteri, məxfiliyin təmin olunması müddəti;

  • İnformasiyanın həcmi, onun ötürülmə sürəti, istifadəçiyə çatdırılma operativliyinin dərəcəsi;

  • İnformasiyanın mülkiyyətçilərinin, informasiyanın yığılması, emalı, saxlanması və ötürülməsi vasitələri sahiblərinin mühafızə üzrə imkanları;

  • Təhlükələrin xarakteri, düşmənin imkanları;

Şifrlərin təsnifatını müxtəlif xarakterik əlamətlərə görə aparmaq olar. Buna görə də eyni bir şifr müxtəlif siniflərə düşə bilər. Şifrlərin təsnifatını aparmaq üçün ilkin əlamət kimi şifrləmə zamanı açıq mətn üzərində həyata keçirilən çevirmələrin növü istifadə edilir. Əgər açıq mətnin fraqmentləri (ayrıca hərflər və ya hərflər qrupu) şifrmətndə onların ekvivalentləri ilə əvəz edilirsə, uyğun şifr əvəzetmə şifrləri sinfinə aid edilir. Əgər şifrləmə zamanı açıq mətnin hərfləri yalnız bir-biri ilə yerini dəyişirsə, onda bu şifr yerdəyişmə şifri adlanır. Şifrləmənin etibarını artırmaq məqsədi ilə hər hansı şifrlə şifrlənmiş mətn yenidən digər şifrlə şifrlənə bilər. Şifrlərin bütün belə mümkün kompozisiyaları şifrlərin üçüncü sinfini əmələ gətirir, onları adətən kompozisiya şifrləri adlandırırlar. Qeyd edək ki, kompozisiya şifri nə əvəzetmə şifrləri sinfınə, nə də yerdəyişmə şifrləri sinfinə daxil olmaya bilər. Nəticədə şifrlərin ilkin təsnifatını alırıq.

Əvəzetmə şifrləri şifrlənən informasiya blokunun həcminə görə blok şifrləri və axın şifrləri sinfinə bölünür. Blok şifrlərində düz (şifrləmə) və tərs çevirmələr (deşifrləmə) qeyd olunmuş uzunluqlu bloklar üzərində yerinə yetirilir. Axın şifrləri əməliyyat ərzində bir bit (bayt) olmaqla açıq mətni şifrmətnə çevirir.
Əvəzetmə şifrləri açarların istifadəsinə görə simmetrik və asimmetrik şifrlərə bölünür. Simmetrik şifrlərdə məlumatı şifrləmək və deşifrləmək üçün eyni bir açardan istifadə edilir. Asimmetrik şifrlərdə məlumatı şifrləmək üçün açıq açar, deşifrləmə üçün isə yalnız alana məlum olan məxfi açar istifadə edilir.
Əvəzetmə şifrlərinin digər siniflərinə də baxılır:

  • birəlifbalı əvəzetmə şifrləri və çoxəlifbalı əvəzetmə şifrləri. Birəlifbalı əvəzetmə şifrlərini sadə əvəzetmə şifrləri də adlandırırlar. Çoxəlifbalı əvəzetmədə şifrmətnin bir neçə əlifbasından istifadə olunur.

  • birqiymətli və çoxqiymətli əvəzetmələr (homofonlar). Mütənasib əvəzetmə şifri çoxqiymətli əvəzetmə şifrinə, qammalama şifri isə birqiymətli əvəzetməyə nümunədir. Tezlik analizi əsasında açılmanı çətinləşdirmək məqsədi ilə mütənasib əvəzetmə şifrlərində açıq mətnin bəzi hərflərinə şifrlənmiş mətn əlifbasından bir neçə hərf uyğun qoyulur. Bu zaman kriptoqramlarda hərfin yolverilən obrazlarının sayı təqribən həmin hərfin açıq mətnlərdə işlənmə tezliyinə mütənasibdir, şifrləmə zamanı hərfin obrazı mümkün obrazlar çoxluğundan təsadüfi prosedurun köməyi ilə seçilir.

  • bərabərqiymətli və müxtəlifqiymətli əvəzetmə. Bərabərqiymətli əvəzetmə – açıq mətnin simvollar cütü (simvollar ardıcıllığı) şifrmətnin simvollar cütü (həmin uzunluqda simvollar ardıcıllığı) ilə əvəz olunan şifrə deyilir. Müxtəlifqiymətli əvəzetmə – açıq mətnin müxtəlif simvolları (simvollar ardıcıllığı) şifrlənmiş mətnin müxtəlif uzunluqlu simvollar ardıcıllığı ilə əvəz olunur.



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin