MühaziRƏ intellekt sistemləRİNİn komponentləRİNİn müvafiq quruluşU



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə15/18
tarix23.02.2022
ölçüsü0,6 Mb.
#53000
1   ...   10   11   12   13   14   15   16   17   18
Toplu QQM

MÜHAZİRƏ 12. SÜNİ İNTELLEKT 


  

Kompüterin  iş  prinsipini  öyrənərkən  onların  sadəcə  yaddaşlna  yazılmış 

əmrləri  yerinə  yetirdiyi  söylənmişdi,  yəni  kompüter  alqoritm  əsasında  işləyir, 

onun düşünmə, fikirləşmə qabiliyyəti yoxdur. Kompüterə bu qabiliyyəti aşılamaq 

olarmı? 

İntellektual,  yəni  şüurlu  maşınların  yaradılması  sahəsində  uğurlu 

araşdırmalar  aparılır.  Kompüterin  şüurunu,  intellektini  insan  şüurundan 

fərqləndirmək üçün süni intellekt adlandırmaq qəbul olunmuşdur. Süni intellekt 

insanın intellektual fəaliyyətinə nüfuzu ilə səciyyələnən V nəsil kompüterlərin 

yaradılması ilə inkişaf etdi. Bu nəsil kompüterlər təbii dili başa düşməlı, hər hansı 

gözlənilməz  və  qeyri-müəyyən  vəziyyət  üçün  qərar  çıxara  bilməli,  yaddaşına 

əvvəlcədən  yazılmış  biliklərlə  kifayətlənməyərək  yeni  biliklər  qazanmalı, 

öyrənmə, qavrama qabiliyyəti olmalıdır.  

Öhdəsinə  düşən  funksiyaları  yerinə  yetirmək  üçün  kompüter  saniyədə 

trilyon  əməliyyat  aparmalıdır.  Bu  sürəti  isə  paralel  işləyən  çoxprosessorlu, 

çoxmaşınlı sislemlərin köməyi ilə əldə etmək olar. Məs, Connection Machin adlı 

65536 prosessordan ibarət kompüter saniyədə 7 milyard əməliyyat yerinə yetirə 

bilir. 


Ətraf mühit haqqında biliklərin 90%-i gözlər vasitəsilə alınır. Kompüterdə 

təsviri yaddaşa daxil edən qurğu – skanerin tanima, qavrama qabiliyyəti yoxdur. 

Bu problem də hələ tam həllini tapmayıb. 

İntellektual  sistemlərdə  informasiya  emalının  kompüterdə  də  insan 

beynində olduğu kimi həyata keçirilməsi məsələsi öyrənilir. Beyin fəaliyyətini 

tənzimləyən  sinir  hüceyrələrinin  –  neyronların  funksiyalarıni  kompüterdə 

modelləşdirən nəzəriyyə (neyron şəbəkələri nəzəriyyəsi) əsasında kompüterlərə 

öyrənmə  qabiliyyəti  verən  alqoritmlər  yaradılır.  Neyronların  bir  sıra 

funksiyalarını  yerinə  yetirən  inteqral  sxemlər  yaradılmışdır.  Nəzəri 

hesablamalara görə optik elementlər əsasında yaradılan kompüterlər saniyədə qüz 

trilyonlarla  əməliyyat  yerinə  yetirə  bilər.  Məlumatın  işıq  şüalarından  istifadə 

etməklə yüksək sürətlə və etibarlı ötürülməsi və emalı son illər geniş yayılmışdır. 

Molekulyar biologiyaya əasalanan biokompüterlərin  elementləri molekullardır.  

Deməli, intellektual sistem  

1.  müəyyən  məqsədə  yönəldilmiş  olmalıdır.  Məqsədin  verildiyi  və  ya 

sistem tərəfindən formalaşdırılmasının fərqi yoxdur. 

2. əhatə olunmuş aləmin dəyişməsinə reaksiya verməli, yəni kriteriyanın 

dəyişməsilə məsələni həll etməlidir. 




3.  bilik  hüdudlarıni  daim  genişləndirməlidir,  öyrənmək  və  özünü 

öyrətməklə aləmin modelini təkmilləşdirməlidir

4. məntiqi nəticələri istifadə etməklə şəraiti tanımaq və qərar qəbul etmək

həmkarları  ilə  ümumi  dil  tapmaq,  lazım  gələrsə  gördüyü  işi  izah  etməyi, 

proqnozlaşdırmağı və onu öz fəaliyyəti ilə əlaqələndirməyi bacarmalıdır və s. 

Beləliklə,  intellektual  sistem  –  müəyyən  məqsədə  yönəldilmiş, 

fəaliyyətini  vəziyyət  və  proqnoza  əsasən  planlaşdıran,  aləmin  modeli  əsasında 

həssas  orqanlardan  və  insanla  intellektual  əlaqədən  və  ya  “özü  kimi  ağıllı 

sistemdən”  aldığı  cari  informasiya  və  özünüöyrənmə  yolu  ilə  aldığı  biliyi  və 

“genetik” biliyi istifadə etməklə məqsədyönlü qərar qəbul etmək qabiliyyətinə 

malik sistemdir. 

Sistem adətən  

1.  öyrənən və ya özünüöyrədən blok

2.  proqnoz blok, 

3.  xarici aləmlə əlaqə bloku

4.  məqsədi formalaşdıran blokdan təşkil olunur. 

Blokların  bir-biri  ilə  əlaqəsini  yaratmaq  və  intellektual  sistemin  ağıllı 

fəaliyyətini təmin etmək üçün strukturda “intellektual təşkilatçı” blokunun olması 

vacibdir. 

Süni  intellekt  sistemləri  əsasən  Hard  computing  texnologiyasl  əsasında 

qurulmuşdur. Bu kompüterlərin inkişafı əsasən onların funksional imkanlarından, 

texniki xarakteristikalarından və mikroprosessorların qurulma arxitekturasından 

asılıdır.  Dünyanın  ən  böyük  mikroprosessor  istehsalçısı  INTEL  firmasının 

buraxdığı  superskalyar  arxitekturaya  malik,  tərkibdə  qurulmuş  soprosessorlar 

olan,  ayrı-ayrı  konveyerlərə  malik,  yüksəksürətli  informasiyanı  periferiya 

qurğularına  ötürmək  üçün  lokal  şinə  malikdir  və  çoxprosessorlu  serverlərdə 

istifadə olunaraq informasiya emalı sürəti qbayt/s ilə ölçülür. Bunlar sərt proqram 

bazasında  qurulduğundan  onların  intellektual  sistemlərdə  istifadəsi  bəzən 

sistemlərin funksional imkanlarını məhdudlaşdırır. 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin