MühaziRƏ IX şƏHƏR ƏhaliSİNƏ TİBBİ XİDMƏTİn təŞKİLİNİn elmi Əsaslari, priNSİPLƏRİ, formalari və metodlari


KƏND ƏHALİSİNƏ TİBBİ XİDMƏTİN TƏŞKİLİ



Yüklə 131,57 Kb.
səhifə2/2
tarix23.11.2022
ölçüsü131,57 Kb.
#70005
1   2
MÜHAZİRƏ IX

KƏND ƏHALİSİNƏ TİBBİ XİDMƏTİN TƏŞKİLİ

Müasir ictimai səhiyyə sistemindəki təşkilati prinsiplər arasında şəhər və kənd əhalisinə göstərilən tibbi xidmətin təşkili səhiyyənin dövlətilik, vahidlik, planlılıq prinsiplərinə əsaslanır. Dünya əhalisinin çox böyük hissəsi kənd rayonla- rında məskunlaşır. Azərbaycan Respublikasınında kənd rayonlarında yaşayan əhalinin miqdarı 35%-ə yaxındır.


Kənd əhalisinə tibbi xidmətin təşkilinin əsasları Zemstvo təba-bəti dövrünə təsadüf edir. Hazırda bu xidmət dövlət əsasları üzərində təşkil edilir. Kənd əhalisinin özünə məxsus xüsusiyyəti: məskunlaşma müxtəlif xidmət radiusunda yaşayış məntəqələrinin olması, əhalinin məşğuliyyət xüsusiyyəti, yəni onun fəsli xarakterdə olması, nəqliyyatdan istifadədən və məmulatı vermədən asılı olmaq xüsusiyyəti, onu şəhər əhalisinə göstərilən tibbi xidmət formasından fərqləndirir.
Kənd yerlərində əhaliyə tibbi sosial yardımın göstərilmə- si onun həcmindən, keyfiyyətindən, tibb idarəiərinin pasiyent- lərin yaşayış yerlərindən uzaqda yerləşməsindən, mütəxəssis kadrların və avadanlıqların, yüksək ixtisaslı tibbi yardımın gös- tərilməsi imkanından, tibbi sosial təchizat normativlərinin paylanmasından asılıdır.
Kənd əhalisinə göstərilən tibbi xidmətin təşkilinin əsas xüsusiyyətləri əvvəllərdə və hal-hazırda aşağıda göstərilən 3 formada olmuşdur:
1) Etaplı
2) Kənd səhiyyə sisteminin strukturunda xüsusi müalicə-profilaktika idarələrinin olması
3) Bütövlükdə müalicə-profilaktika idarələrində tibbi per- sonalın fəaliyyətinin xüsusi təşkilati forma və metodlarının olması.
Kənd əhalisinə göstərilən tibbi xidmət şərti olaraq 3 etapda aparılsada, tibbi xidmətin əsas təşkilati forması sta- sionar və səyyari formada aparwlır.
Birinci etap - kənd həkim sahəsidir, Radiusu 5-10-15 km məsafəni əhatə edən ərazidir. Kənd həkim sahəsinə daxil olan müalicə-profilaktika idarələrinə kənd sahə xəstəxanası, həkim
ambulatoriyası, feldşer və feldşer mama tibb məntəqələri, səhiyyə məntəqələri, kənddəki sənaye müəssisələrində və kənd təsərrüfatı idarələrində körpələr evi, bağçalar və s. daxil edilir. Bu etapda kənd əhalisi ixtisaslaşdırılmış terapevtik, cərrahi, mama-ginekoloji, stomatoloji və pediatrik həkim yardımı alır. Belə şəraitin olması ümumi həkimlik praktikası və ailəvi tibbi sosial xidmət prinsiplərinin gözlənilməsinə müvafiq gəlir.
İkinci etap - kənd əhalisinə tibbi xidmət göstərən rayon tibb idarələridir. Buraya mərkəzi rayon xəstəxanası, rayon Gigiyena epidemiologiya mərkəzi, doğum evi, qadın məsləhət- xanası, uşaq poliklinikası, uşaq xəstəxanası, vərəm dispanseri, sanitar maarifı evləri və onkoloji dispanser daxildir.
Üçüncü etap - kənd əhalisinə tibbi xidmət, vilayət və respublika xəstəxanalarında göstərilir.
Belə bir etaplı tibbi xədmət sayəsində kənd əhalisi ixti- saslaşdırılmış müalicə-profilaktika xidməti alır. Hazırda şəhər və kənd əhalisinə göstərilən tibbi xidmətlər arasındakı fərqi aradan qaldırmaq üçün çox böyük işlər aparılır. Belə ki, kənd səhiyyəsnin maddi-texniki bazası möhkəmləndirilir, onlarda rnüasir səviyyədə tələbata uyğun yüksək keyfiyyətli və ixtis- aslaşdırılmış tibbi yardım göstərmək qabiliyyətini yaratmaq günün əməli məsələsinə çevrilir. Az çarpayılı xəstəxanalar böyüdülür, çox profilli xəstəxanalar yaradılır, kənd sənaye müəssisələrində fəhlələrə tibbi xidməti istehsalat prinsipi üzrə təşkil etmək ən mühüm və vacib məsələ hesab olunur. Belə ki, bu zaman şəhərdə aprobasiya olunan tibbi xidmət sistemi həyata keçirilir. Böyük kəndlərdə kənd sahə xəstəxanaları bazasında tibbi səhiyyə hissələri yaradılır. Belə işin əsasını isə sənaye müəssisəsi fəhlələrinə tibbi xidməti təşkil etməyin əsası sayılan sex prinsipi təşkil edir. Əlbəttə, belə hallarda kəhd təsərrüfatı sahəsinin əsas xüsusiyyətləri nəzərə alınır. Hazırda şəhər xəstəxanalarında hospitalizə olunan xəstələrin 25%-i kənd əhalisidir. Şəhər ambulator poliklinika idarələrinə müraciət edib tibbi xidmət alan şəxslərin 10,0%-i kənd əhalisidir. Kənd həkim sahəsinin əhalisinin hər 1000 nəfərinə 0,25 həkim vəzifəsi ambulator qəbul üçün müəyyən e dilir. Kəndlərin böyüklüyündən asılı olaraq, bu normativ 1000
nəfərə 0,75 həcmində normallaşdırılır. Diş həkimləri isə 1000 nəfər əhaliyə 0,2 ştat normativi həcmində müəyyən edilir.
Stasionar müalicəsi üçün İsə 25 çarpayıya 1 vəzifə normallaşdırılır.
Şəhər əhalisinə tibbi xidmətin təşkilində olduğu kimi kənd əhalisinə tibbi xidmət sahə prinsipi üzrə təşkil edilir. Belə ki, bütün ərazi kənd həkim sahələrinə bölünür. Hazırda kənd həkim sahəsi kənd əhalisinə göstəriləcək müalicə-profilaktik xidməti birləşdirən vahid, tam, kompleks bir tibb idarəsidir ki, kənd əhalisinə 1-cili tibbi xidməti təşkil edir.
Kənd əhalisinə tibbi-sanitar yardımın təşkili
I etap, kənd həkim sahələri

1-ci etap. Kənd həkım sahəsi



Kənd həkim sahəsinə rəhbərlik edən həkimə kənd həkim sahəsinin baş həkimi deyilir. Kənd həkim sahəsinə daxil olan müalicə profilaktika idarələri vahid kompleks plan əsasında baş həkimin rəhbərliyi altında aparılır. Kənd həkim sahəsi əhalinin miqdarından və xidmət radiusundan asılı olaraq, təşkil edilir. Bir həkim sahəsində 5000-7000 əhali olur. Xidmət radiusu isə 5-10-15 km olmalıdır. Əhalinin sıxlığı hər 1 kv. km-ə 50-70 nəfər olmalıdır. Məntəqən 7 km-dən çox uzaq- da yerləşdikdə isə FMM - feldşer mama məntəqəsi əhalinin miqdarı 300-500 nəfər olduqda belə təşkil edilir. Kənd həkim sahəsində başlıca müalicə profilaktika idarəsi kənd sahə xəs- təxanasıdır. Kənd sahə xəstəxanasının həcmi əhalinin miqdarından, xidmət radiusundan, rayon xəstəxanasına qədər olan məsafədən, sənaye obyektlərindən, işin mövsümlü olma- sından və ərazinin xarakterindən asılıdır. Kənd sahə xəs- təxanası vahid kompleks plan əsasında sahə xəstəxanasının baş həkiminin rəhbərliyi altında fəaliyyət göstərir.
Kənd sahə xəstəxanasının və ya ambulatoriyasının yerləşdıyı kənd məntəqə adlanır. Ayrı-ayrı kəndlərin həmin məntəqədən olan ən uzaq məsafəsi sahənin xidmət radiusu adlanır. Ayrı-ayrı kəndlərdən məntəqəyə qədər olan məsafə isə kənd sahə xəstəxanasının xidmət radiusu adlanır. Tibbi xidmətin həcmi və xarakteri onun gücü, təchizatı, və ixtisas həkimlərinin olması ılə müəyyən edilir. Kənd sahə xəstəxanasının ştatında onun gücündən, əhalinin miqdarından və mərkəzi rayon xəs- təxanasına qədər olan məsafədən asılı olaraq müxtəlif ixtisaslı həkımlər ola bilər (terapevt, pediatr, stomatoloq, cərrah, mama- ginekoloq, infeksionist, ftiziatr və b).
Kənd sahə xəstəxanasının 4 kateqoriyası mövcuddur'
I kateqoriya - 75-100 çarpayılıq
II kateqoriya - 50-75 çarpayılıq
III kateqoriya - 35-50 çarpayılıq
IV kateqoriya - 25-35 çarpayılıq
I kateqoriya - kənd sahə xəstəxanasının tərkibində terapıya, cərrahiyə, mama-ginekoloqji, pediatrik, infeksion xəstəliklər və vərəm üzrə çarpayılar olur. Klinika-diaqnostik şöbə yaxşı təşkil olunur.
II kateqoriya - kənd sahə xəstəxanasının tərkibində terapiya, cərrahiyə, pediatriya, mama-ginekologiya, yoluxucu xəstəliklər üzrə çarpayılar olur.
III kateqoriya - kənd sahə xəstəxanasının tərkibində terapiya (yaşlılar və uşaqlar üçün), cərrahiyə, mama- ginekologiya və yoluxucu xəstəliklər üzrə çarpayılar olur.
IV kateqoriya - kənd sahə xəstəxanasının tərkibində terapiya, cərrahiyə, mamalıq üzrə çarpayılar olur.
Kənd sahə xəstəxanasının iş fəaliyyətini xarakterizə edən ən mühüm göstərici çarpayı fondundan istifadə edilməsi və ya hər bir çarpayının il boyu işlədiyi gün göstəricisidir. Bu keyfiyyət göstəricisi normada kənd xəstəxanaları üçün 300 gün olmalıdır. Lakin kənd sahə xəstəxanalarında bu göstərici 200-250 gündən artıq olmur. Bu kiçik həcmli xəstəxanalarda müasir dövrdə diaqnostik və müalicə yardımını göstərmək bir sıra çətinliklərlə üzləşir. Bu kiçik xəstəxanaların həm iqtisadi və həm də tibbi nöqteyi nəzərdən saxlanılması o qədər də
vacib deyildir. Bu nöqteyi nəzərdən nisbə-tən böyük rentabelli kənd sahə xəstəxanaları saxlanılır, böyük olmayanlar isə kənd ambulatoriyalarına və ümumi həkimlik praktikası mərkəzləri ilə ovəz olunurlar (reorqanizasiya olunurlar). 25-35 çarpayıdan az olan xəstəxanalar o yerlərdə qala bilər kl, yerli şəraitdən və ımkandan asılı olaraq, ona ehtiyac duyulsun - əhali az və çox olan uzaq yerlərdə təşkil olsun.
Kənd sahə xəstəxanasının vəzifələri.
1. Kənd əhalisinə müalicə-profilaktika xidmətini təşkil etmək
2. Sanitar əks-epidemik iş aparmaq
3. Kütləvi xidmət forması kimi ambulator xidmətini təşkil etmək
4. Dispanserizasiya işini aparmaq. Bu məqsədlə kənd sahə xəstəxanasının həkimi dispanserizasiyanı aparmaq üçün plan tərtib edir, dispanser müşahidəsi üçün lazımi kontingenti seçir, qeydə götürür, kompleks müalicə profilaktika işləri aparır.
Feldşer mama məntəqəsi.
Feldşer mama məntəqəsi ona təhkim olunan ərazidə, müalicə-profilaktika və əks-epidemik iş aparır. Feldşer mama məntəqəsi 300-800 nəfər əhalisi olan və 4-5 km məsafədə sahə xəstəxanası və ya ambulatoriyası olmayan yerdə təşkil edilir. Həkimə qədər olan bütün tibbi yardımı öz kompetensiyası və hüququ səviyyəsində təşkil edir. Onun ştatında feldşer, mama və aşağı tibb işçisi olur. İnzibati formada o hansı idarənin büdcə- sindədirsə ona, tibbi məsələlər üzrə isə kənd sahə xəstəxanası- na tabedir və kənd sovetinin himayəsində olur.
Feldşer, ambulator xəstələri qəbul edir, evdə olan xəs- tələrə yardım göstərir, həkimə qədər kəskin xəstəliklərdə və bədbəxt hadisələrdə həkimin göstərişi ilə xəstələrə xüsusi kurs müalicəsi aparır. O, əhalinin dispanserizasiyası işində fəal iştirak edir. Kəskin yoluxucu və mühüm qeyri-epidemik xəstəliklərin erkən aşkara çıxarılması və onlara qarşı mübari- zə tədbirlərinin aparılmasında iştirak edir. Hər hansı yoluxucu xəstəlik baş verdikdə 2 nüsxədən ibarət təcili məlumat vərəqəsi tərtib edir. Bunlardan birini gigiyena epidemiologiya
mərkəzinə, o birini isə sahə xəstəxanasına göndərir. Yoluxucu xəstəlik baş vermiş ocaqda əks-epidemik iş aparır, Orada dezinfeksiya, kontaktda olanların izolyasiyasını və xəs- tənin hospitalizasiyasını təşkil edir.
Feldşer-mama məntəqəsinin iş planında eyni zamanda profilaktik peyvəndlərin aparılması da əsas yerlərdən birini tutur.
Feldşer-mama məntəqəsində işi həkim yardımı ilə əvəz etməyə imkan verilməməlidir. Sahə həkimi mütəmadi olaraq feldşer-mama məntəqəsinin işini nəzarətdən qaçırmamalı, ona gündəlik iş fəaliyyəti üçün yardım göstərməlidir.
Müəyyən təyin olunmuş günlərdə sahə həkimi feldşer mama məntəqəsinə getməli, onun fəaliyyətini izləməli, verdiyi göstərişlərin yerinə yetirilməsini yoxlamalıdır.
Belə günlər əvvəldən təyin olunduğu üçün istər feldşer və istərsə də mama lazım olan xəstələri xəbərdar edib, onları həkimə göstərməyi təşkil etməlidir və əhali özü də bilavasitə belə günlərdə həkimə müraciət edə bilər.
Feldşer mama məntəqəsində təxirəsalınmaz tibbi yardımı təşkil etmək üçün lazımi miqdarda təsdiq edilmiş tabel əsasında tibbi ləvazimat və avadanlıq olmalıdır. Burada hətta əhaliyə satış üçün hazır dərmanlar, gigiyena və sanitariya ləvazimatı olur.
Qadınlara, uşaqlara tibbi xidmət kənd həkim sahəsinin sahə xəstəxanasında və feldşer mama məntəqəsində gös- tərilir, kəndlərdə yerləşən doğum evləri ağırlaşmamış doğuşları qəbul etmək üçündür. Hamiləlik patologiyası olan qadınları sahə xəstəxanasına, rayon və bəzən də respublika xəstəxanasına göndərirlər.
Hamilə, zahı qadınlara və ginekoloji xəstələrə kənd həkim sahəsində, şəhərlərdə olan qadın məsləhətxanalarında gös- tərilən tibbi xidmət prinsipi ilə eyni formada xidmət göstərirlər.
Kənd əhalisinə 2-ci etap tibbi xidmət mərkəzi rayon xəs- təxanasında təşkil edilir.
Mərkəzi rayon xəstəxanası
Mərkəzi rayon xəstəxanası: kənd rayonlarında əsas tibb idarəsi olub, kənd əhalisinə ixtisaslaşdırılmış tibbi xidmət təşkil
etməklə bərabər bütün rayon ərazisində yerləşən səhiyyə ida- rələrinə təşkilati-metodik cəhətdən rəhbərlik edir.
Mərkəzi rayon xəstəxanası stosionar və poliklinika hissə- sindən ibarət olub, hər 2 tərkib hissəsində müvafiq struktur elementləri vardır. Stosionarda ayrı-ayrı ixtisaslar üzrə şöbəiər, poliklinikada isə yardımçı diaqnostika, laboratoriya, fizioterapiya, rentgen və b. kabinetlər, təcili yardım və təxirəsalınmaz, patoloji anatomik şöbə, təşkilati metodik şöbə mövcuddur.
Mərkəzi rayon xəstəxanasının həcmi rayonda və eləcə də rayon mərkəzində olan əhalinin miqdarından, kənd sahə xəstəxanasında açılmış çarpayıların sayından asılı olur. Mər- kəzi rayon xəstəxanasının ştat normativi səhiyyə nazirinin 830 saylı əmrinə əsaslanaraq təsdiqlənmişdir. Mərkəzi rayon xəs- təxanasının hazırda 6 kateqoriyası mövcuddur:
I kateqoriya 350-450 çarpayılıq
II kateqoriya 300-350 çarpayılıq
III kateqoriya 250-300 çarpayılıq
IV kateqoriya 200-250 çarpayılıq
V kateqoriya 150-200 çarpayılıq
VI kateqoriya 100-150 çarpayılıq
Mərkəzi rayon xəstəxanasının qəbul edilmiş təlimata əsa- sən aşağıdakı vəzifələri mövcuddur:
1. Bütün rayon əhalisini ixtisaslaşdırılmış stasionar və poliklinika tibbi yardımı ilə təmin etmək;
2. Sahə xəstəxanalarına və ambulatoriyalarına mütə- madi olaraq, təşkilati metodik cəhətdən yardım göstərmək ;
3. Rayon ərazisində təcili və təxirəsalınmaz tibbi yardımı təşkil etmək;
4. Sanitar-əksepidemik, müalicə-profilaktik tədbirləri aparmaqla xəstələnməni, əlilliyi və ölümü azaltmaq, reabilit- asiya tədbirləri aparmaq;
5. Mərkəzi xəstəxananın bütün rayon üzrə illik fəaliyyət göstəricilərini (keyfiyyətini) təhlil edərək, fəaliyyəti gücləndir- rrıək məqsədilə lazımi tədbirlər görmək;
6. Rayon səhiyyə idarələrinin planlaşdırılması, maliyyə- ləşdirilməsi, maddi texniki təchizatla təminatını təşkil edərək,
əhalinin tibbi xidmətə olan tələblərini real imkanlar şəraitində müəyyənləşdirərək təmin etmək;
Mərkəzi rayon xəstəxanasında daim fəaliyyət göstərən səyyari funksional bölmələr - həkim briqadaları da vardır. Ixti- saslaşdırılmış tibbi yardımı kənd əhalisinə yaxınlaşdırmaq məqsədilə mərkəzi rayon xəstəxanasında səyyari tibbi yardım növlərindən: həkim ambulatoriyaları, flyuroqrafik kabinetlər, kliniko-diaqnostik laboratoriyalar, diş həkimləri və diş protez- ləri laboratoriyalar mövcuddur.
İxtisaslaşdırılmış yardım sistemində dispanserlərin də çox böyük əhəmiyyəti vardır. Belə ki, rayonda vərəm əleyhinə və dəri-zöhrəvi dispanserləri, əgər digər dispanserlər yoxdur- sa, bu işləri MPX-da həmin ixtisas üzrə fəaliyyət göstərən ixt- isasçı həkimlər təşkil etməlidirlər. Kənd rayonlarında təcili tibbi xidmətin təşkilinə böyük əhəmiyyət verilməlidir.
Mərkəzi rayon xəstəxanasına baş həkim rəhbərlik edir, o rayonun nəinki baş həkimi, eyni zamanda rayon səhiyyə şö- bəsinin müdiri sayılır, bütün rayon və onun ərazisində yərlə- şən kənd rayon səhiyyə müəssisələrinin gördüyü işlərə tam cavabdeh sayılır.
Mərkəzi rayon xəstəxanası rayonda həm ixtisaslaşdırıl- mış tibbi xidmət mərkəzi, həm təşkilati-metodik tibbi xidmət mərkəzi, həm də inzibati mərkəz sayılır.
MRX-nın baş həkiminin müalicə işləri və poliklinika şö- bəsi üzrə müavinləri baş həkimlə birlikdə ayrı-ayrı şöbələrdə (həm xəstəxana həm də poliklinikada) tibbi xidmətin təşkilinə cavabdehdir. Ayrı-ayrı şöbələr üzrə müdirlər də bu işdə fəal iştirak etməlidirlər.
MRX-da tibbi, elmi və ictimai şura olmalıdır.
Bəzi rayonlarda MRX-ı ilə birlikdə rayonun müəyyən bir ərazisində əhaliyə tibbi xidmət göstərən nömrələnmiş xəs- təxana və poliklinikalar da olur. Onların da vəzifəsi mərkəzi rayon xəstəxanalarında olduğu kimidir.
Rayon gigiyena və epidemiologiya mərkəzi
Rayon gigiyena və epidemiologiya mərkəzi: rayonda müstəqil ixtisaslaşdırılmış tibb idarəsi olub, kənd əhalisinə sani- tar gigiyenik və epidemioloji xidməti təşkil edir, Gigiyena, epi- demiologiya mərkəzinə baş həkim rəhbərlik edir, o eyni zamanda rayonda baş həkimin sanitar-epidemioloji işlər üzrə müavini sayılır. Gigiyena epidemiologiya mərkəzinin həcmi rayonda yaşayan əhalinin miqdarından asılıdır. Onun kate- qoriyaları haqqında məlumat isə «Əhaliyə sanitar-epidemioloji xidmətin təşkili» mövzusunda aparılacaq mühazirədə şərh edilir.
Kənd əhalisinə III etap tibbi xidmət vilayət və respublika xəstəxanalarında göstərilir.
Respublika və ya vilayət xəstəxanası
Vilayət (respublika) xəstəxanaları səhiyyənin elmi, təş- kilati-metodik və tədris mərkəzi sayılır. Vilayət xəstəxanaları - konsultativ poliklinika, dispanser, stomatoloji poliklinika dövlət sanitar-epidemik nəzarət mərkəzi və b. hissələrdən ibarətdir. Bu etapda kənd əhalisinə demək olar ki, bütün ixtisaslar üzrə yüksək keyfiyyətli ixti-saslaşdırılmış tibbi yardım göstərilır.
Vilayət xəstəxanalarının əsas vəzifələri aşağıdakılardan
ibarətdir:
1. Yüksək keyfiyyətli, ixtisaslaşdırılmış konsultatıv ambulator - poliklinik və stasionar tibbi yardımı göstərmək;
2. Müalicə-profılaktika idarələrinə, onların fəaliyyətinin key- fıyyətini yüksəltmək məqsədilə təşkilati-metodik yardım gos- tərmək;
3 Müasir sanitar nəqliyyat vasitələrindən, sanıtar aviasiyasından istifadə edərək müxtəlif müalicə idarələrinin ıxtisaslı həkimlərini cəlb etməklə təcili, təxirəsalınmaz tıbbı
yardımı təşkil etmək;
4. Vilayətin müalicə-profilaktika idarələrının qeyd və
hesabat işlərinin statistikasına nəzarət etmək;
5 Vilayətdə xəstələnmə, əlillik, ümumi və uşaq olumu göstəricilərinin təhlilinə nəzarət və rəhbərlik etmək və onları azalt-maq istiqamətində tədbirlər hazırlayıb həyata keçırmək;
6. Həkimlərin və orta tibb işçilərinin ixtisasının artırılması və təkmilləşdirilməsi istiqamətində işlər aparmaq;
7. İdarəetmənin yeni metod və texnologiyasının hazır- lanması və ekspert funksiyalarının tətbiq edilməsi;
Vilayət və ya respublika xəstəxanalarının əsas tərkib hissələri aşağıdakılardır:
1. Stasionar şöbəsi;
2. Konsultativ poliklinika şöbəsi;
3. Kliniko-diaqnostik şöbə;
4. Müalicə-diaqnostik şöbə;
5. Təşkilati metodik şöbə statistika hissəsi ilə birlikdə metodik şöbə;
6. Kliniko-ekspertiza və təşkilati-iqtisadi şöbə (bəzi xəs- təxanalarda yaradılır);
7. Təcili və planlı konsultativ tibbi yardım şöbəsi;
8. Pasientlər üçün pansionat;
9. Tibb işçiləri üçün yataqxanalar;
Xəstəxananın təşkilati metodik işlərində vilayət və ya respublikanın baş mütəxəssisləri əsas etibarilə terapevtlər, cərrahlar, pediatrlar və digər ştatdan kənar ixtisas həkimləri və ixtisaslaşdırılmış şöbələrin müdirləri iştirak edirlər.
Vilayət və ya respublika xəstəxanasının (gücü) çarpayı fondu əhalinin miqdarından asılı olaraq, 700-dən 1200-ə qədər ola bilər.
Vilayət və ya respublika xəstəxanasının konsultativ kliniko- diaqnostik poliklinikasının əsas vəzifələri aşağıdakılardır:
1. Kənd sahə xəstəxanasından və ya mərkəzi rayon xəstəxanasından göndərilmiş xəstələrə diaqnozun qoyulması və dəqiqləşdirilməsi üçün ixtisaslı məsləhətlərin verilməsi;
2. Müalicə metodlarının və həcminin müəyyən edilməsi;
3. Vilayət xəstəxanasının şöbələrində müalicəyə ehti- yacı olanları müəyyən etməli, lazım gələrsə xəstəni müvafiq şöbələrə müalicə üçün göndərməli;
Vilayət və respublika xəstəxanaları konsultativ müalicə funksiyasını yerinə yetirməklə bərabər, eyni zamanda kənd sahə xəstəxanasının və rayon mərkəzi xəstəxanasının fəaliyyətinin keyfiyyətini də qiymətləndirir. Mərkəzi rayon xəs-
təxanalarında xəstələr rayonun ixtisas həkimləri tərəfindən dəqiq müayinə edildikdən sonra kliniko-diaqnostik konsultativ poliklinikalara göndərilməlidirlər. Konsultativ poliklinikaiar st- asionar şöbəsində boş yerlərin olması hallarında kənd xəs- təxanaları ilə əlaqə saxlayır və xəstələri nə vaxt qəbul edə biləcəkləri barədə onlara məlumat verirlər. Konsultativ poliklinika təcili və planlı konsultativ yardım şöbəsi ilə birlikdə mütəxəssis həkimlərin kənd yerlərinə konsultativ müayinələrə getmələrini təşkil edir. Hər bir xəstəyə konsultativ poliklinika müalicənin davam etməsi və tövsiyələrin veriiməsini, xəstəlik haqqında xəstəyə verilən epikrizdə - arayışda göstərir. Poliklinika mütəmadi olaraq kənd və rayon mərkəzində xəs- tələrə qoyulan diaqnozun konsultativ poliklinikada qoyulan diaqnozla uyğunsuzluğunu, həkimlərin qoyduqları səhv diaqnozları təhlil edir və bu səhvlərin təkrar olunmaması üçün mühüm işlər görür.
Təcili və təxirəsalınmaz planlı konsultativ tibbi yardım şö- bəsi sanitar aviasiyası və digər nəqliyyat vasitələrindən istifadə edərək, ucqar kənd yaşayış məntəqələrinə tibbi yardım gös- tərmək üçün briqadalar göndərir. Briqadalar lazım gələrsə yerində, yardım göstərmək mümkün olmadıqda xəstələrin trans- portirovkasını da təşkil edirlər. Şöbə eyni zamanda xəstələrin vəziyyəti ağır olduğu hallarda hətta vilayətdən kənar xəs- təxanalara da xəstələri çatdırmağa imkanları olur, lazımi tibbi avadanlıq və dərman preparatları və vəsaitlərini də özləri ilə aparır, burada əsas məqsəd isə yalnız xəstəni xilas etməkdən ibarət olur.
İxtisaslaşdırılmış səyyari tibbi yardım xüsusi tibbi vəsa- itlərlə - (ginekoloji, cərrahi, göz, neyrocərrahi və qanköçürmə) -təmin olunmalıdır.
Vilayət xəstəxanalarının rayon şöbələri funksiyalarının əsas iş istiqamətləri içərisində təşkilati, metodik, elmi-praktik, konsultativ, plan-normativ, tədris-metodik, tibbi statistik, ştatlar, kadrlar, ekspert və digər sahələri xüsusilə ayırmaq olar.
Təşkilati-metodik şöbə
Təşkilati-metodik şöbə - vilayət xəstəxanasının əsas tərkib hissəsi olub, bilavasitə baş həkimin tabeliyində fəaliyyət göstərir. Təşkilati-metodik şöbə vilayət sahiyyə şöbəsinin əhaliyə tibbi xidmət göstərilməsinin yeni forma və metodları- nın praktik olaraq həyata keçirilməsi üçün baza hesab olunur,
Təşkilat-metodik iş xəstəxananın bütün şöbələrinin fəaliyyətinin tərkib hissəsi sayılır. Hər bir şöbə vilayətin müalicə-profilaktika idarələri üçün təşkiiati metodik mərkəz rolunu yerinə yetirir. Bütün bu işləri təşkilati-metodik şöbə idarə edir.
Təşkilati-metodik şöbənin əsas funksiyası vilayətin müalicə-profilaktika idarələrinin fəaliyyətinin həcmini və xarakterini öyrənmək: buraya isə vilayətin səhiyyə idarələrinə təşkilati-metodik və müalicə-konsultativ yardım göstərmək, əhalinin sağlamlıq vəziyyətinin göstəricilərini öyrənmək, kadrların ixtisaslarının artırılmasını təşkil etməkdir.
Bəzi klinik şöbələrdə 1-cili ixtisaslaşma, həkimlərin bir çox klinik sahələrdə ixtisaslarının artırılması istiqamətində aparılır.
İllik həsabatların hazırlanması, kadrların ixtisaslarının ar- tırılması üzrə perspektiv planların hazırlanması sahəsində təş- kilati-metodik şöbənin böyük rolu vardır. Bu sahədə vilayət səhiyyə şöbəsinin baş mütəxəssisləri və kadrlar şöbəsi iştirak edirlər.
Planın tərtib edilməsində Səhiyyə Nazirliyinin 5 ildən az olmayaraq, həkimlərin ixtisaslaşması haqqında verdiyi qərar əsas götürülür.
Həkimlərin ixtisasının artırılması üçün aşağıdakı iş forma- larından istifadə edilir:
1. Vilayət və ya respublika xəstəxanasında iş yerlərində öz işindən tamamilə ayrılmaqla ixtisaslaşma və təkmil- ləşdirmə;
2. Vilayət xostəxanasında hissəvi işdən ayrıimaqla təşkil edilən kurslarda təkminləşdirmə;
3. Şəhər və mərkəzi rayon xəstəxanalarının bazasında vilayət xəstəxanası həkimlərinin ixtisas həkimlərinin iştirakı ilə ixtisaslaşma və təkmilləşdirilməsinin keçirilməsi;
Həkimlərin ixtisasının artırılmasının ən mühüm forması vilayət, şəhər, rayonlararası və rayon səviyyəsində elmi- praktik konfransların keçirilməsidir. Bu konfransların gündəliyi vilayətin, respublikanın müəssisə rəhbərlərinin və müalicə- profilaktika idarələri həkimlərinin arzuları və istəkləri əsasında təşkilati-metodik şöbə tərəfindən təşkil edilir. Bu konfranslar respublika, vilayət, şəhər və rayon səviyyə-sində ümumi və ya ixtisaslaşdırılmış aparıla bilər.
Həkimlərin ixtisasının artırılması onları elmi-tədqiqat işlərində iştirak etməsi vacib şərtlərdəndir.
Vilayət xəstəxanasının ixtisas həkimlərinin rəhbərliyi al- tında həkimlərin ixtisasının artırılması, onların elmi-tədqiqat işlərində iştirak etməsinə şərait yaradır.
SƏNAYE MÜƏSSİSƏSİ İŞÇİLƏRİNƏ TİBBİ XİDMƏTİN TƏŞKİLİ
Sənaye müəssisələrində işləyənlərə tibbi xidmətin təşkili səhiyyənin ən mühüm vəzifəsidir. Burada məqsəd tibbi xidməti xüsusiləşdirməkdən fəhlələrə yaxınlaşdırmaqdan ibarətdir.
Statistik məlumatlar göstərir ki, xəstələnməyə görə bir işçiyə ildə 12 gün əmək qabiliyyətini itirməklə xəstələnmə düşür. Bu isə bütün iş günlərinin 4%-ni təşkil edir. Buradan da sənaye müəssisəsi fəhlələrinə tibbi xidmətin təşkilinin həm tibbi, həm də sosial iqtisadi mahiyyətə malik olması aşkar olunur. Sənaye müəssisəsi fəhlələrinə tibbi xidmətin təşkili tarixən nümunəvi formada sənayeləşdirmə dövründən (1829-cu ildən) başlayır və bu günki günümüzdə də belə davam edir.
Müəssisələrdə işləyənlərin sağlamlığının pozulmasına iş prosesinin təsirini hələ XVII əsrdrə Paduan universitetinin həkimi Bernardino Ramassinin «Sənətkarların xəstəlikləri» adlı yazdığı fundamental əsərdən də görmək olar. Eyni zamanda bu xəstələnmələrin öyrənilməsi müəssisələrdə tibbi xidmətin təşkilinin əsasları öz kökünü zemstvo təbabəti dövrünə də aparır.
Sənaye müəssisəsi fəhlələrinə tibbi xidmətin təşkil edilməsinin əsas məqsədi yalnız əhaliyə yaşadığı yerdə deyil, eyni zamanda işlədiyi zavod və fabrikdə də tibbi xidmət gös- tərməkdir. Onların çox hissəsində xəstəxana kassaları yaradı- lırdı. Bu kassalar vasitəsilə işləyənlərə tibbi yardım maliyələşdirilirdi.
1918-ci ildə dövlət səhiyyə sistemi yaradıldıqdan sonra sənaye tibbi inkişaf etməyə başladı. Sənaye müəssisəsi fəh- lələri tibbi xidməti əsasən yaşadıqları yerdən başqa, işlədikləri müəssisələrdə də alırlar. Həkim və feldşer səhiyyə məntəqə- ləri, tibbi səhiyyə hissələri, sex xidməti genişləndirilir, sanato- riya-profilaktoriya və sanator-kurort idarələri, sağlamlıq mər- kəzləri, idman sağlamlaşdırıcı kompleksləri, ictimai və pəhriz qidalanma obyektləri genişləndirilir. Bu xidmət sahəsi idarə rəhbərləri, sanitar-epidemioloji xidmət və digər marağı olan idarələrin rəhbərləri ilo sıx əlaqədar olaraq, müəssisələrdə
işləyənlərin sağlamlığının qorunmasına, sənəti xəstəliklərin profilaktikası və istehsalat travmatizminin qarşısının alınması sahəsində böyük işlər aparırlar.
XX əsrin 2-ci yarısından etibarən işləyən əhali qrupuna tibbi sanitar xidməti sistemi yaradılmışdır. 80-ci illərə qədər işləyən əhaliyə tibbi xidmət göstərən tibbi sanitar hissələri fəaliyyət göstərirdi. Bir çox müəssisələrdə rəsmi statistikaya görə zərərli əmək və qorxulu şəraitdə çalışan İşçilərin miqdarı 7000-ə qədər olub, onların yarıdan çoxu qadınlar idi. İşləyən əhali qrupu arasında ölüm hadisələrinin çox qeyd olunması özüdə təbii olmayan hallardan, yəni travmalardan və bədbəxt hadisələrin istehsalatda baş verməsi nəticəsində olurdu. Belə ölümün baş verməsi heç də azalmamış hal-hazırda 100 il bundan əvvəlki illərdə olan rəqəmə bərabər olur. Bu göstərici analoji olaraq, inkişaf etmiş ölkələrdən 2,5 dəfə, inkişaf etməkdə olan ölkələrdən isə 1,5 dəfə yüksəklik təşkil edir.
Əhalinin işləyən kütləsi bütün əhalinin 50%-ni təşkil edir. jşləyənlərin çox hissəsi fəhlə və qulluqçulardan ibarətdir. Onlara tibbi xidmət, xidmət ərazisində yerləşən tibb idarələri tərəfindən göstərilir (xəstəxana, poliklinika, dispanser, qadın məsləhətxanası və s.). Bundan başqa müəssisənin ərazisində və ya müəssisənin yaxınlığında yerləşən tibbi-səhiyyə hissə- lori, səhiyyə məntəqələri (həkim və feldşer səhiyyə məntəqə- ləri) tərəfindən də göstərilir. Bu səhiyyə idarələri tibbi xidməti işləyənlərin iş yerlərinə yaxınlaşdırır. Fəhlələrə və kəndlilərə tibbi xidmətin təşkili 18/XII-1949-CU ildə yaradılmış, beləliklə, sənaye müəssisələrində səhiyyə məntəqələri və tibbi-səhiyyə hissələri təşkil edilməyə başlanmışdır.
Böyük Vətən Müharibəsi illərində və müharibədən son- rakı illərdə tibbi-səhiyyə hissələri intensiv surətdə inkişaf etməyə başlayır.
Hal-hazırda səhiyyə sistemində aparılan reformalar, tibbi sığortanın tətbiq edilməsi, tibbi-səhiyyə hissələrinin fəhlə və qulluqçulara tibbi xidmətin göstərilməsinin ən mühüm bir forması olmaqla böyük əhəmiyyət kəsb edir.
23/VI-94-CÜ ildən sənaye müəssisələrində işləyənlərin məcburi tibbi sığortası haqqında Səhiyyə Nazirinin verdiyi qərar tibbi xidmətin yaxşılaşdırılmasına doğru yönəldilmişdir.
Tibbi-səhiyyə hissəsi kompleks tibb idarəsi olub, onun tərkibinə xidmət edilən kontinqentin miqdarından asılı olaraq, poliklinika, həkim, feldşer səhiyyə məntəqələri, stasionar, sa- natoriya-profilaktoriya, pəhriz yeməkxanası, uşaq sağlamlaş- dırıcı idarələri, körpələr evi, bağçalar daxil edilir.
Tibbi səhiyyə hissələri xidmət etdiyi kontingentdən asılı olaraq, açıq və qapalı formada olur.
1.Açıq formalı tibbi səhiyyə hissələri həm müəssisənin işçilərinə, onların ailələrinə, həm də müəssisəyə yaxın olan ərazidə yaşayan əhaliyə tibbi xidmət göstərir.
2.Qapalı formalı tibbi səhiyyə hissələri yalnız müəssi- sədə işləyən fəhlə və qulluqçulara tibbi xidmət göstərir.
Hal-hazırda bütün tibbi səhiyyə hissələri 4 qrupa bölü-
nür:
1-ci qrup - federal və idarə tabeliyində olan tibbi səhiyyə hissələri (daxili işlər nazirliyi, mülki aviasiya, dəniz hövzəsi, dəmir yolu, müdafiə nazirliyi tabeliyində olan).
2-ci qrup- tibbi səhiyyə hissələri açıq tibbi səhiyyə hissələridir, amma demək olar ki, onlar artıq praktiki olaraq, səhiyyənin ərazi tibbi idarələrinə çevrilir. Bunlar müxtəlif idarələrlə müqavilə əsasında fəaliyyət göstərirlər.
3-cü qrup - açıq tipli tibbi səhiyyə hissələridir- hansılar ki, ölkənin (respublikanın) və ya bələdiyyələrin subyektlərinin xüsusiləşdirilmiş obyekti sayılır və xüsusiləşdirilməmiş idarənin balansına daxil olur. Belə tibbi səhiyyə hissələri müəssisələrlə daha sıx əlaqədə fəaliyyət göstərir fəhlə və qulluqçuları tibbi xidmətdən məhrum etmədən sex prinsipi üzrə tibbi xidməti təşkil edirlər.
4-cü qrup - ən az miqdarlı qapalı formalı tibbi səhiyyə hissələri olub, xüsusiləşdirilmiş idarələrə mənsubdur və onları bütövlüklə idarə maliyyələşdirir.
Son zamanlar tibbi səhiyyə hissələrində struktur və funk- sional dəyişikliklər baş verir, bir çox hallarda isə onlar mü- alicə-profilaktika idarələrinə çevrilərək onların miqdarı azal-
dılır, eyni zamanda sex həkimi sahələri, həkim və feldşer səhiyyə məntəqələri də azaldılır.
Tibbi səhiyyə hissələrinin əsas vəzifələri və funk- siyaları.
1. Təhkim olunmuş əhali qrupuna kontinqentinə yüksək ixtisaslı tibbi yardımın təşkil edilməsi, ümumi və sənəti xəs- təliklərin, isteh-salat travmatizminin, xəstəliyə və əllilliyə görə əmək günlərinin itirilməsinin azaldılması.
2. Müəssisənin müdiriyyəti ilə birlikdə, sanitar əksepi- demik nəzarət orqanları ilə işləyənlərin sağlamlığının qo- runması sahəsində tədbirlərin işlənib hazırlanması.
3. İşləyənlərin sağlamlığı ilə əmək şəraitinin uyğunluğu üzərində nəzarətin aparılması.
Tibbi səhiyyə hissələrinin quruluşu, onun vəzifələri və funksiyalarına müvafiq olaraq, xidmət olunan kontinqentin miqdarından və təsisçidən asılı olaraq təşkil edilir. Tibbi səhiyyə hissəsinin tərkibinə adətən, poliklinika, həkim və feld- şer məntəqələri daxil edilir. Böyük tibbi səhiyyə hissələrinin tərkibinə stasionar da daxil edilir. Tibbi səhiyyə hissəsinin tərkibinə digər bölmələr də daxil edilir: gecə sanatoriya- profilaktoriyaları və ya pansionatları, təxirəsalınmaz şöbələr, qadın məsləhətxanaları, psixoprofilaktik kabinet və s. Burada müalicəyə ehtiyacı olub, lakin işdən azad olunmağa ehtiyacı olmayanlar qalır. Buraya fəhlə və qulluqçular xüsusi putevka (yol vərəqəsi) ilə göndərilirlər. İş saatları başa çatdıqdan sonra gecə burada qalır lazım olan müalicəni, fizioterapiya müalicəsi alır, eyni zamanda qidalanma ilə təmin edilirlər. Səhərlər isə yenidən iş yerinə qayıdaraq daha gümrah formada öz işlərini davam etdirirlər. Bir sözlə, sanatoriya- profilaktoriya-sanatoriya ilə stasionar arasında keçid təşkil edir.
Tibbi səhiyyə hissəsində iş sex prinsipinə əsaslanır, bu ıso o deməkdir ki, 2000 nəfər fəhlə kontingenti bir həkim tera- pevtə təhkim edilir. Onu isə sex həkimi adlandırırlar, işçi kontingent isə sex sahəsi adlandınlır.
Tibbi səhiyyə hissəsinin ən mühüm vacib bölməsi bər- paedici müalicə şöbəsidir.
Tibbi səhiyyə hissəsinin struktur bölmələri arasındakı əlaqələr nizamnaməyə əsasən müəyyən edilir,
Poliklinikanın tərkibinə lahiyyədə nəzərdə tutulan şöbələr daxildir: qeydxana, ambulator xəstələrin qəbulu üçün sex terapevtlərinin kabinetləri, əsas istisas həkimləri üçün, o cümlədən yeniyetmələr və mama-ginekoloqlar üçün həkim kabinetləri.
Böyük həcmli tibbi səhiyyə hissələrində isə profilaktika
şöbələri yaradılır.
Stasionar optimal olaraq, 400-600 çarpayılıq açılır. Onun tərki-bində mütləq 2 şöbə açılmalıdır: terapiya və cərrahiyə. Hətta xüsusi ixtisaslaşdırılmış şöbələr də açıla bilər: nevroloji və s. Müalicə diaqnostika şöbəsi, tibbi statistika və inzibati- təsərrüfat şöbəsi ümumi olub həm poliklinikaya, həm də st-
asionara aiddir.
Poliklinika və stasionardan ibarət olan birləşmiş tibbi səhiyyə hissəsi ən optimal formalı bir sistemdir. Bir çox hallarda müəssi-sələrdə birləşdirilmiş yox, ayrıca poliklinikalar
fəaliyyət göstərir.
Bəzən yalnız əhaliyə deyil, əsas etibarıilə fəhlələrə tibbi xidmət göstərən xəstəxana və poliklinikalar da tibbi səhiyyə hissələri adlandırıla bilər. Belə tibb müəssisələri adətən, bəzi idarələrdə müəyyən miqdarda işləyənlər üçün təşkil edilir.
Tibb səhiyyə hissəsinə rəhbərlik edən baş həkim təş- kilati işdə bacarığı olan yüksəkixtisaslı mütəxəssis olmalıdır. Poliklinikaya rəhbərliyi baş həkimin ambulator poliklinika işləri üzrə müavini aparır. O, eyni zamanda poliklinikanın müdiri sa- yılır. Xəstəxanaya isə stasionar üzrə baş həkimin müalicə işləri üzrə müavini rəhbərlik edir.
Tibbi səhiyyə hissələri qarşılarına qoyduqları məqsədi yerinə yetirmək üçün aşağıdakı istiqamətdə işləri yerinə ye-
tirməlidirlər (sxem):
1. Ayrı-ayrı ixtisaslar üzrə poliklinika və stasionar
müalicə tibbi xidmətini təşkil etmək;
2. Sanitar-epidemioloji xidmət sistemi ilə birlikdə planlaşdırılmış profilaktik tibbi müayinələrin 3 formasını 'nəyata keçirmək;



3. Əmək qabiliyyətini müvəqqəti itirmənin ekspertizasını aparmaq;
4. Tez-tez və uzun müddət xəstələnən fəhlələrin dis- panserizasiya-sını təşkil etmək.
Bu qrupa ildə 4 dəfə və daha çox, eyni bir xəstəliyə görə 40 gündən artıq xəstələnənlər və 6 dəfədən çox, 60 gündən yuxarı müxtəlif xəstəliklərlə xəstələnənlər daxil edilir.
5. İşləyənlərin əmək şəraiti və sanitar vəziyyəti üzərində nəzarətin aparılması. Bununla əlaqədar olaraq, sex terapevt- ləri periodik (dövrü) olaraq əvvəldən hazırlanmış iş qrafiki üzrə sexlərə, istehsalat sahələrinə çıxır və yerindəcə təşkilati metodik işi təşkil edir.
6. Sağlam həyat tərzinin bütün aspektlərdə formalaş- ması üçün işləyənlərin gigiyenik tərbiyəsi və sanitar maarifi təbliğatının aparılması.
7. Sağlamlaşdırıcı tədbirlərin və ümumiyyətlə sağiam- laşdırıcı işlərin bütün istiqamətlərdə aparılması üçün vahid kompleks sağlamlaşdırıcı tədbirlər planının hazırlanması. Böyük kapital maliyyə xərcləri tələb edən tədbirlər, kollektiv bağlanılmış müqavilələrlə, texniki təhlükəsizlik planları idarənin müdiri tərəfindən təsdiq və tətbiq edilir. Tibbi səhiyyə hissəsinin kompleks planında xüsusilə həkimlərin fəaliyyətinə və daha az maliyyə xərcləri tələb edən sağlamlaşdırıcı təd- birlər bölməsi öz əksini tapır. Bu planlar tibbi səhiyyə hissə- sinin işçiləri tərəfindən baş həkimin rəhbərliyi altında idarənin inzibati hissəsi ilə razılaşdırılaraq müdriyyət tərəfindən cari təqvim ili üçün təsdiq edilir.
Tibbi səhiyyə hissəsinin xəstələnmə və travmatizmin azaldılması sahəsində apardığı işlər bu plan əsasında aparılır. Qayda üzrə planda mütləq surətdə anıabbidakbi tədbirlər sistemi öz əksini tapır:
1. Təşkilati metodik tədbirlər: a) işləyənlərin sağlamlığı- nın mühafizə-si məsələləri, b) tibb işçilərinin müxtəlif istehsa- lat müşavirələrində və iclaslarında çıxışları.
2. İstehsalat prosesinin avtomatlaşdırılması, ağır iş yerlərinin mexanikləşdirilməsi, yeni istehsalat texnikasının tət- biq edilməsi sahəsində sanitar texniki tədbirlər.
3. Profilaktik işin aparılması. Profilaktik iş aparmaq üçün sex həkimi özünün həftə ərzindəki vaxt büdcəsindən 9 saat sərf edir. Adətən bu iş həftədə 3 saat olmaqla 3 dəfə aparılır. Başqa mütəxəssis həkimlər də sexdə aşağıdakı formada profilaktik işlər aparırlar: a) cərrah, ginekoloq, okuiist, derma- toloq həftədə 2 dəfə hər birində 2 saat vaxt sərf edir, b) otolarinqoloq həftədə 1 dəfə 3 saat vaxt sərf etməklə, v) ftizi- atr həftədə 3 dəfə hər birində 2 saat vaxt sərf edir.
Buraya aşağıdakı elementlər daxildir: 1) Əmək şəraitinin öyrənilməsi (istilik, rütubət, işıqlanma, səs-küy), 2) Əks-epi- demik işlərin aparılması, 3) Sanitar-maarifi işinin aparılması, 4) Əmək gigiyenası tədbirlərinin həyata keçirilməsi. Sex hə- kimi bütün texnoloji prosesi, onun işinin, hazırlandığı məhsulu, onun tərkibini, aralıq məhsulları bilməlidir. Bu məqsədilə sex həkimləri tibbi səhiyyə hissələri vasitəsilə sex mühəndisi, həmkarlar komitəsi və zavod rəhbərliyinin iştirakı ilə «Əmək gigiyenası və təhlükəsizlik texnikası» üzrə müqavilə bağlama- lıdırlar.
4. Sanitar-gigiyenik tədbirlər; istehsalat zərərlərinin (iş yerlərinin tozlu olması, qazla çirklənməsi, səs-küy, vibrasiya), istehsalat yerlərinin isidilməsi, işıqlandırılması, su təchizatı və s.
5. Müalicə profilaktik tədbirlər (dispanserizasiya, profi- laktik müayinələr, işləyənlərin yoluxucu xəstəliklərin yayılması təhlükəsi olduqda vaksinasiyası.
6. Travmatizmə qarşı profilaktik tədbirlər: sanitar fəal- larının hazırlanması, müəssisə işçilərinin özünə və yoldaşla- rına kömək göstərməyi öyrətmək, iş yerlərində apteçkaların və digər köməkçi vasitələrin yaradılması. İstehsalatda travma- tizmin profiiaktikası müəssisəsinin texniki-təhlükəsizlik şöbəsi tərəfindən həyata keçirilir, burada cərrahların mühəndislərlə birlikdə hər bir travmatizm hadisəsinin səbəbinin aşkar edil- məsi və onun qarşısının alınması üçün tədbirlərin görülmə- sidir. İstehsalat travmatizminin əsas səbəbləri sexlərdə maşınların, alətlərin, dəzgahların nasaz olması ilə əlaqədardır, burada işçinin işlədiyi yerin antisanitar vəziyyətində olması sənaye travmatizminə səbəb ola bilər. Fəhlələr tərəfindən müdafiəedici vasitələrin istifadə edilməməsi (məs: göz trav-
matizminə qarşı xüsusi eynəklərin olmaması və s.) travmatiz- min baş verməsinə səbəb ola bilər.
7. Əmək gigiyenası, sanitar-əksepidemik iş, yeni diaq- nostik metodlar, xəstəliklərin müalicəsi və profilaktikası, yeni və qabaqcıl iş metodlarının öyrənilməsi və yayılması sahə- sində həkimlərin və orta tibb işçilərinin ixtisaslaşdırılmasının artırılması.
8. Əmək qabiliyyətini müvəqqəti itirməklə xəstələn- mənin təhlil edilməsi, aparılan işin keyfiyyət və səmərəliliyıni qiymətləndirmək üçün tibbi hesabatların qeydiyyatının təşkil edilməsi, bu məqsədilə tibbi səhiyyə hissəsinin tərkibində HMK fəaliyyət göstərir. HMK-nın müvəqqəti olaraq, işçinin bir işdən başqa işə keçirməyi və ya digər işlə təmin etmək səlahiyyəti vardır.
9. Qəza planının tərtib edilməsi. Qəzalar və bədbəxt hadisələr zamanı istifadə ediləcək əldəyilməz və ehtiyat dərman maddələri və tibbi avadanlığın yaradılması. Qəza olan sexdə işçilərin hansı istiqamətdə getməli olduqları, tibbi yardımın necə olması, növbətçi həkimlərin kim olması və s.
Bu istiqamətdə olan bütün işlər tibbi səhiyyə hissəsi və idarənin rəhbərliyi, həmkarlar təşkilatı, texniki təhlükəsizlik şöbəsi, eyni zamanda müəssisədən kənar idarələr: sanitar epidemik xidmət, səhiyyə orqan və idarələri, yanğın əleyhinə xidmət, tibbi səhiyyə hissəsinin fövqəladə situasiyalar şöbələri ilə sıx əlqədar olaraq aparılır.
10. Fəhlələrin sağlamlıq vəziyyəti üzərində müşahidə aparmaq. Belə halda işçi işə qəbul olunmaq üçün həkim müayinəsindən keçir, yəni onun sağlamlıq vəziyyətinin işə uyğun gəlməsi müəyyənləşdirilir. Bundan əlavə işçilər texniki minimum üzrə də zaçot verirlər. Burada fəhlənin özünə və yoldaşına minimum tibbi yardım göstərmə qaydası yoxlanılır. Yardım göstərmək məqsədilə hətta kiçik bir aptek də olur.
Tibbi səhiyyə hissələrinin fəaliyyəti müqavilə əsasında təsisçinin köməkliyi ilə, ərazi məcburi sığorta fondu və ya tibbi sığorta təşkilatları və səhiyyə idarələrinin fəaliyyəti əsasında təşkil edilir. Tibbi yardımın həyata keçirilməsi qanunu əsaslar üzrə aparılır.
Tibbi səhiyyə hissələrinin maliyyələşdiriiməsi aşağıdakı sahələrin hesabına aparılır:
1) Kapital tikintini təsis edən idarənin hesabına yerlərin saxlanılma-sı, kommunal xərclərin ödənilməsi, təmir, tibbi avadanlıqların və nəqliyyat vasitələrinin, sex həkim sahələ- rinin və həkim və feldşer məntəqələrinin saxlanıiması;
2) Dövlət büdcəsinin vəsaitindən (federal, sahə və ya yerli) - məqsədli ərazi və federal proqramların səhiyyə məntəqələrinin saxlanılmasına yönəldilməli vəsaitdən;
3) Ərazi məcburi tibbi sığorta və ya tibbi sığorta təş- kilatları fondunun vəsaitlərindən;
4) Könüllü tibbi sığorta müqavilələrinin realizasiyasından aiınan vəsaitlər hesabına;
5) Əhaliyə pullu tibbi xidmətin göstərilməsindən alınan vəsaitlər hesabına;
6) Digər mənbələrdən alınan vəsaitlər hesabına (xəstə- xananı yardımçı təsərrüfatdan, əmək emalatxanalarından, xeyriyyə ödənişlərindən);
İstehsalat müəssisələrində fəhlələrə göstərilən tibbi yardımın ən geniş yayılmış forması səhiyyə məntəqələridir. Bunlar idarələrdə və tədris müəssisələrində 1-cili tibbi sanitar yardım göstərmək, xəstəliklərin qarşısını almaq, azaltmaq və sanitar-gigiyenik şəraiti yaxşılaşdırmaq üçün təşkil edilir. Səhiyyə məntəqələrində işləyənlərə:
1. Həkimə qədərki yardım;
2. Travmalar zamanı ilkin tibbi həkim yardımının gös- tərilməsi;
3. Qəfləti xəstələnmələr zamanı yardım;
4. Zəhərlənmələr, o cümlədən istehsalat zəhərlənmələri zamanı yardım;
5. Kəskin ürək-damar və tənəffüs çatmamazlığı zamanı yardımın göstərilməsi;
Lazım olduqda səhiyyə məntəqəsi xəstələrin transpor- tirovkasını və zərər çəkənlərin müalicə-profilaktika idarələrinə çatdırılmasbinbi da taıukbl edbr.
Bunlardan başqa səhiyyə məntəqələri ümumi və sənəti xəstəliklərə qarşı, istehsalat travmatizminə, əmək və məişət
şəraitinin sağlamlaşdırılmasına yönəldilmiş mübarizə tədbir- lərini həyata keçirir
Səhiyyə məntəqəsinin işçi qrupu aşağıdakı vəzifələri də yerinə yetirir:
1. müalicə sağlamlaşdırıcı tədbirlər;
2. sanitar gigiyenik və əksepidemik tədbirlər;
3. tibbi müayinələrin və dispanserizasiyanın təşkil edil- məsi;
4. inzibati hissə tərəfindən sanitar qaydaların yerinə ye- tirilməsinə nəzarət;
5. fəhlə və qulluqçuların sağlamlıq (səviyyəsindən) vəziyyətindən asılı olaraq işə qəbu! edilməsi və ya başqa işə keçirilməsi;
6. profilaktik peyvəndlərin təşkil edilməsi;
7. yoluxucu xəstəliklərlə kontaktda olanlar üzərində nəzarət;
8. travmalar zamanı özünə və yoldaşına yardımın öyrədilməsi;
9. sanitar fəalları ilə işlərin aparılması və həyata keçirilmə- si;
10.əmək qabiliyyətini müvəqqəti itirməklə xəstələnmənin öyrənilməsi və təhlili;
: H.işləyənlərə sağlam həyat tərzi və onların gigiyenik tər- biyəsi sahəsində işlərin aparılması. Səhiyyə məntəqələri həkim və feldşer məntəqələrindən ibarətdir. Adətən, bu məntəqələr tibbi səhiyyə hissələrinin və ya şəhər (rayon) poliklinika və xəstəxanalarının tərkibində yerləşir, işləyənlərin miqdarı 1200 və daha çox olarsa həkim məntəqəsi açılır. İşləyənlərin sayı 500 nəfər və ondan çox olarsa, feldşer məntəqəsi, ağır iş sahələrində - mədənlərdə, neftçıxarma səna- yesində, daş kömür, filiz çıxarma və ucqar yerlərdə 500 nəfərdən az olarsa, feldşer məntəqəsi açmağa icazə verilir. Adi yerlərdə 500-dən az işçi olarsa, heç bir məntəqə açılmır. Sə- hiyyə məntəqələrinin işçilərinin ştat normativləri (personalı) xü- susi əmrlə müəyyən edilir. Bəzi sənaye müəssisələrində 1968-cı ildən həkim məntəqələri əvəzinə feldşer məntəqələri açılır, həkim məntəqələri isə sənaye müəssisəsinə yaxın yerləşən
ərazi poliklinikalarına sex terapevtləri və ya sex həkimləri şöbələrinə birləşdirilirlər. Beləliklə, sənaye müəssisələrində yeni proqressiv formalı tibbi xidmət-ərazi müalicə profilaktika idarələrində sex şöbələri yaradılır. Poliklinikada işləyən həkim ona təhkim olunmuş sahənin işçilərinin ambulator qəbulunu təşkil edir, mütəmadi olaraq, müəssisədə yerləşən feldşer məntəqələrinə baş çəkir və orada pasientləri qəbul edərək profı- laktik, təşkilati metodik iş aparır.
Son illər sanaye müəssisələrinın özəlləşdirilməsi və tibbi sığorta sisteminə keçidlə əlaqədar olaraq, sex həkimlərinin poliklinikalarda miqdarı azaldılır, istisadi cəhətdən müəssisə üçün sərfəli olmadığı üçün, bir çox sahələr ləğv olunur.
Tibb idarələri olmayan bölmələrdə ambulator poliklinika idarələrinin müqavilə və ya könüllü kollektiv sığortalanma yolu ilə işləyənlərə tibbi xidməti təşkil etmələri məqsədə uyğun hesab edilir.
Sənaye səhiyyəsi sistemində sex həkim sahəsinə sex həkimi-terapevt təhkim edilməsi mərkəzi yerlərdən birini tutur. Sahədə işləyənlərin miqdarı müəyyən qədər olduqda təşkil edilir: maşınqayırma və yüngül sənaye müəssisələrində 1 sahədə 2000 nəfər, ağır sənaye müəssisələrində isə (daş kömür, dağ mədən, metallurgiya, kimya, neftçıxarma) 1500 nəfər işçiyə 1 sex sahəsi təşkil edilir. Sahəni təşkil etdikdə 3 xüsusiyyəti nəzərə almaq lazımdır:
1-ci növbədə həkimin işçilərin iş şəraitində sağlamlaşdı- rıcı tədbirləri aparmaq üçün işçi yerdə texnoloji proseslərin bir cinsli olması nəzərə alınmalıdır.
2-ci bəzi istehsalat sahələrində ağır iş şəraiti və iş prosesində olan zərərli amilləri nəzərə alaraq sahələri elə ayırmaq lazımdır ki, bütün sex həkimlərinin üzərində iş yükü eyni miqdarda olsun.
3-cü sex sahələrini bir-birinə yaxın olan sexlərdən təşkil etmək lazımdır ki, sex sahələri kompakt olsun. Hal-hazırda sahələrin tərkibi və fəhlələrin miqdarı müqavilədə olan şərtlərə müvafiq olmalıdır.
Sex həkimi öz işini müəssisənin və ərazi səhiyyə orqanlarının rəhbərliyi ilə bağlanan müqavilələrə əsasən
SsSäS-ÄÄSB
Səhıyyə orqanları müəssisə ərazi fondu iia muqavılələr əsasında həkim 1-cili tibö?Tanter JLt? T
SSSSHSS^SS
aşağıdakt forSa S^i^0^'3" V8Z,fctari
- kəskın xəstələnmələr, istehsalat travmaları zəhərlpn mələr zamanı ilkin tibbi yardım qöstərmək ypSLı2rin - profilaktika idarələrinə ç^.nlS^Ä^Ä'0"" mUa"
. ..:xəstələrın ambulator qəbulunun müalicəsini əlillərin reabılıtasıya-sını həyata keçirmək; ' əllllər,n
- ixtisas həkimlərinin məsləhətləri vaxtında təskil etm*
Sliv^T",^" ^P'^nzasiyasm,, stasionar müa cəsTnƏ" ehtıyacı olanlann müaylnə vƏ müalicə olunmasınınTəşkili
- əmək qabılıyyətini müvəqqəti itirmənin eksoertizasım
" vƏ rdVaaXvf3 T'f tİbbİ 6kSPertİZaya
- vaxtında və vaxtından əvvəl aparılan orofilaktik tihhi muayınələrin koordinasiyası və həyata keçiZes?
•" !Z"teZ VƏ UZUn müddət xəstələnənlərin, xroniki xəs- ələnn dispansenzasiyas.nl təşkil etmək, ehtiyac, olanlar. ilfə təm.n etmək, ictimai profilaktika tədbirləri sLnato ku ort mualıcəsınə işləyənlərdən seçib göndərmək pəhrfiemək^ xanas, d.spanser müşahidəsində olan xəstələhn kartSas.
3 4 dəfə Wt ƏhƏtƏ etmƏk,Ə" °ispanser müşahidəsi ildə 3-4 dəfə tez-tez və uzun muddətli xəstələnənləri ildə 2 dəfə
muayınədən keçırmək, öz sahəsində olan fəhlələrin ümumi və
*əstəl.klərlə xəstələnməsini, əmək qabiliyyətini müvəq
320
qəti itirməklə xəstələnmə hadisələrinin ayrı-ayrı şəxslər və əmək qabiliyyətini müvəqqəti itirməklə xəstələnmənın təhlılı
edilməsi ...
- işləyənlərin iş yerlərində əmək şəraıtının yaxşılaşdı-
rılması, sağlamlaşdırıiması, kollektiv müqavilə və kompieks planda nəzərdə tutulmuş tədbirlərin yerinə yetırılməsı, təşkılatı metodik tədbirlərin aparılması üzərində nəzarət
- sağlam həyat tərzinin formalaşdırılması uçun sahədə sanitar fəallarının hazırlanması, sanitariya maarifı, muəssı- sədə işləyənlərin gigiyenik tərbiyəsi üzrə işlərın aparılması
Tibbi səhiyyə hissəsinin mövcud olan carı və perspektıv planları əsasında rüblük, illik kompleks iş planı tərtıb edılır.
Həkimin iş saatları aşağıdakı formada planlaşdırılır: Hər gün 5 saat ambulator qəbul, 2,5 saat təşkilati profılaktık ışlərə
həsrolunur. . .
Tibbi səhiyyə hissəsinin tərkibində polıklınıka və stası-
onar fəaliyyət göstərirsə, o zaman həkimlərin işi növbələşmə
prinsipi ilə aparılır: həkim 1 il və ya 1,5 poliklinikada daha
sonra əvəz olunmaqla bir neçə ay stasionarda fəalıyyət gos-
tƏfir' Həkimlərin 5 ildən az olmayaraq özünün ixtisasını artır- maqa hüququ vardır, əlbəttə bu zaman iş yerı saxlanılır. Ixtı- sasın artırılması müəssisəsinin büdcəsi hesabına ış yenndən aralanmaqla və şəxsi vəsaitlər hesabına ola bılər. Həkımlık kateqoriyası almaq üçün attestasiyadan keçmək■ muəyyən edilmiş müddət ərzində apanlmahdır. Könullu t.bbı sıgorta müqaviləsini müəyyən edilmiş qaydada baglamaq, əlavə tıbbı yardım göstərmək üçün əmək haqqı almaq, sex mudrıyyətınə işləyənlərin sağlamlığının mühafizəsi və konf ktlıı hallann baş verməsi zamanı tövsiyələr hazırlay.b təqd.m etmək səhiyyənin idarəedici orqanlarına lissenz.ya-akkredıtızasıya komissiyasına, müstəqil ekspert komissiyasına, arbrtraj və hüquq mühafizə orqanlarına belə hallar zamanı muraciət etmək hüququ vardır.
Yüklə 131,57 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin