Mühazirə Kimyəvi kinetikanın mahiyyəti. Kimyəvi reaksiyanın sürəti və ona təsir edən



Yüklə 327,08 Kb.
səhifə5/47
tarix14.12.2023
ölçüsü327,08 Kb.
#178071
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   47
Mühazirə Kimyəvi kinetikanın mahiyyəti. Kimyəvi reaksiyanın sürə-www.fayllar.org

c) Yarımparçalanma müddəti üsulu. Bildiyimiz kimi,
bir tərtibli reaksiyalar üçün
𝜏
1
2
=
𝑙𝑛2
𝑘
;
iki tərtibli reaksiyalar üçün
𝜏
1
2
=
1
𝑘𝑐
0
;
üç tərtibli reaksiyalar üçün
𝜏
1
2
=
3
2𝑘𝑐
0
2
.
Əgər yarım parçalanma müddəti ilkin qatılıqdan asılı deyilsə, reaksiya bir
tərtibli; ilkin qatılıqlı tərs mütənasibdirsə, reaksiya iki tərtibli; ilkin
qatılığın kvadratı ilə tərs mütənasibdirsə, onda reaksiya üç tərtiblidir.
2) Diferensial üsul (Vant-Hoff üsulu). 
Reaskiyanın sürəti reaksiyada iştirak edən maddələrin qatılıqları ilə
aşağıdakı kimi əlaqədardır

𝑑𝑐
𝑑𝑡
= 𝑘 ∙ 𝑐
1
𝑛
1
∙ 𝑐
2
𝑛
2
∙ 𝑐
3
𝑛
3
Burada n
1
,
n
2
, n
3
– reaksiyaya girən 1, 2, 3 maddələrinə görə reaksiyanın
tərtibidir. Fərz edək ki,
c
1
<2
=c
3
. Onda reaksiya zamanı yalnız 1 maddəsinin
qatılığı dəyişəcək, 2 və 3 maddələrinin qatılıqları praktiki olaraq dəyişməyəcək,
sabit qalacaqdır. Onları sürət sabitində nəzərə alsaq, alarıq:

𝑑𝑐
𝑑𝑡
= 𝑘

𝑐
1
𝑛
1
Tənliyi ümumi şəkildə

𝑑𝑐
𝑑𝑡
= 𝑘𝑐
𝑛
kimi yazmaq olar.



1 maddəsi üçün reaksiya tərtibi müəyyən edildikdən sonra 2 və 3 maddələri


üçün də reaksiya tərtibi analoji olaraq tapılır və reaksiyanın tərtibi
𝑛 = 𝑛
1
+ 𝑛
2
+
𝑛
3
tənliyi üzrə hesablanır.
MÜHAZİRƏ 3 
Kataliz , homogen kataliz , reaksiyanın xüsusiyyətləri . 

Kimyəvi reaksiyaları sürətləndirən, lakin reaksiyanın sonunda kimyəvi


ədəyişməz qalan maddələrə katalizatorlar deyilir.
Katalizatorların təsirindən reaksiya sürətinin artmasına kataliz deyilir. Homogen,
heterogen və fermentativ kataliz fərqləndirilir.
Homogen katalizdə reaksiyada iştirak edən maddələr və katalizator eyni
fazada yerləşirlər. Reaksiya reaksiya qabının bütün həcmində baş verir.
Heterogen katalizdə reaksiyada iştirak edən maddələr və katalizator müxtəlif
fazalarda yerləşirlər. Reaksiya fazaların toxunma səthində baş verir.
Fermentativ katalizdə katalizator rolunu zülal təbiətli irimolekullu maddələr
oynayır. Fermentativ katalizə mikroheterogen kataliz də deyilir.
Katalitik reaksiyalar adi kimyəvi reaksiyalardan aşağıdakı xüsusiyyətlərinə
görə fərqlənirlər:
1. Katalizator kimyəvi tarazlığın yerini dəyişmir. Yalnız tarazlığın
yaranma sürətini artırır. Çünki katalizator reaksiyanın istilik effektini
dəyişmir. Yalnız düz və əks reaksiyaların aktivləşmə enerjilərini eyni
qədər azaldır. Ona görə də düz və əks reaksiyalar eyni dərəcədə
sürətlənirlər. Nəticədə
const
k
k

2
1
olur, (sabit qalır). Yəni tarazlıq sabiti
dəyişmir.
2. Katalizatorlar seçici təsirə malikdirlər. Onlar mümkün reaksiyalardın
yalnız birini sürətləndirirlər. Məsələn 300
0
C-də, etil spirti müxtəlif
katalizatorların təsirindən 7 cür parçalana bilər. Bu şəraitdə mis
katalizatoru yalnız dehidrogenlşəmə reaksiyasını sürətləndirir.



2
3


2
3
H
CHO
CH
OH
CH
CH
Cu



Al
2
O
3
katalizatoru yalnız dehidratlaşma reaksiyasını sürətləndirir.
O
H
H
C
OH
CH
CH
O
Al
2
4
2
2
3
3
2


 

Ümumiyyətlə, Cu və Ni dehidrogenləşmə və hidrogenləşmə
katalizatorlarıdır. Al
2
O
3
və qlinozem hidratlaşma və dehidratlaşma , Ag
oksidləşmə katalizatoru, Pt universal katalizatordur.
3. Homogen katalizdə reaksiyanın sürəti katalizatorun qatılığı ilə düz
mütənasibdir. Ümumiyyətlə istənilən katalizdə katalizatorların kiçik
miqdarı reaksiyasının sürətlə getməsini təmin edir. Adətən
katalizatorların qarışığı bir katalizatora nisbətən daha yüksək aktivliyə
malik olur.
4. Katalizatorun aktivliyi onun quruluşundan və mühitdə başqa maddələrin
olmasından çox asılıdır. Məs, CuO-dan reduksiya olunmuş Cu yüksək
katalitik aktivliyə malikdir. Elektrolitik çökdürülmüş Cu praktiki olaraq
katalitik aktivliyə malik deyil. Bəzi hallarda müxtəlif maddələr
katalizatorun aktivliyni artırır. Bu maddələrə promotorlar deyilir.
Məsələn, NH
3
-un sintezində Fe katalizatoru üçün K
2
O promotordur.
Bəzi maddələr katalizatorun aktivliyini azaldır. Bunlara katalitik
zəhərlər deyilir. Məs:
3
2
2
5
2
2
1
SO
O
SO
O
V

 


reaksiyasında V
2
O
5
katalizatoru üçün arsen və Hg birləşmələri katalitik
zəhərlərdir.

Yüklə 327,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin