Mühazirə Kimyəvi kinetikanın mahiyyəti. Kimyəvi reaksiyanın sürəti və ona təsir edən amillər



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə9/62
tarix30.12.2021
ölçüsü1,3 Mb.
#49316
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   62
Fiziki-və-kolloid-kimya-2

 

Mühazirə 4 

 

Heterogen fazalar tarazlığı. Gibbsin fazalar qaydası. 

 

Heterogen sistemlərdə bir  tərəfdən maddə bir fazadan başqa  fazaya keçə 

bilər.(aqreqat çevrilmələr) digər tərəfdən isə kimyəvi reaksiyalar gedə bilər. 

Bütün sistemi xarakterizə edən hal funksiyalarını bir-biri ilə əlaqələndirən tənlik 

termodinamiki tənlik adlanır. Bu tənliklərə hal tənlikləri də deyilir. Məs., ideal 

qazın hal tənliyi   

                                                  PV=RT; PV=nRT 

Sistem təşkil edən maddələr müxtəlif aqreqat hallarında ola bilər. Sistemi təşkil 

edən maddələr arasında ayrıcı səth yoxdursa , sistemə homogen sistem deyilir. 

Homogen sistemə misal olaraq qaz qarışığını , şəkərin suda məhlulunu , mayeni, 

kristalı və s göstərmək olar. Əgər sistem öz tərkibinə , fiziki və kimyəvi 

xassələrinə görə fərqlənən və bir-birindən ayırıcı səth vasitəsi ilə ayrılan bir necə 

hissədən ibarətdirsə , belə sistem heterogen sistem adlanır. Heterogen sistemlərə 



misal olaraq bir-birində həll olmayan mayeləri (neftin-suda qarışığını ) , həll olan 

maddənin çöküntüsü ilə tarazlıqda olan doymuş məhlulu , bir-birində həll 

olmayan iki kristalın ərintisini , qumun suda qarışığını və s göstərmək olar.  

Hər bir homogen sistem bir fazadan , ibarətdir. Sistemin öz tərkibinə, 

fiziki və kimyəvi xassələrinə görə eyni olan hissələri toplusuna faza deyilir. 

Sistemi təşkil edən fazaların sayına görə sistem birfazalı , ikifazalı , üçfazalı və 

daha çox fazalı ola bilər. 

Bərk  və maye fazalar birlikdə kondensləşmiş faza adlanır. Sistemdən 

ayrılması mümkün olan və  ayrılıqda mövcüd  olan maddələrə sistemin tərkib 

hissəsi  və ya komponent deyilir. Məs..NaCl-in suda məhlulunda sistemin 

komponentləri NaCl və H

2

O-dr.Tarazlıqda olan sistemin bütün fazalarının 



yaranması ücün zəruri və kafi oian komponentlərə sistemin asılı olmayan 

komponentləri deyilir.Asılı olmayan komponentlərin sayına görə sistem bir- , iki-, 

üc-, və cox komponentli olur. 

Əgər sistemlə komponentlər arasında hec bir qarşılıqlı təsir yoxdursa , onda 

asılı olmayan komponentlərin sayı komponentlərin ümumi sayına bərabər 

olur.Əgər sistemdə komponentlər arasında kimyəvi reaksiya gedə bilərsə , onda 

asılı oimayan komponentlərin sayı  komponentin ümumi sayı ilə onlar arasında 

fərqə bərabərdir. Sistemin tarazlıq halının yaranmasının şəraitindən asılı olaraq 

komponentin ümumi sayı eyni olan sistemdə asılı oimayan komponentlərin sayı 

müxtəlif ola bilər. 

a)  N

2

+3H



           

 

2NH


3

 

b)  2NH



           N

2

+3H


2

 

Verilən reaksiyaların hər ikisində komponentlərin sayı 3-



dür.Komponentlərin parsial təzyiqlərini əlaqələndirmək ücün (3.1) tənliyini 

yazmaq olar. 

                                  

𝐾

𝑃



=  

𝑃

𝑁𝐻3



2

𝑃

𝑁2 



∙ 𝑃

𝐻2

3



 

 

Onda (a) reaksiyasında asılı olmayan komponentlərin sayı 3-1=2 olacaqdır.Başqa 



sözlə tarazlıq halını əldə etmək ücün ya N

2

 və H



2

 , ya N


2

və NH


3

 , ya da ki , H

2

 və 


NH

3

 götürmək kifayətdir. Tarazlıq halında sistem 3 komponentə malik olacaqdır. 



Bu reaksiya ücün aşağıdakı tənlikləri yazmaq  mümkündür.  

                             

𝐾

𝑝

=  



𝑃

𝑁2

∙ 𝑃



𝐻2

3

𝑃



𝑁𝐻3

2

   ;    



𝐾

𝑝

=   𝑃



𝑁

2

∙  



1

3

𝑃



(𝐻

2

)



 

Reaksiyada tənliklərin sayı 2 olduğundan asılı olmayan komponentlərin sayı 

3-2=1 olacaqdır. 

Qeyd etmək lazımdır ki,K hesablanarkən qatılığın və parsial təzyiqin tənliklərini 

əlaqələndirmək olar, molların sayını isə yox. Bu heterogen sistemlər üçün 

zəruridir. 

 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin