Mühazirə Kimyəvi kinetikanın mahiyyəti. Kimyəvi reaksiyanın sürəti və ona təsir edən amillər



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə57/62
tarix30.12.2021
ölçüsü1,3 Mb.
#49316
növüMühazirə
1   ...   54   55   56   57   58   59   60   61   62
Fiziki-və-kolloid-kimya-2

 

Mühazirə 14 

 

MAYE DİSPERSİON MÜHİTLİ KOLLOİD SİSTEMLƏR 

 

Maye  dispersion  mühitli  kolloid  sistemlər  üç  qrupa  bölünür: 

suspenziyalar (B/M), emulsiyalar (M/M) və köpüklər (Q/M).  

Suspenziyalar.  Bu tip kolloid sistemlərdə bərk dispers faza hissə-cikləri  10

-

5



-7

 m  ölçülərində  olur.  Daha  iri  hissəciklər  tez  çökür. Suspenziyaların 

disperslik dərəcəsi mikroskopik və ya sedi mentasiya analizi  üsulları  ilə  təyin  

edilir.  Ən  kobud  dispers   suspenziyalar  asılqan adlanır. Suspenziyaları həm 

dispersləşmə, həm də kondensləşmə üsulları ilə alırlar. Qatı suspenziyalar yüksək 

tiksotropiya qabiliyyətinə malikdir.  

Disperslik  dərəcəsi  az  olduğundan,  suspenziyalar  tipik  kolloid 

məhlullarla müqayisədə kinetik davamsız olub,  sedimentasiyaya uğrayır. Onların  

aqreqativ  davamlılığını  sistemə  stabilizator  (ionlar,  səthi  aktiv maddələr,  

yüksəkmolekullu  birləşmələr  və  s.)  əlavə  etməklə  artırırlar. Stabilizator  

hissəcikləri  dispers  faza  hissəciklərinin  səthində  adsorbsiya olunaraq, onların 

aqreqasiyasının qarşısını alırlar.  

Suspenziyalar  təbiətdə  mühüm  rol  oynayır.  Çöküntü  süxurlarının əmələ 

gəlməsi, çayların deltasında lil yığılması suspenziyaların sedimen tasiya  və  




koaqulyasiyası  ilə  əlaqədardır.  Yağlı  boyalar  tikintidə  isti fadə olunan əhəng 

və sement məhsulları suspenziyalarıdır. 




Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin