Avtonəqliyyat vasitəsinin cari təmiri − onun istismarı prosesində baş verən imtina və nasazlıqların aradan qaldırılmasıdır.
İşləmə qabiliyyəti − avtonəqliyyat vasitəsinin (aqreqat, qovşaq, mexanizm və sistemlərinin) elə bir vəziyyətidir ki, o, öz funksiyalarını texniki sənədlərin tələbləri ilə müəyyən olunmuş parametrlərlə yerinə yetirməyə qabildir.
İmtina − avtonəqliyyat vasitəsinin işləmə qabiliyyətinin tam və ya qismən itirməsi ilə baş verən hadisədir. İmtina zamanı avtonəqliyyat vasitəsinin işi dayandırılır. İmtinanın baş verməsi həmişə nasazlığın yaranması ilə əlaqədardır. Nasazlığın yaranması heç də həmişə imtinanın baş verməsinə səbəb olmur.
Sazlıq - avtonəqliyyat vasitəsinin elə bir vəziyyətidir ki, onun bütün parametrləri baxılan zaman anında texniki sənədlərdə (standartlar, texniki şərtlər və b.) verilmiş tələblərə (normativ qiymətlərə) uyğundur.
Nasazlıq − avtonəqliyyat vasitəsinin elə bir vəziyyətidir ki, o, baxılan vaxt anında texniki sənədlərdə (standartlar, texniki şərtlər və b.) müəyyən olunmuş tələblərin heç olmasa birinə cavab vermir və ya uyğun deyildir.
Avtoservis müəssisəsində avtomobil yerləri texnoloji təyinatına görə işçi və köməkçi postlara, gözləmə avtomobil-yerlərinə bölünür.
Avtonəqliyyat vasitəsinin texniki qulluğu və cari təmiri aparılan işçi post − avtonəqliyyat vasitəsinin üzərində bir və bir neçə bircins işlərin yerinə yetirilməsi üçün istehsalat sahəsinin texnoloji avadanlıqla, tərtibatlarla, alətlərlə təchiz edilmiş bir hissəsidir. İşçi postda bir və ya bir neçə işçi yer ola bilər.
Resurs – obyektin istismara başladığı andan son həddinə (silinənə) qədər işləmə müddətinə (yürüşünə) deyilir. Obyektin baxılan cari andan son həddinə (silinənə) qədər işləmə müddətinə onun qalıq resursu (yürüşü) deyilir.
İşçi yer − işçinin (fəhlənin) konkret işi (texnoloji əməliyyatı) yerinə yetirmək üçün istehsalat sahəsinin texnoloji avadanlıqla, tərtibatlarla, alətlərlə təchiz edilmiş bir hissəsi olan əmək fəaliyyəti zonasıdır.
Dostları ilə paylaş: |