Mühazirə konspektləri ( Magistratura səviyyəsi üçün ) " Ali məktəb pedaqogikası"


Tərbiyənin məzmunu, metodları və təşkilat formaları



Yüklə 112,78 Kb.
səhifə35/43
tarix08.01.2023
ölçüsü112,78 Kb.
#78720
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   43
Ali mək.ped. mühazirələr

2.Tərbiyənin məzmunu, metodları və təşkilat formaları
Müasir dövrdə tərbiyənin məzmununa təsir göstərən bəzi amillərə nəzər salaq. Bu gün tələbələrin ̶ gələcək mütəxəssislərin tərbiyəsi cəmiyyətin siyasi və iqtisadi islahatlar apardığı, gənclərin sosiomədəni həyatında dəyişikliklərin baş verdiyi bir şəraitdə aparılır. İnformasiya məkanı kəskin dəyişilmiş, genişlənmişdir. Gənclərə göstərilən təsirlər içərisində yüngül, təntənəli həyat şəraitinə, cinəyatkarlığa, xaosa aparan amillər güclənmişdir.
Cəmiyyətlərin həyatında etnik faktorların rolu artmış, milli münasibətlərdə gərginlik çoxalmışdır. Dinin insanların mənəvi inkişafına təsiri güclənmişdir ki, bu da bəzi dövlətlərdə dindən siyasi məqsədlər üçün istifadəyə zəmin yaratmışdır.
Gənclər təşkilatlarının sayı artsa da, onlarda gənclərin sayı və fəallıq dərəcəsi azalmışdır. Ali məktəblərin bir çoxunda tərbiyənin məqsəd və vəzifələri dəqiq müəyyən edilməmişdir.
Ali məktəblərdə tərbiyə prosesinin təşkilində aşağıdakı əsas istiqamətlər öz əksini tapmalıdır:

  • tələbələrdə peşə və şəxsi keyfiyyətlər formalaşdırılmalı, qabiliyyətlər inkişaf etdirilməlidir;

  • pedaqoji peşə mədəniyyətinin inkişafı;

  • vətənə, ailəyə, cəmiyyətə, kollektivə, insanlara və özünə münasibət formalaşması;

  • pedaqoji peşə əxlaqı formalaşması;

  • vətəndaş, ailə üzvü, zəhmətkeş, əsl insan statuslarına hazırlanmaq;

  • özündə pedaqoji, vətəndaşlıq, milli, humanist, fərdi əhəmiyyətli dəyərlər formalaşdırılması;

  • sosial və həyatı təcrübənin sonrakı inkişafı.

Tərbiyənin məzmunu tərbiyə konsepsiyaları və prinsiplərinin təsiri altında formalaşır. Tərbiyə təşkilatçılarının pedaqoji mövqeyi də bu işdə mühüm rol oynayır. Tərbiyənin məzmunu bir neçə mənbədən qaynaqlanır: dövrü mətbuatdan, elmi və pedaqoji ədəbiyyatdan, metodik vəsaitdən, ictimai və mədəni həyatın gündəlik hadisələrindən, təhsil haqqında sənədlərdən və s.
Tərbiyə konsepsiyaları, ideya sistemləri metodlar sistemindən daha mütəhərrikdir. Buna görədir ki, tərbiyənin elmi metodları ali məktəblərdə 150-200 il qabaq olduğu şəkildə tətbiq olunur.

Yüklə 112,78 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin