Biz
qeyd etdik ki, insanın fəaliyyəti hisslərlə üzvi surətdə
bağlıdır. Burada, birinci-insan hisləri
müəyyən fəaliyyətin nəti-
cəsində törəyib cərəyan edir; ikinci-hisslər
fəaliyyətin motivi
kimi, insanı hər hansı fəaliyyətə təhrik də edə bilər, yaxud onu hər
hansı fəaliyyətdən çəkindirə də bilər. Bu cəhətdən hisslər
fəal
(sfenik)
və
qeyri-fəal (astenik)
olmaqla iki qrupa bölünürlər.
Orqanizmin
həyat fəaliyyətini yüksəldən, onun qüvvəsini
artıran, fəaliyyətə
təhrik edən hisslər
fəal və ya sfenik hisslər
adlanır. Məsələn, sevinc hissi, qan damarlarını genişləndirir, beyni
qanla yaxşı təchiz edir, adam yorğunluq hiss etmir, zehni və fiziki
əmək qabiliyyəti yüksəlir.
Astenik
hisslər isə əksinə, orqanizimn həyat fəaliyyətini
zəiflədir, enerjini azaldır: məsələn, insan kədərləndikdə onun qan
damarları büzülür, sifəti ağarır, beyinə qan az gedir, insan özünü
əzgin hiss edir, onun zehni və fiziki fəaliyyəti zəifləyir və s.
Ancaq
hissləri iki qrupa bölmək, onların arasından sədd
çəkmək də doğru deyildir. Çünki eyni bir hiss şəraitlə əlaqədar
gah stenik, gah da astenik də ola bilər: məsələn,
qorxu hissi
birinin əl-qolunu bağlayır, digəri isə həmin təsir altında igidlik də
göstərə bilər və s.
İnsan hisslərin təsiri altında bu və ya digər cismə, yaxud ha-
disəyə
ya müsbət, ya da mənfi münasibət bəsləyə bilər. Bu cə-
hətdən insan hissləri həmişə bir-birinin əksi olur. Bu,
hisslərin
qütbülüyü
adlanır. Məsələn, sevinc-kədər, məhəbbət-nifrət və s.
Dostları ilə paylaş: