Mühazirə materialları Fənnin predmeti barədə anlayış



Yüklə 2.47 Mb.
Pdf просмотр
səhifə1/22
tarix13.06.2017
ölçüsü2.47 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   22


 
Hazırlayanlar: i.e.n.M.Məmmədli, i.e.n.M.M.Aslanova, i.e.n.N.Ş.Balabəyova  
Gömrük işi fənni üzrə mühazirə materialları 
 
1.
  Fənnin predmeti barədə anlayış   
 
Fənnin anlayışı , predmeti, məqsəd və vəzifələri  
 
Plan: 
Gömrük işinin mahiyyəti, öyrənilmə obyekti, subyekti 
Fənnin öyrənilməsinin məqsədi, prinsipləri, metodları 
Gömrük işinin strukturu, bölmələri, sistemi 
Gömrük işinin hüquqi əsasları, hüquq mənbələri, funksiya və vəzifələri 
 
 
Gömrük sözünə qədim rus  mənbələrində “tamojnya” kimi rast gəlinir. Bu söz 
tamqa  sözündən  götürülüb,  mənası  “möhür”,  “yarlıq”,  “damğa”  deməkdir.  Türkcə 
“damqa”  yarlıq,  möhür,  damğa,  ştamp  mənasını  verir.  Müasir  rus  lüğətində  qəbul 
edilən “tamojennik” formasına ilk dəfə 1284-cü ildə işlədilməsinə rast gəlinir.  
 
Gömrük sözü  "Lehce-i  Osmaniye" adlı kitabda, yunancadan alınmış və "əmtəə 
ilə    bağlı  alınan  rüsumun  idarə  yerlərinin  adıdır"  deyə  göstərilir.    Lakin  sonralar 
"Gömrük"  sözü  yunancadan  alınma  söz  olmadığı,  latıncada  ticarət  mənasına  gələn 
"Commercium"  sözündən  alınmış  olduğu  aydın  olur.  Çünki,  gömrük  ticarət 
əş
yasından alınan bir vergi olduğu nəzərə alındığında  bu adlandırmanın daha uyğun 
olduğu  açıqdır.  Fransızlar  "Gömrük"  e  "Douane"  deyirlər.  İtalyanca    "dogana" 
sözündən alınmışdır ki, "Doge" Venesiya və Genoa  Respublikasının Birinci Hakimi 
olmuş və  xəzinəyə gəliri  təmin etmək üçün adına  Venesiyada tətbiq olunan  vergi 
alınmışdır.  
 
Gömrük və gömrük vergisi, tarixdə bir-birindən ayrı yaşayan cəmiyyətlər, şəhər 
dövlətləri,  dövlətlər,  imperiyalar  var  olduğu  müddətcə  mövcud  olub.  Gömrük, 
dövlətlərin suverenlik ərazilərinin  ifadə forması və xəzinələrinin əhəmiyyətli bir gəlir 
qaynağı  olmuşdur.  Ölkələr,  təhlükəsizlik,  iqtisadi,  siyasi,  xalqın  sağlamlığı  kimi 
faktorları  qorumaq  və  vergini    təmin  etmək    məqsədilə  torpaqlarına  girən  kəslər, 
ticarət mallarına  sərhədlərdə nəzarət edirdilər. Bu gün də gömrük vergiləri, dövlətin 
yığdığı vergilərdən sonra  ən böyük gəlir mənbəyi olaraq qalır. 
Gömrük işi - 
•  malların və ya digər əşyaların gömrük sərhədindən keçirilməsi qaydaları,  
•  gömrük vergisinə cəlb olunması,  
•  nəzarət  
•  və gömrük siyasətini həyata keçirən digər vasitələrin məcmusudur.  


 
•  Gömrük işi praktikada bir neçə formada –  
•  gömrük orqanları sistemini yaratmaq,  
•  hüquqi və tarif tənzimlənməsi,  
•  gömrük rəsmiləşdirilməsi,  
•  gömrük  nəzarəti  
•  gömrük  qaydalarının  pozulması  haqqında  işin  tədqiqi  və  təhqiqatın  təşkili  ilə 
reallaşdırıla bilər.   
 
Gömrük işi fənninin predmeti gömrük işinin predmetidir. Bura malların və ya 
digər  əşyaların gömrük  sərhədindən  keçirilməsi  qaydaları,  gömrük  vergisinə  cəlb 
olunması, gömrük nəzarəti, gömrük rəsmiləşdirilməsi, gömrük prosedurları,  gömrük 
hüquq tənzimləmələri və gömrük siyasətini həyata keçirən digər vasitələr aiddir.  
 
Gömrük  işinin  metodu  gömrük  fəaliyyətinin  təşkili  və  idarə  olunması  üçün 
lazım olan üsul və priyomlar sistemini təşkil edir. 
 
Gömrük işinin obyekti gömrük sərhəddindən keçən mal və nəqliyyat vasitələri, 
subyekti isə  bir tərəfdən gömrük orqanı və əməkdaşları , digər tərəfdən isə fiziki və 
hüquqi şəxslərdir.  
 
Gömrük işinin prinsipləri - gömrük hüquq prinsipləridir: 
•  qanunilik 
•  demokratizm 
•  aydınlıq 
•  səmərəlilik və s. 
 
Azərbaycan  Respublikası  müstəqilliyini  bərpa  etdikdən  sonra  1992-ci  ilin 
yanvar  ayında  prezident  fərmanı  ilə  Azərbaycan  Respublikası  Dövlət  Gömrük 
Komitəsi  yaradıldı.  10  iyun  1997-ci  ildə  Azərbaycan  Respublikasında  Gömrük 
Məcəlləsi qəbul edilmışdir. 24 İyun 2011-ci ildə isə yeni təkmilləşdirilmiş  Gömrük 
Məcəlləsi qəbul edildi. 
 
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi fəaliyyət istiqamətlərinə 
uyğun  olaraq,  gömrük  işi  sahəsində  dövlət  siyasətini  və  tənzimlənməsini  həyata 
keçirən, hüquq mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır. 
 
 Komitə  öz  fəaliyyətində  Azərbaycan  Respublikasının  Konstitusiyasını, 
Azərbaycan  Respublikasının  qanunlarını,  Azərbaycan  Respublikası  Prezidentinin 
fərman  və  sərəncamlarını,  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  qərar  və 
sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri 
rəhbər tutur. 
  
Komitə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər 
icra  hakimiyyəti  orqanları,  yerli  özünüidarəetmə  orqanları  və  qeyri-hökumət 
təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. 


 
  
Komitə  öz  fəaliyyətini  qanunun  aliliyi,  insan  hüquqlarının  və  azadlıqlarının 
qorunması,  şəxslərin  qanun  qarşısında  hüquq  bərabərliyi,  aşkarlıq,  peşəkarlıq  və 
xidmətdə nizam-intizam prinsipləri əsasında qurur. 
 
Komitə  müstəqil  balansa,  qanunvericiliyə  uyğun  olaraq  istifadəsində  olan 
dövlət  əmlakına,  xəzinə  və  bank  hesablarına,  üzərində  Azərbaycan  Respublikası 
Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, emblemə, bayrağa, müvafiq 
ş
tamplara və blanklara malikdir. 
 
Komitənin  saxlanma  xərcləri  və  fəaliyyəti  Azərbaycan  Respublikasının  dövlət 
büdcəsi  və  qanunvericilikdə  nəzərdə  tutulmuş  digər  mənbələr  hesabına 
maliyyələşdirilir. 
 
Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsinin  əsas  funksiyaları 
aşağıdakılardır: 
1. Azərbaycan Respublikasında gömrük işini təşkil etmək və onu təkmilləşdirmək; 
2. Azərbaycan Respublikasının gömrük siyasətini həyata keçirmək; 
3.  Öz  səlahiyyətləri  daxilində  Azərbaycan  Respublikasının  iqtisadi  mənafeyini  və 
təhlükəsizliyini qorumaq; 
4.  Öz  səlahiyyətləri  daxilində  Azərbaycan  Respublikasının  gömrük  ərazisinin 
vahidliyini təmin etmək; 
5. Azərbaycan Respublikasında qabaqcıl gömrük tənzimlənməsi vasitələrinin tətbiqini 
təşkil etmək; 
6.  İcrasına  nəzarət  gömrük  orqanlarına  həvalə  olunmuş  gömrük  işinə  dair  və  digər 
qanunvericiliyinə əməl olunmasını təmin etmək; 
 
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ona həvalə edilmiş 
funksiyalara əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 
aşağıdakı vəzifələri yerinə yetirir: 
1.  Azərbaycan  Respublikasının  gömrük  siyasətinin  həyata  keçirilməsi  üçün  hüquqi, 
iqtisadi, təşkilati mexanizmlər hazırlayır və onların həyata keçirilməsini təmin edir; 
2. Azərbaycan Respublikasında gömrük işinin inkişafı proqramını hazırlayır və həyata 
keçirir; 
3. Gömrük nəzarətinin həyata keçirilməsini və təkmilləşdirilməsini təşkil edir, bu cür 
nəzarətin  səmərəliliyinə  zərər  vurmadan  onun  sadələşdirilməsi  və  təkmilləşdirilməsi 
üçün tədbirlər görür; 
4.  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  keçirilən  mallar  barəsində 
qiymətlərin  tənzimlənməsi  və  digər  qeyri-tarif  tədbirləri  də  daxil  olmaqla,  iqtisadi 
proqramların işlənib hazırlanmasında iştirak edir və öz səlahiyyətləri daxilində onların 
həyata keçirilməsini təşkil edir; 
5.  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  keçirilən  mallardan  vergilərin, 
gömrük  rüsumlarının,  aksizlərin,  habelə  digər  gömrük  ödənişlərinin  alınmasını, 


 
beynəlxalq  avtomobil  daşımalarını  yerinə  yetirən  xarici  ölkələrin  nəqliyyat 
vasitələrinə  sərhəddə  «İcazə»  blanklarının  verilməsinə  görə  dövlət  rüsumunun 
tutulmasını təşkil edir; 
6.  Malların  gömrük  dəyərinin  düzgün  müəyyən  olunması  üzərində  nəzarət  sistemini 
təşkil edir; 
7.  Gömrük  rüsumlarının, müvafiq  dövlət  rüsumlarının, vergilərin  vaxtında  və  tam 
həcmdə dövlət büdcəsinə köçürülməsini təmin edir; 
8. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda lisenziya 
və ya ixtisas attestatları verir, onları ləğv edir, yaxud geri alır, reyestrinin aparılmasını 
təmin edir; 
9.  Mallar  və  nəqliyyat  vasitələri  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən 
keçirilərkən müvafiq gömrük rejimlərindən səmərəli istifadəni təmin edir; 
10.  Malların  və  nəqliyyat  vasitələrinin  Azərbaycan  Respublikasının  gömrük 
sərhədindən  keçirilməsinə  dair  qaydaların  işlənib  hazırlanmasını  təşkil  və  onların 
icrasını təmin edir; 
11.  Malların  və  nəqliyyat  vasitələrinin  gömrük  rəsmiləşdirilməsinin  həyata 
keçirilməsini  təşkil  edir,  onun  təkmilləşdirilməsi  və  sadələşdirilməsi  üçün  tədbirlər 
görür; 
11-1.  malların  baytarlıq,  fitosanitar,  gigiyenik  və  digər  sertifikatlarının 
(şəhadətnamələrinin)  yoxlanılmasını,  sərhəddə  həmin  mallar  üzərində  baytarlıq, 
fitosanitar, sanitariya nəzarətini həyata keçirir; 
11-2. ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan 
qonşu  ölkələrdən  Azərbaycan  Respublikasının  ərazisinə  keçən  nəqliyyat  vasitələrini 
baytarlıq  qanunvericiliyində  müəyyən  edilmiş  qaydada  və  müddətdə  məcburi 
dezinfeksiya edir; 
11-3.  başqa  ölkələrdən  gətirilən  heyvanların  sağlamlığını  müəyyənləşdirmək  üçün 
onların  təcrid  olunmuş  halda  saxlanılmasının  təmin  edilməsi  məqsədi  ilə  müvafiq 
ə
razi dövlət baytarlıq müfəttişliyinə məlumat verir; 
12.  Müstəqil  surətdə,  yaxud  zəruri  olduqda  digər  hüquq-mühafizə  orqanları  cəlb 
edilməklə  gömrük  nəzarəti  zonası  rejiminə  riayət  olunmasına  nəzarəti  təmin  edir, 
gömrüyün  infrastruktur  obyektlərinin  mühafizə  sistemini  təşkil  edir,  Azərbaycan 
Respublikasının  gömrük  sərhədinin  qorunması  məqsədi  ilə  digər  tədbirlər  də  həyata 
keçirir; 
13. İcrasına nəzarət Azərbaycan Respublikasının gömrük orqanlarına həvalə olunmuş 
gömrük  işi  üzrə  və  digər  qanunvericilik  aktlarına  əməl  olunmasını  təmin  edən 
tədbirlər sistemini hazırlayır və həyata keçirir; 
14.  Rezident  və  qeyri-rezident  tərəfindən  milli  və  xarici  valyutanın,  eləcə  də  digər 
valyuta  sərvətlərinin  müvafiq  qanunvericiliyə  uyğun  olaraq  Azərbaycan 


 
Respublikasının 
gömrük 
sərhəddindən 
keçirilməsinə, 
habelə 
Azərbaycan 
Respublikasının  Gömrük  Məcəlləsi  ilə  nəzərdə  tutulmuş  digər  hallarda  valyuta 
nəzarətini həyata keçirir;
 
15.  Qaçaqmalçılığa  və  gömrük  işi  sahəsində  digər  cinayətlərə  qarşı  mübarizə 
aparılmasını təşkil edir. Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən bu 
cür  cinayətlər  üzrə  qüvvədə  olan  qanunvericilik  aktlarına  müvafiq  olaraq 
təhqiqat ibtidai  istintaq aparılmasını  və  əməliyyat-axtarış  fəaliyyəti  həyata 
keçirilməsini təmin edir; 
16.  Gömrük  qaydalarının  pozulmasına  və  Azərbaycan  Respublikasının  gömrük 
orqanlarının  nominal  fəaliyyətinə  qəsd  edən  inzibati xətalaraqarşı  mübarizəni  təşkil 
edir; 
17. Narkotik vasitələrin və psixotrop maddələrin, silahların, Azərbaycan xalqının və 
xarici ölkə xalqlarının  bədii,  tarixi  və  arxeoloji  sərvətləri olan  əşyaların, intellektual 
mülkiyyət  obyektlərinin,  habelə  digər  malların  gömrük  sərhədindən  qanunsuz 
keçirilməsinin  qarşısını  almaq  məqsədi  ilə  tədbirlər  sistemi  hazırlayır  və  həyata 
keçirir; 
17-1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində 
bioloji  sərvətlərdən  səmərəli  istifadə  edilməsi  və  onların  qorunması  üzrə  dövlət 
siyasətinin  hazırlanıb  həyata  keçirilməsində  iştirak  edir,  öz  səlahiyyətləri  daxilində 
bioloji  sərvətlərin  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  keçirilməsi 
zamanı  mövcud  qanunvericiliyin  tələblərinin  yerinə  yetirilməsi  üzərində  nəzarəti 
təmin edir 
18. Azərbaycan Respublikasının dəmir yolu vağzallarında, hava və dəniz limanlarında 
beynəlxalq  nəqliyyat  vasitələrinin  fəaliyyətinə  qanunsuz  müdaxilənin  qarşısının 
alınmasında və beynəlxalq terrorçuluqla mübarizədə Azərbaycan Respublikası hüquq-
mühafizə orqanlarına köməklik göstərir; 
5.19.  Azərbaycan  Respublikasının  gömrük  orqanlarının  vəzifəli  şəxsləri  tərəfindən 
qaçaqmalçılıq  və  gömrük  işi  sahəsində  digər  cinayətlər,  gömrük  qaydalarının 
pozulması  işləri  və  Azərbaycan  Respublikasının  gömrük  orqanlarının  normal 
fəaliyyətinə  qəsd  edən  inzibati xətalarhaqqında  işlər  üzrə  icraat  zamanı,  habelə 
ə
məliyyat-axtarış tədbirləri həyata keçirilərkən qanunçuluğa əməl olunmasına nəzarəti 
həyata keçirir; 
20.  Azərbaycan  Respublikasının  xarici  ticarətinin  gömrük  və  xüsusi  gömrük 
statistikasının aparılmasını təşkil edir; 
21. Müəyyən olunmuş qaydada gömrük statistikasına dair və digər gömrük işinə aid 
məlumatları  Azərbaycan  Respublikasının  Prezidentinə,  Azərbaycan  Respublikasının 
Nazirlər  Kabinetinə  və  digər  mərkəzi  icra  hakimiyyəti  orqanlarına  (onların 
fəaliyyətinə dair məsələlər üzrə) təqdim edir; 


 
22.  Öz  fəaliyyəti  haqqında  əhalinin  məlumatlandırılmasını,  internet  saytının 
yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı 
olan  ictimai  informasiyanın  həmin  saytda  yerləşdirilməsini  və  bu  informasiyanın 
daimi yeniləşdirilməsini təmin edir; 
23. Gömrük işi həyata keçirilərkən fiziki şəxslərin və təsərrüfat subyektlərinin hüquq 
və mənafelərinin müdafiəsi üzrə tədbirlər görür; 
24.  Azərbaycan  Respublikası  gömrük  orqanlarının  və  onların  vəzifəli  şəxslərinin 
qərarlarından  (o  cümlədən  normativ  aktlarından),  hərəkət  və  hərəkətsizliyindən 
ş
ikayətetmə  üzrə  fiziki  və  hüquqi  şəxslərin  hüquqlarının  reallaşdırılması  üçün  şərait 
yaradır; 
25.  Şikayətlərə  və  müraciətlərə  vaxtında  və  tam  baxılmasını  təmin  edir;  fiziki  və 
hüquqi  şəxslərin  hüquqlarının  və  qanuni  mənafelərinin  pozulmasını  yaradan 
səbəblərin aradan qaldırılması üçün tədbirlər görür; 
26. Öz səlahiyyətləri daxilində gömrük işi üzrə mühüm hüquqi aktların nəşrini təmin 
edir; 
27. Azərbaycan Respublikasında gömrük işinin inkişafı və vəziyyətinə dair məlumat 
—  izahat  işləri  aparır;  bu  məqsədlə  kütləvi  informasiya  vasitələrindən  və  digər 
təbliğat vasitələrindən istifadə edir; 
28. Konkret mallarla və ya təsərrüfat əməliyyatları ilə əlaqədar gömrük işi haqqında 
qanunvericilik  aktlarının  tətbiqi  məsələləri  üzrə  öz  qərarlarının  qəbulu  və  fəaliyyət 
göstərməsini təmin edir; 
29.  Azərbaycan  Respublikasında  gömrük  işi  haqqında  qanunvericiliyin  tətbiqi 
təcrübəsini ümumiləşdirir və təhlil edir; 
30. Gömrük işi məsələləri ilə məşğul olan beynəlxalq təşkilatların işində iştirak edir; 
Azərbaycan  Respublikasının  gömrük  işinə  dair  beynəlxalq  öhdəliklərinin  yerinə 
yetirilməsini təmin edir; 
31.  Xarici  dövlətlərin  gömrük  və  digər  səlahiyyətli  orqanları  ilə  əməkdaşlığı  və 
qarşılıqlı fəaliyyəti həyata keçirir; 
32. Gömrük işi sahəsində elmi-tədqiqat işlərinin aparılmasını təşkil edir; 
33. Xarici dövlətlərin gömrük siyasətini və bu dövlətlərdə gömrük işinin vəziyyətini 
öyrənir və təhlil edir; 
34.  Müvafiq  sahədə  kadr  hazırlığını  təmin  edir,  həmçinin  mütəxəssislərin 
hazırlanması və ixtisasının artırılması üçün tədbirlər görür; 
35. Gömrük idarələri, gömrükxanalar, gömrük postları, gömrük laboratoriyaları, elmi-
tədqiqat və tədris müəssisələri, hesablama mərkəzləri yaradır və ləğv edir; 
36. Azərbaycan Respublikası gömrük orqanlarının vahid avtomatlaşdırılmış məlumat 
sisteminin yaradılmasını, fəaliyyət göstərməsini və təkmilləşdirilməsini təmin edir; 


 
37.  Azərbaycan  Respublikasında  gömrük  işinin  inkişafı  üzrə  həyata  keçirilən 
tədbirləri maliyyələşdirir; 
38.  Müəyyən  olunmuş  qaydada  Azərbaycan  Respublikası  gömrük  sisteminin 
büdcədənkənar inkişaf Fondunu idarə edir və onun üzərində sərəncam verir; 
39.  Gömrük orqanlarının, gömrük  laboratoriyalarının,  tabeçiliyində olan digər idarə, 
müəssisə və təşkilatların maddi-texniki və sosial bazasını inkişaf etdirir; 
40.  Gömrük  orqanlarının  vəzifəli  şəxslərinin,  gömrük  laboratoriyalarının,  həmçinin 
tabeliyindəki  digər  idarələrin,  müəssisələrin,  təşkilatların  işçilərinin  dövlət  və  sosial 
müdafiəsini, fiziki hazırlığını təmin edir, onların tibbi təminatını həyata keçirir; 
40-1.  Xidməti-tətbiqi  idman  növlərinin  inkişafı  proqramlarını,  bədən  tərbiyəsi  və 
idman tədbirlərinin təqvim planlarını, hərbi idman kompleksinin normativlərini təsdiq 
edir; 
41. Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona həvalə edilmiş digər vəzifələri 
yerinə yetirir. 
Azərbaycan  Respublikası  ikinci  dəfə  öz  müstəqilliyini  bərpa  etdikdən  sonra  özünün 
sərbəst gömrük siyasətini yürütməyə başladı. Lakin bir sıra çətinliklər mövcud idi. 
Birincisi,  Azərbaycan  Respublikasında  ölkənin  bütün  sərhədlərini  əhatə  edə  bilən 
gömrük  şəbəkəsi  yox  idi.  İkincisi,  keçmiş  SSRİ-nin  tərkibində  olduğu  üçün  vahid 
gömrük  siyasəti  yürüdüldüyündən  milli  gömrük  siyasəti  yaranmamışdı.  Üçüncüsü, 
milli gömrük kadrları azlıq təşkil edirdi və qısa bir zamanda bu kadrların hazırlanması 
üçün  qanunvericilik  bazası  yox  idi.  Dördüncüsü,  Azərbaycanın  dövlət  sərhədləri 
Ermənistan  tərəfindən  işğal  altında  saxlanılır.  Beşincisi  isə,  tədris  bazasının  təşkili 
üçün dərsliklər və dərs vəsaitləri yox səviyyəsində idi. 
Yuxarıda 
söylədiyiniz 
mülahizələri 
ə
saslandırmağa 
çalışaq. 
Azərbaycan 
Respublikasının  Rusiya  Federasiyası  və  Gürcüstan  Respublikası  ilə  olan  dövlət 
sərhədləri  şəffaf  olduğu  üçün  indi  də  müəyyən  problemlər  yaradır.  Ermənistan 
ölkəmizin  nəinki  20  %-ə  yaxın  ərazisini,  eyni  zamanda  İran  İslam  Respublikası  ilə 
olan  dövlət  sərhəddinin  100  km-dən  çox  hissəsini  də  işğal  altında  saxlayır.  Bu  isə 
gömrük  orqanlarına,  ölkənin  bütün  gömrük  ərazisinə  nəzarət  imkanlarına  kifayət 
qədər  əngəllər  yaratmış  olur.  Keçmiş  SSRİ  untitar  federasiya  olduğuna  görə 
respublikaların heç birində sərbəst gömrük siyasəti yox idi. Milli gömrük siyasətinin 
formalaşması üçün isə vaxt lazım idi. 
Milli  gömrük  siyasəti  olmadığı  üçün  milli  kadrlar  da  yetişdirilmirdi.  Çünki  bütün 
gömrük  sənədləşdirilməsi  rus  dilində  aparılırdı.  Bu  isə  nəinki  milli  dildə  tədrisi,  o 
cümlədən  gömrük  işi  ilə  bağlı  ədəbiyyatın  buraxılmasını  da  istisna  edirdi.  Mövcud 
qanunvericilik isə mərkəzçilik siyasətinə xidmət edirdi. Yerli hakimiyyət orqanları isə 


 
ancaq  qərar  və  tapşırıqların  icrası  ilə  məşğul  idi.  Bu  isə  yerli  gömrük  orqanlarının 
səlahiyyətsiz olmasına dəlalət edirdi. 
Müstəqillik  əldə  edən  ölkəmiz  bütün  sadalanan  çətinliklərə  baxmayaraq  milli 
iqtisadiyyatın inkişaf etdirilməsi ilə yanaşı gömrük orqanlarının sərbəst strukturlarının 
yaradılmasına  və  təşəkkül  tapmasına  da  şərait  yaratdı.  Azərbaycan  Respublikasında 
DGK  1992-ci  ildə  yaradılsa  da,  ölkəmizdə  müasir  tələblərə  cavab  verən  gömrük 
siyasəti  ancaq  1995-ci  ildən  ümummilli  lider  H.Ə.Əliyevin  rəhbərliyi  altında 
formalaşmağa  başladı.  Gömrük  işinin  təşkili  üçün  lazım  olan  bütün  siyasi  addımlar 
atıldı.  Belə  ki,  kadr  dəyişikliyi  aparmaqla  yanaşı  “Gömrük  tarifi  haqqında”  Qanun, 
“Gömrük  Məcəlləsi”  və  lazım  olan  digər  qanunvericilik  aktları  qəbul  olundu.  Bu 
barədə sonrakı mövzularda daha ətraflı məlumat verəcəyik. 
İ
ndi  isə  gömrük  işinin  təşkilinin  ölkəmiz  üçün  əhəmiyyəti  və  onun  öyrənilməsinin 
vacibliyini  şərh  etməyə  çalışaq.  Müstəqil  Azərbaycanın  iqtisadi  həyatında  xarici 
ticarət əlaqələrinin mühüm rolu vardır. Bilirsiniz ki, ölkənin milli iqtisadiyyatı onun 
quracağı xarici iqtisadi əlaqələr sistemindən çox asılıdır. Nəzərə alsaq ki, Azərbaycan 
inkişaf etməkdə olan digər ölkələr kimi iqtisadi inkişaf səviyyəsinin yüksəldilməsi və 
dünya təsərrüfat əlaqələri sisteminə inteqrasiya məsələsini paralel şəkildə həll etmək 
məcburiyyətindədir. Xatırlatmaq yerinə düşər ki, müasir dünya ticarəti sistemi bütün 
ölkələrə qarşı xarici siyasətin sərt tələblərini və məhdudlaşdırıcı təkliflərini irəli sürür. 
Bu  səbəbdən  də  milli  iqtisadiyyatın  struktur  cəhətdən  tənzimlənməsi  təmin 
olunmalıdır. 
Milli  istehsalı  qorumaq  üçün  iqtisadiyyatın  strukturunun  yaxşılaşmasına,  inkişafın 
strateji  istiqamətlərində  ehtiyatların  mərkəzləşdirilməsinə,  bəzi  istehlak  mallarının 
ucuzlaşdırılmasına,  Azərbaycan  mallarına  xarici  bazarların  açılmasına  və  s.  nail 
olmaq  lazımdır.  İstehsalın  və  istehlakın  milli  struktur  xüsusiyyətləri,  iqtisadi  inkişaf 
səviyyəsi və digər amillər xarici ticarətin tənzimlənməsi sisteminə kompleks yanaşma 
tələb edir. Xarici ticarətin tənzimlənməsi isə idxal-ixrac əməliyyatlarına xüsusi dövlət 
nəzarəti tələb edir ki, bu da bilavasitə gömrük işinin təşkili ilə bağlıdır. Xarici iqtisadi 
fəaliyyətin  tənzimləmə  sisteminin  əsas  xüsusiyyətlərinə,  idxal-ixrac  əməliyyatları 
iştirakçılarına təsir prosesində iqtisadi siyasətin bir-birinə qarşılıqlı nüfuz edən və bir-
birini  tamamlayan  kompleks  vasitələrdən  istifadə  zərurətini  misal  göstərmək  olar. 
Xarici  ticarət  fəaliyyəti  təcrübəsində  bu  cür  vasitələrin  beş  qurupundan  istifadə 
olunur: 
1) İqtisadi tənzimləmə vasitələri – gömrük rüsumları, gömrük yığımları, tarazlaşdırıcı 
sərhəd vergiləri, yerli mal istehsalçılarına maliyyə yardımları; 


 
2) İnzibati tənzimləmə vasitələri – idxal və ixraca qoyulan qadağa və məhdudiyyətlər, 
idxalın lisenziyalaşdırılması (xüsusi razılıq) və kvotalaşdırılması (məhdud sayın və ya 
miqdarın müəyyən edilməsi) və s.; 
3)  Texniki  tənzimləmə  vasitələri  –  standartlar  və  normalar,  standartlara  uyğunluğun 
təyinetmə 
metodları, 
təhlükəsizlik 
normaları 
və 
qaydaları, 
ə
mtəələrin 
sertifikatlaşdırma  sistemləri,  sanitariyabaytarlıq  və    ekoloji  tədbirlər,  səhiyyə 
normaları; 
4) Yerli istehsalçılara mal ixracı üçün edilən müxtəlif yardım tədbirləri; 
5) Valyuta-maliyyə tədbirləri. 
Adətən  xarici  iqtisadi  əlaqələrin  dövlət  tərəfindən  inzibati  tənzimlənməsi  bazar 
iqtisadiyyatı  şəraitində  kifayət  qədər  səmərəli  sayılmır.  Normal  iqtisadi  inkişaf 
dövründə  xarici  ticarətin  dövlət  tənzimlənməsinin  inzibati  və  iqtisadi  vasitələri 
arasındakı  nisbət  iqtisadi  tənzimlənmənin  xeyrinə  dəyişir.  Respublikamızın  iqtisadi 
inkişaf  strategiyasının  xüsusiyyətləri  nəzərə  alınaraq,  Azərbaycan  Respublikası 
Prezidenti,  Azərbaycan  Respublikasının  Ümummilli  lideri,  Heydər  Əlirza  oğlu 
Ə
liyevin 27.X.1998-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası 
Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”sində bu strategiyanı həyata keçirmək 
üçün gömrük orqanlarının aşağıdakı vəzifələri müəyyənləşdirilmişdir: 
1) 
təhvilverilmə 
üsulundan 
asılı 
olmayaraq 
bütün 
malların 
gömrük 
rəsmiləşdirilməsinin təmin edilməsi; 
2)  gömrük  proseduralarının  sadələşdirilməsi  və  rəsmiləşdirmə  müddətinin 
qısaldılması; 
3) gömrük nəzarətində müasir mütərəqqi texnologiyaların tətbiq olunması; 
4) gömrük ödənişlərinin texnologiyasının təkmilləşdirilməsi və onların büdcəyə daxil 
olmasına nəzarətin gücləndirilməsi; 
5) yüklər və yük göndərənlər haqqında ilkin məlumatların əldə edilməsi; 
6) gömrük qanunvericiliyi pozuntularının qarşısının alınması; 
7)  digər  hüquq-mühafizə  orqanları  ilə  birlikdə  narkotik  maddələrin  gətirilməsinin 
qarşısının alınması, ölkənin gömrük ərazisi vasitəsilə bu malların tranzit keçirilməsinə 
yol verilməməsi; 
8) valyuta nəzarətinin təmin edilməsi; 
9)  gömrük  sərhədinin  tam  qurulması  və  təchiz  edilməsi,  keçirilən  malların  və 
nəqliyyat  vasitələrinin  qeydiyatının  avtomatlaşdırılmasının  təkmilləşdirilməsi  üzrə 
işlərin başa çatdırılması, nəzarət işlərinin təkmilləşdirilməsi, eyniləşdirmə və sənədli 
baxış texnologiyasının tətbiq edilməsi; 
10) gömrük qanunvericilik aktlarının beynəlxalq sənədlərə uyğunlaşdırılması; 

10 
 
11) qeyri-tarif tənzimlənməsi tədbirlərinə riayət olunmasına nəzarət texnologiyasının 
təkmilləşdirilməsi; 
12)  gömrük-tarif  tənzimlənməsi  üsullarının  səmərəliliyinin  təhlil  etməsi  və  onların 
təkmilləşdirilməsi üzrə təkliflərin hazırlaması; 
13) intellektual mülkiyyət obyektlərinin ölkədən kənara aparılmasına nəzarətin həyata 
keçirilməsi üçün təşkilat-hüquqi ilkin şərtlərin yaradılması; 
14)  bütövlükdə  gömrük  xidmətinin  və  onun  struktur  bölmələrinin  işinin 
səmərəliliyinin vaxtaşırı təhlil edilməsi. 
Ötən  əsrin  sonlarında  ölkəmiz  ikinci  dəfə  müstəqillik  əldə  etdikdən  sonra  müstəqil 
gömrük  siyasəti  formalaşmağa  başladı  və  lazım  olan  gömrük  qanunvericiliyi  aktları 
qəbul  olundu.  Eyni  zamanda,  gömrük  işinin  daha  səmərəli  təşkil  edilməsi  üçün 
Azərbaycan  Respublikasının  Dövlət  Gömrük  Komitəsi  tərəfindən  lazım  olan  təlimat 
və  əsasnamələr  işlənib  hazırlandı.  Bütün  sənədlərin  əsasını  Azərbaycan 
Respublikasının suverenliyinin və iqtisadi təhlükəsizliyinin təmin edilməsi təşkil edir. 
Həmin  sənədlərdə  ölkəmizin  strateji  inkişaf  istiqamətinə  uyğun  olaraq  yürüdüləcək 
vahid gömrük siyasəti də öz əksini tapmışdır. 
Ölkəmizin  iqtisadi  həyatında  gömrük  işinin  öz  yeri  vardır.  Bildiyiniz  kimi 
respublikamızın milli iqtisadiyyatı xarici iqtisadi əlaqələrin inkişafından çox asılıdır. 
Nəzərə alanda ki, Azərbaycan inkişaf etməkdə olan digər ölkələr kimi, iqtisadi inkişaf 
səviyyəsinin  yüksəldilməsi  və  dünya  təsərrüfat  əlaqələri  sisteminə  inteqrasiya 
məsələsini  eyni  zamanda  həll  etməlidir,  onda  gömrük  işinin  təşkilinin  nə  qədər 
mühüm  əhəmiyyət  kəsb  etdiyini  görmək  mümkündür.  Gömrük  işinin  əhəmiyyətini 
xalqımızın  Ümummilli  Lideri,  müasir  Azərbaycan  dövlətinin  banisi  və  memarı 
Heydər Əliyevin dahiyanə fikirləri ilə çatdırırıq: 
“...Həqiqi  gömrük  işini  təşkil  etmək  üçün  iki  əsas  şərt  lazımdır.  Birincisi,  gömrük 
işçisi  gərək  bilikli  olsun,  öz  peşəsini  yaxşı  mənimsəmiş  adam  olsun,  mənəviyyatca 
təmiz  olsun,  müstəqil  Azərbaycanın  iqtisadiyyatının  möhkəm-ləndirilməsinə  sadiq 
olsun. İkinci tərəfdən, gərək onun təcrübəsi ola, biliyi ilə yanaşı, maddi texniki bazası, 
müasir  texnikası,  ləvazimatları  olsun.  Bunları  yaratmaq  lazımdır.  Bu  da  sizin 
vəzifənizdir...” (Azərbaycan” qəzeti, 31 yanvar 1997-ci il). 
Azərbaycan  xalqının  böyük  oğlu  Heydər  Əliyevin  bu  tapşırığını  özlərinin  gələcək 
fəaliyyət  proqramı  kimi  qəbul  edən  Dövlət  Gömrük  Komitəsinin  rəhbərliyi  gömrük 
orqanlarının  maddi-texniki  bazasını  genişləndirmək,  müasirləşdirmək  və  gömrük 
sistemini inkişaf etdirməklə bərabər, yüksək səviyyəli gömrük işçilərinin hazırlanması 
üçün  də  çox  işlər  görmüşdür.  Belə  ki,  aşağıdakı    dərsliklər  və  dərs  vəsaitləri 
hazırlanmışdır:  K.F. Heydərovun  təşəbbüsü və rəhbərliyi altında 4 cildlik “Gömrük 

11 
 
işinin əsasları” (I cild. “Gömrük işinin təşkili və texnologiyası”. Bakı - 1998; II cild. 
“Gömrük orqanlarının iqtisadi fəaliyyəti”. Bakı-1999; III cild. “Gömrük orqanlarının 
hüquq-mühafizə  fəaliyyəti”.  Bakı-2000;  IV  cild.  “Gömrük  işinin  idarə  edilməsi  və 
inkişafı”. Bakı- 2000), C. Nuriyev tərəfindən “Gömrük hüququ” (ali məktəblər üçün 
dərslik,  Bakı-2002).  C.Q.Nuriyev,  A.Ş.Şəkərəliyev,  A.Ə.Əliyev  və  b.  tərəfindən 
“Gömrük ekspertizası” dərsliyi (Bakı– 2003), A.Ə. Əliyev tərəfindən “Gömrük işi və 
dünya  iqtisadiyyatının  inkişafı”  (rus  dilində,  Bakı-2002),  Heydərov  K.F.  tərəfindən 
«Gömrük  işinin  əsasları»  (ali  məktəblər  üçün  dərslik,  Bakı-2004),  Heydərov  K.F., 
Ə
liyev A.Ə., Nuriyev C.Q., Mehdiyev S.M. tərəfindən «Gömrük rəsmiləşdirilməsi», 
(ali məktəb tələbələri üçün dərslik, Bakı-2006) habelə bir sıra yardımçı vəsaitlər - K. 
Heydərov  və  T.  İbrahimov  tərəfindən  “Gömrük  işi  -  iqtisadi  suverenlik  və 
təhlükəsizlik”  (Bakı-1999),  C.  Nuriyev,  Z.  Əliyev  və  G.  İsmayılov  tərəfindən, 
“Gömrük statistikası” (Bakı- 2000), C.Q.Nuriyev tərəfindən «Gömrük etikası» (Bakı- 
2007) və «Azərbaycanın gömrük tarixi» (Bakı-2007) hazırlanıb, nəşr olunmuşdur. 
Azərbaycan Respublikası 18 oktyabr 1991-ci ildə müstəqillik əldə etdikdən sonra 30 
yanvar  1992-ci  ildə  dövlətçiliyin  mühüm  atributlarından  biri  olan  Dövlət  Gömrük 
Komitəsi  yaradıldı.  Ölkəmizin  seçdiyi  dövlət  quruluşu  və  inkişaf  istiqamətləri 
iqtisadiyyatımızı  xarici  müdaxilənin  zərərli  təsirlərindən  qorumağa,  milli  istehsalı 
müdafiə  etməyə  qadir  olan  və bütövlükdə  ölkənin  iqtisadi  təhlükəsizliyin  təmin  edə 
biləcək  orqanın  yaradılmasını,  ilk  növbədə  təsis  edilməli  olan  dövlət  idarəetmə 
sisteminin  aparıcı  elementlərindən  birinin  təşkilini,  labüdləşdirdi.  Xarici  iqtisadi 
fəaliyyətin  dövlət  inhisarında  saxlanıldığı  keçmiş  SSRİ-nin  tərkibində  olmuş 
Azərbaycan  üçün  bu  sahədəki  strateji  və  taktiki  tədbirlər  tamamilə  yeni  olmaqla, 
demək  olar  ki, sıfır  səviyyəsindən başlanılmalı  idi.  Bu  tədbirlər  kompleks xarakterli 
olmalı  və  onların  həyata  keçirilmə  mərhələləri  müəyyənləşdirilməli  idi.  Lakin,  o 
zaman  Azərbaycanda  yaranmış  ictimai-siyasi  vəziyyət  nəticəsində  köklü  tədbirlər 
planının  işlənib  hazırlanmasına,  mütərəqqi  və  səmərəli  gömrük  siyasətinin 
aparılmasına nail olunmadı. 
Ölkə  daxilində  və  dövlət  sərhədlərində  iş  qabiliyyətli  gömrük  orqanları  şəbəkəsinin 
yaradılması  və  onların  texniki  təminatı,  gömrük  xidməti  kadrlarının  hazırlanması, 
gömrük qanunvericiliyinin hazırlanması, qəbul edilməsi və tətbiqi, gömrük işçilərinin 
sosial məsələlərinin həlli kimi mühüm tədbirlər ön plana çəkilmədi.  
ÜMUMMİLLİ  LİDER  HEYDƏR  ƏLİYEVİN  dövlət  başçısı  kimi  gömrük  siyasəti 
sahəsindəki fəaliyyətini iki mərhələyə bölmək olar: 
1. 1969-1987-ci illəri əhatə edən sovet dönəmi; 
2. 1993-2003-cü illəri əhatə edən müstəqillik illəri. 

12 
 
Azərbaycanın dövlətçilik tarixində xüsusi rolu və yeri olan H.Əliyev 14 iyul 1969-cu 
ildə  Kommunist  Partiyası  Mərkəzi  Komitəsinin  1  katibi  seçildikdən  sonra  qısa 
müddət ərzində ciddi addımlar atıldı. Məhz Heydər Əliyevin hakimiyyətə gəlişindən 
sonra  gömrük  işi  sahəsində  uzun  müddət  ərzində  hökm  sürən  qeyrimillilərin  bu 
sahədəki  hokmranlığına  çox  ustalıqla  son  qoyuldu.  Belə  ki,  onun  təkidi  ilə  ilk  dəfə 
olaraq gömrük orqanlarına rəhbər vəzifəsinə azərbaycanlılar təyin olunmağa başlandı. 
Qısa  müddət  ərzində  Azərbaycanda  fəaliyyət göstərən hər  üç  gömrükxananın  (Bakı, 
Astara və Culfa) rəisi azərbaycanlı olmağla bərəbər, milli kadrlar SSRİ-nin müxtəlif 
ali təhsil ocaqlarına oxumağa göndərildi. Tezliklə qeyri-azərbaycanlılıarı milli kadrlar 
ə
vəz etməyə başladı. 
Gömrük  işi  sahəsinə  diqqətini  artıran  H.Əliyev  Azərbaycanın  gömrük  tarixini 
araşdırtdı  və  ölkəmizdə  ilk  gömrkxananın  açılmasının  175  illiyinin  qeyd  olunması 
barədə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Bürosunun 31 mart 1981-
ci  il  tarixli  qərarını  imzaladı.  Bu  Qərarda  diqqətdən  kənarda  heç  nə  qalmamışdır. 
Tarixi  faktın  vaxtında  aşkarlanması  və  qeyd  olunması  Heydər  Əliyevin  müstəsna 
xidmətidir.  
H.Əliyev  cənabları,  1995-ci  ildən  başlayaraq  gömrük  orqanlarının  işinin  yenidən 
qurmağa  başladı.  Əvvəlcə  Dövlət  Gömrük  Komitəsinin  rəhbərliyini  dəyişdirdi.  Bu 
seçim çox uğurlu oldu. Dövlət Gömrük Komitəsinə Heydər Əliyevin 17 yanvar 1995-
ci  il  tarixli  295  saylı  Fərmanı  ilə  təyin  olunan  Kəmaləddin  Fəttah  oğlu  Heydərov 
Ümummilli  Liderin  rəhbərliyi  altında  müstəqil  Azərbaycan  dövlətinin  gömrük 
sistemini yenidən qurdu və onu dünya standartları səviyyəsinə gətirib çıxartdı. Onun 
bu xidmətləri Xalqımızın Lideri Heydər Əliyev cənabları tərəfindən dəfələrlə yüksək 
qiymətləndirilmişdir.  
Təşkilati  tədbirlərlə  bir  vaxtda  dövlətin  gömrük  siyasətinin  də  formalaşdırılmasına 
başlandı. 
Ölkənin 
gömrük 
qanunvericiliyi 
təkmilləşdirildi. 
Azərbaycan 
Respublikasının  Gömrük  Məcəlləsi  və  “Gömrük  Tarifi  haqqında”  Azərbaycan 
Respublikasının  Qanunu  qəbul  edildi.  Məcəllədə,  gömrük  orqanlarının  qarşısında 
qoyulan vəzifələrdən çıxış edilərək, gömrük işinin əsas prinsipləri müəyyənləşdirildi. 
Məhz  gömrük  orqanları  bu  Məcəllənin  müddəalarına  görə,  hüquq-mühafizə  orqanı 
statusu aldı. Gömrük tarifi və valyuta tənzimlənməsi haqqında qəbul edilən qanunlar, 
gömrük  orqanlarına  valyuta  nəzarətini  həyata  keçirmək  hüququnu  verdi,  habelə 
gömrük  rüsumlarının  dəqiq  hesablanması  və  vaxtında  yığılaraq  dövlət  büdcəsinə 
köçürülməsi tələbini qoydu. 
Gömrük  qanunvericiliyinin  inkişafında  Azərbaycan  Respublikası  Prezidenti  Heydər 
Ə
liyevin 27 oktyabr 1998-ci il tarixli 6 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 

13 
 
Respublikası  Dövlət  Gömrük  Komitəsi  haqqında”  Əsasnamə  mühüm  yer  tutur. 
Ə
sasnaməyə görə Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasında gömrük işi 
sahəsində  dövlət  siyasətini  həyata  keçirən  Mərkəzi  İcra  Hakimiyyəti  orqanıdır. 
Heydər  Əliyevin  təklifi  ilə  gömrük  siyasətinin  strateji  məsələlərinin  müəyyən 
edilməsi mərhələsində Dövlət Gömrük Komitəsinə önəmli yer verildi. Belə ki, vahid 
gömrük sisteminin yaradılması; xarici iqtisadi fəaliyyətin gömrük-tarif tənzimlənməsi 
mexanizminin  təkmilləşdirilməsi;  milli  bazarın  xarici  rəqabətin  zərərli  təsirindən 
qorunması;  keyfiyyətsiz  malların  idxalının  qarşısının  alınması;  ölkənin  iqtisadi 
təhlükəsizliyinin  təmin  edilməsi;  qaçaqmalçılıq  və  gömrük  qaydalarının  pozulması 
hallarının  qarşısının  alınması  və  aradan  qaldırılması;  Azərbaycan  xalqının  bədii  və 
arxeoloji sərvətlərinin, intellektual mülkiyyətinin, nadir flora və fauna nümunələrinin 
qeyri-qanuni  dövriyyəsinin  qarşısının  alınması;  valyuta  əməliyyatlarına  mükəmməl 
nəzarət sisteminin yaradılması; müasir mərhələdə gömrük siyasətinin hazırlanması və 
s. məsələlərdə Dövlət Gömrük Komitəsinə verilmiş səlahiyyətlər Heydər Əliyevin nə 
qədər  uzaqgörən,  bacarıqlı  və  əvəzolunmaz  dövlət  xadimi  olmasını  bir  daha  sübut 
edir. 
Gömrük  orqanlarının  yaradılmasının  beş  illik  yubileyinə  həsr  olunmuş  təntənəli 
yığıncaqda Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əlirza oğlu Əliyev 
gömrük  sisteminin  inkişafı  və    təkmilləşdirilməsi  problemlərinə  toxunaraq,  Dövlət 
Gömrük  Komitəsinin  qarşısında  duran  birinci  dərəcəli  məsələləri  belə  xarakterizə 
etmişdir:  “Azərbaycan  müstəqil  bir  dövlət  kimi  daim  yaşayacaq.  Azərbaycanın 
müstəqilliyini  qoruyub  saxlamaq  və  inkişaf  etdirmək  bütün  istiqamətlərdə  aparılan 
tədbirlər  nəticəsində  ola  bilər.  Bu  istiqamətlərdən  biri  də  yüksək  səviyyəli  gömrük 
xidmətinin yaranmasıdır. Onun üçün bir daha qeyd edirəm, siz dünya təcrübəsindən 
istifadə etməlisiniz. Bizim Azərbaycanda nə gömrük məktəbi, nə gömrük universiteti, 
nə də gömrük akademiyası olubdur... 
Gömrük işçilərinin əksəriyyəti, cürbəcür ixtisaslar alıbdır. Amma sırf gömrük ixtisası 
üzrə  təhsil  alan  adamlar  çox  azdır.  Siz  bu  təhsili  də  işləyə-işləyə  almalısınız.  Yəni 
işləyə-işləyə  gömrük  elminin  və  gömrük  biliklərinin  mənimsənilməsi  sahəsində 
özünüzü  təhsilləndirisiniz,  təkmilləşdirirsiniz.  Şübhəsiz  ki,  Gömrük  Komitəsinin 
gərək xüsusi iş planı olsun. Gömrük Komitəsinin öz işçilərini təkmilləşdirmək, onlara 
xüsusi gömrük təhsili vermək, onların təcrübəsini artırmaq üçün gərək birillik, ikiillik, 
üçillik planı olsun və onun əsasında siz təhsil işi aparmalısınız. Bu, sizin sahəyə başqa 
sahələrə nisbətən ən çox lazımdır. Ona görə də Siz bunu etməlisiniz. Həqiqi gömrük 
işini  təşkil  etmək  üçün  iki  əsas  şərt  lazımdır.  Birincisi,  gömrük  işçisi  gərək  bilikli 
olsun, öz peşəsini yaxşı mənimsəmiş adam olsun, mənəviyyatca təmiz olsun, öz işinə 

14 
 
sadiq  olsun,  Vətəninə,  ölkəsinə  sadiq  olsun,  müstəqil  Azərbaycanın  iqtisadiyyatının 
möhkəmləndirilməsinə sadiq olsun. İkinci tərəfdən, gərək onun təcrübəsi ilə, biliyi ilə 
yanaşı, maddi-texniki bazası, müasir texnikası, ləvazimatları olsun. Bunları yaratmaq 
lazımdır. Bu da Sizin vəzifənizdir...” (“Azərbaycan” qəzeti, 31 yanvar 1997-ci il). 
Dövlət  Gömrük  Komitəsinin  rəhbərliyi  Azərbaycan  Respublikası  Prezidenti  Heydər 
Ə
liyevin  bu  çıxışını  özünün  fəaliyyət  Proqramı  kimi  qəbul  edərək,  bu  dahi  insanın 
fikirlərini ardıcıl olaraq həyata keçirməyə başladı. 
Azərbaycan  Respublikasının  ümummilli  lideri,  Azərbaycanda  dövlətçiliyin  və 
müstəqilliyin  siyasi  memarı  Heydər  Əliyevin  gömrük  işinin  təşkil  edilməsi 
sahəsindəki  xidmətləri  böyükdür.  Belə  ki,  məhz  bu  dahi  şəxsin  rəhbərliyi  altında 
ölkəmizin milli gömrük siyasəti formalaşmış, onun qanunvericilik bazası yaradılmış, 
müasir avadanlıqlar və texniki vasitələrlə təchiz olunmuş, dünya stardartlarına cavab 
verən gömrük sistemi yaradılmışdır.  
Azərbaycanın  iqtisadi  inkişafı,  onun  suverenliyinin  təmin  edilməsi  ölkədə  aparılan 
gömrük  siyasəti  ilə  də  bilavasitə  bağlıdır.  Bütün  bunlar  nəzərə  alınmaqla 
Azərbaycanda  uğurlu  gömrük  siyasətinin  təməli  qoyulmuş,  gömrük  işinin 
təkmilləşdirilməsi, gömrük orqanlarının maddi-texniki və normativ-hüquqi bazasının 
möhkəmləndirilməsi,  ümumdünya  gömrük  sisteminə  inteqrasiyası  istiqamətində 
uğurlu  addımlar  atılmışdır.  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
demişdir:  "Müstəqillik  bizim  üçün  ən  böyük  sərvət,  ən  böyük  dəyərdir.  Ancaq 
müstəqilliyi  qoruyub  saxlamaq,  onu  möhkəmləndirmək,  əbədi,  dönməz  etmək  daha 
çətin işdir. Azərbaycanın müstəqilliyi o deməkdir ki, biz müstəqil siyasət aparırıq. Biz 
Azərbaycan xalqının milli maraqlarını müdafiə edirik. Bu maraqları hər şeydən üstün 
tuturuq  və  istər  xarici  siyasət,  istərsə  də  daxili  siyasət,  iqtisadi,  sosial  siyasət  olsun, 
biz bütün sahələrdə siyasətimizi özümüz müəyyən edirik. Bunu etmək üçün, müstəqil 
ölkə  kimi  yaşamaq  və  müstəqilliyin  bəhrəsini  görmək  üçün  mütləq  iqtisadi  güc 
lazımdır. Biz bu iqtisadı gücu yaradırıq". 
İ
.Əliyev  cənablarının  gömrük  işinin  inkişaf  etdirilməsi  sahəsində  xüsusi  xidmətləri 
vardır.  Belə  ki,  onun  imzaladığı  5  mart  2004-cü  il  tarixli  598  saylı  sərəncamı  ilə 
təsdiq  edilən  “Azərbaycan  Respublikasının  Cinayət-  Prosessual  Məcəlləsinin  tətbiq 
edilməsi  ilə  əlaqədar  Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik  aktlarına 
dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun” 
X  bəndinə  görə,  Azərbaycan  Respublikasının  Gömrük  Məcəlləsinə  edilən 
dəyişikliklər  və  əlavələr  nəticəsində  gömrük  orqanlarına  gömrük  işi  sahəsində 
cinayətlər haqqında işlər üzrə istintaq aparmaq səlahiyyəti verilmişdir. Bu o deməkdir 

15 
 
ki,  gömrük  orqanları  gömrük  işi  sahəsində  baş  vermiş  cinayətlərin  istintaqını  özü 
aparacaqdır. 
Gömrük  orqanları,  bu  səlahiyyəti  qazanmaqla  gömrük  siyasətini  bütünlüklə  həyata 
keçirən  yeganə  dövlət  orqanına  çevrilir.  Bu  isə  gömrük  işi  sahəsində  baş  verən 
cinayətlərin  qarşısının  alınmasında  və  aradan  qaldırılmasında  “hüquqi  inqilab” 
deməkdir. 
Azərbaycan  Respublikasının  gömrük  işinə  dair  qanunvericiliyin  təkmilləşdirilməsi, 
gömrük  işi  ilə  bağlı  beynəlxalq  standartların  öyrənilməsi  və  onların  tətbiqi  işinin 
davam  etdirilməsi,  həmçinin  "Gömrük  prosedurlarının  sadələşdirilməsi  və 
uzlaşdırılması  haqqında"  Kioto  Konvensiyasının  müddəalarının  milli  gömrük 
qanunvericiliyində  əks  olunması  məqsədilə  Dövlət  Gömrük  Komitəsində  Avropa 
İ
ttifaqı  və  Birləşmiş  Millətlər  Təşkilatının  İnkişaf  Proqramı  tərəfindən  "Azərbaycan 
Respublikasının  gömrük  xidmətinin  təkmilləşdirilməsi"  layihəsi  çərçivəsində  işlər 
davam  etdirilir,  Azərbaycan  Respublikasının  yeni  Gömrük  Məcəlləsi  hazırlanmış  və 
01.01.2012 ci il tarixindən qüvvəyə minmişdir. 
Dövlət  Gömrük  Komitəsinə  Atom  Enerjisi  üzrə  Beynəlxalq  Agentliyin  Texniki 
Ə
məkdaşlıq Proqramı çərçivəsində stasionar radiasiya nəzarəti avadanlıqları verilmiş 
və  həmin  avadanlıqların  quraşdırılaraq  istismara  buraxılması  nəzərdə  tutulmuşdur. 
Atom  Enerjisi  üzrə  Beynəlxalq  Agentlik  tərəfindən  Dövlət  Gömrük  Komitəsi  üçün 
nəzərdə  tutulan  layihələr  çərçivəsində  müvafiq  avadanlıqların  əldə  edilməsi,  o 
cümlədən bütün sərhəd keçid məntəqələrinin, həmçinin beynəlxalq uçuşlara açıq hava 
limanlarının  radioaktiv  materialları  müəyyən  edən  avadanlıqlarla  təchiz  oluması  ilə 
bağlı mühüm işlər həyata keçirilir. 
Heç kəsə sirr deyil ki, bazar iqtisadiyyatına keçid dövrünü yaşayan ölkələrdə olduğu 
kimi, Azərbaycanda da sahibkarlığın inkişafı prosesi çətin və ağır yol keçmişdir. Buna 
baxmayaraq,  ölkə  rəhbərliyi  tərəfindən  sahibkarlığın  inkişaf  etdirilməsi,  ona  normal 
şə
rait yaradılması daim diqqət mərkəzində olmuşdur. 
Gömrük  orqanları  da  bu  prosesdən  kənarda  qalmamış,  gömrükçü-sahibkar 
münasibətlərinin  qurulması,  çətinliklərin  öyrənilməsi  və  problemlərin  aradan 
qaldırılması üçün sahibkarlarla geniş tərkibdə görüşlər keçirilmiş, iş adamları ilə açıq 
dialoqa daha çox üstünlük verilmişdir. Gömrük orqanlarının mühüm funksiyalarından 
biri  də  fiskal  funksiyanın  -  gömrük  vergi  və  rüsumları  üzrə  proqnozun  yerinə 
yetirilməsidir. Son illərdə Azərbaycanda mövcud olan siyasi sabitlik, həyata keçirilən 
iqtisadi  islahatlar  öz  bəhrəsini  verir.  Makroiqtisadi  göstəricilər  yüksələn  xətlə  artır. 
Nəticədə  dövlət  büdcəsinin  ölkə  üzrə  artım  tempi  dünya  üzrə  orta  göstəricini 
qabaqlamışdır. 

16 
 
Hal-hazırda  bu  sahədə  DGK  yeddi  istiqamət  üzrə  işlər  aparır:  mal  və  nəqliyyat 
vasitələrinin  dövriyyəsini  əhatə  edən  məlumatların  yığımını  təmin  edən  sistemin 
yaradılması;  gömrük  orqanları  arası  informasiya  mübadiləsinin  təmin  edilməsi; 
gömrük  rəsmiləşdirilməsi  və  nəzarətinin  avtomatlaşdırılması;  qaçaqmalçılıq  və 
gömrük  qaydaları  ilə  mübarizənin  informasiya  təminatının  təşkili;  gömrük 
nspektorlarının avtomatlaşdırılmış iş yerlərinin yaradılması; mərkəzi aparata gündəlik 
daxil  olan  məlumatların  yoxlanılması  və  müvafiq  məlumat  bazalarının  yaradılması; 
xarici-iqtisadi  əlaqələrin  təhlilinin  avtomatlaşdırılmış  rejimdə  aparılması.  2006-cı  il 
fevralın  2-3-də  Bakıda  Ümumdünya  Gömrük  Təşkilatı  və  Macarıstan  Gömrük 
Xidmətinin  birgə  təşkilatçılığı  ilə  Avropa  regionu  gömrük  xidməti  rəhbərlərinin 
konfransı keçirilmişdir. 
Konfransda  40-a  yaxın  ölkənin  gömrük  xidmətlərinin,  həmçinin  Ümumdünya 
Gömrük Təşkilatı, Avropa Komissiyası, İnterpol, Beynəlxalq Yol Daşımaları İttifaqı 
və  SECİ  kimi  beynəlxalq  təşkilatların  nümayəndələri  iştirak  etmişlər.  İclas  zamanı 
gömrük  işi  ilə  bağlı  bir  sıra  məsələlər  müzakirə  edilmiş,  sonda  isə  "Azərbaycan 
Respublikası  Dövlət  Gömrük  Komitəsi  və  Macarıstan  Respublikası  Maliyyə 
Mühafizə Xidməti arasında əməkdaşlıq haqqında Protokol" imzalanmışdır. 
Azərbaycan Dövlət Gömrük Komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri də 
digər  dövlətlərin  gömrük  xidmətləri  ilə  əməkdaşlığın  gələcək  inkişafı  və 
möhkəmləndirilməsinə  yönəlmişdir.  Ölkəmiz  gömrük  işi  sahəsində  ikitərəfli 
ə
məkdaşlığın  genişləndirilməsi  məqsədilə  30-dan  çox  dövlətlə  hökumətlərarası  və 
qurumlararası beynəlxalq sənədlər imzalamışdır. Belə hesab edirəm ki, gələcəkdə də 
gömrük  işi  respublikamızın  iqtisadi  inkişafına  təkan  verməklə  ölkənin  iqtisadi 
qüdrətinin artırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında, möhtərəm 
Prezidentimiz  İlham  Əliyevin  həyata  keçirdiyi  siyasi  kursun  reallaşmasında  mühüm 
rol  oynayacaq,  gömrük  əməkdaşları  bu  vəzifələrin  reallığa  çevrilməsinin  təminatçısı 
olacaqdır. 
 
 

17 
 

Каталог: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə