Azərbaycan Respublikasının ərazisində aşağıdakı qoruqlar mövcuddur: “İçərişəhər” Dövlət tarix-memarlıq qoruğu.
Azərbaycan SSR Nazirlər Sovetinin 280 nömrəli Qərarı ilə 10.08. 1977-ci ildə yaradılmışdır. 2005-ci il fevralın 10-da Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin 10.02.2005-ci il tarixli Sərəncamına əsasən "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yaradılmışdır.
Qobustan Milli tarix-bədii qoruğu.
Azərbaycan SSR Nazirlər Sovetinin 503 №-li Qərarı ilə 09.09.1968-ci ildə yaradılmışdır.
Qala Dövlət tarix-etnoqrafiya qoruğu.
Azərbaycan SSR Nazirlər Sovetinin 268№-li Qərarı ilə 26.06.1983-cü ildə yaradılmışdır.
Nardaran tarix-mədəniyyət qoruğu.
Azərbaycan SSR Nazirlər Sovetinin 26 №-li Qərarı ilə 17.01.1992-ci ildə yaradılmışdır.
Şuşa Dövlət tarix-memarlıq qoruğu.
Azərbaycan SSR Nazirlər Sovetinin 280 №-li Qərarı ilə 10.08.1977-ci ildə yaradılmışdır.Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanına əsasən “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” yaradılmışdır.
“Yuxarı Baş” tarix-memarlıq qoruğu (Şəki rayonu).
Azərbaycan SSR Nazirlər Sovetinin 594 №-li Qərarı ilə 24.02.1967-ci ildə yaradılmışdır.
Kiş tarixi-memarlıq qoruğu (Şəki rayonu).
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 50 №-li Əmri ilə 26.02.2003-cü ildə yaradılmışdır.
Lahıc tarix-mədəniyyət qoruğu (İsmayıllı rayonu).
Azərbaycan SSR Nazirlər Sovetinin 508 №-li Qərarı ilə 23.12.1980-cı ildə yaradılmışdır.
Zaqatala tarix-mədəniyyət qoruğu.
Azərbaycan SSR Nazirlər Sovetinin 22 №-li Qərarı ilə 24.01.1984-cü ildə yaradılmışdır.
Basqal Dövlət tarix-mədəniyyət qoruğu (İsmayıllı rayonu).
Azərbaycan SSR Nazirlər Sovetinin 135 №-li Qərarı ilə 28.07.1989-cu ildə yaradılmışdır.
Gəncə Dövlət tarix-mədəniyyət qoruğu.
Azərbaycan SSR Nazirlər Sovetinin 136 №-li Qərarı ilə 18.04.1988-ci ildə yaradılmışdır.
Nizami Gəncəvi məqbərəsi.
Gəncə şəhəri İcra Hakimiyyətinin 1763 №-li Sərəncamı ilə 18.07.1995-ci ildə yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 oktyabr tarixli 1498 nömrəli Sərəncamına əsasən Gəncə Dövlət tarix-mədəniyyət qoruğunun tabeçiliyinə verilmişdir.
Avey Dövlət tarix-mədəniyyət Qoruğu (Qazax rayonu).
Azərbaycan SSR Nazirlər Sovetinin 99 №-li Qərarı ilə 22.02.1989-cu ildə yaradılmışdır.
Qəbələ Dövlət tarix-bədii qoruğu.
Azərbaycan SSR Nazirlər Sovetinin 101-5pc №-li Qərarı ilə 27.03.1976-cı ildə yaradılmışdır.
İlisu Dövlət tarix-mədəniyyət qoruğu (Qax rayonu).
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 100-№-li əmri ilə 26.03. 2002-ci ildə yaradılmışdır.
“Şabran şəhəri” tarixi qoruğu (Dəvəçi rayonu).
Azərbaycan Respublikası Prezidentinin 1343 №-li Sərəncamı ilə 27.09.2003-cü ildə yaradılmışdır.
“Çıraqqala” tarixi qoruğu (Dəvəçi rayonu).
Azərbaycan Respublikası Prezidentinin 1262 №-li Sərəncamı ilə 23.06.2003-cü ildə yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 oktyabr tarixli 1498 nömrəli Sərəncamına əsasən bu iki qoruq birləşərək “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılmışdır.
“Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu (Şəmkir rayonu).
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 oktyabr tarixli 1498 nömrəli Sərəncamına əsasən yaradılmışdır.
18. “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu (Ağsu rayonu).
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 oktyabr tarixli 1498 nömrəli Sərəncamına əsasən yaradılmışdır.
19. “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğu (Hacıqabul rayonu).
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 19-№-li əmri ilə 22.01.2004-cü ildə yaradılmışdır.
20. “Yanar dağ” tarix-mədəniyyət və təbiət qoruğu Azərbaycan Respublikası
Prezidentinin 2141 №-li 2 may 2007-ci il tarixli Sərəncamı ilə yaradılmışdır.
21. Azərbaycan Respublikasının «Atəşgah məbədi» Dövlət tarix-memarlıq
qoruğu
22. “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu (Ağstafa rayonu)
Azərbaycan Respublikası Prezidentinin 2563 nömrəli 19 dekabr 2007-ci il tarixli Sərəncamı ilə yaradılmışdır.
23. “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu (Quba rayonu)
Azərbaycan Respublikası Prezidentinin 2563 nömrəli 19 dekabr 2007-ci il tarixli Sərəncamı ilə yaradılmışdır.