Nominasiya proseduru Birincisi, ölkə, UNESCO meyarlarına əsaslanaraq, fikrincə, dünya dəyəri olan obyektlərin siyahısını hazırlayır və onları ilkin siyahıya daxil edir. Bir obyekt ilkin siyahıda yoxdursa namizəd göstərilə bilməz.
Qaydalara görə, bir ölkə ildə iki nəfərdən çox namizəd irəli sürə bilməz: bir mədəni və təbii irs və ya iki təbii irs. UNESCO mütəxəssisləri bütün lazımi sənədlərin və xəritələrin əlavə olunduğundan əmin olaraq ərizənin hazırlanmasına kömək edirlər. Nominasiya UNESCO-nun növbəti sessiyasından bir il əvvəl 1 fevraldan gec olmayaraq (və ya bu tarix istirahət günüdürsə, yanvarın son iş günündə) təqdim edilməlidir. Beləliklə, ərizəyə baxılmasının minimum müddəti bir il yarım çəkir (məsələn, sənədlər 2016-cı ilin yanvar ayında Komitəyə təqdim olunarsa, o zaman siyahıya bir obyektin mümkün daxil edilməsi üçün ən yaxın vaxt iyun-iyul olacaq. 2017). Bundan əlavə, UNESCO alınan sənədin hazırlığını yoxlayır və qiymətləndirmək üçün müvafiq məsləhət orqanına göndərir.
Beynəlxalq Təbiəti Mühafizə İttifaqı (ICCROM) və Beynəlxalq Abidələrin və Yerlərin Qoruma Şurası (ICOMOS) ərazinin təbii və mədəni əhəmiyyətini qiymətləndirir. Üçüncü qurum - Mədəni Varlıqların Qorunması və Bərpası üzrə Beynəlxalq Araşdırma Mərkəzi - Komitəyə Dünya İrsi obyektlərinin qorunması ilə bağlı tövsiyələr verir, həmçinin peşəkar təlim kursları keçirir.
Bir mülk irəli sürüldükdə və qiymətləndirildikdə, UNESCO Dünya İrsi Komitəsi illik iclasında son qərarı verir. Həmçinin, Komitə qərarı təxirə sala bilər və namizəd olan ölkədən obyekt haqqında əlavə məlumat tələb edə bilər.
Mühazirə 3. Tədqiqatın praktiki aspektləri – 2 saat. Sahə araşdırması. Abidədəki fəaliyyətlərlə bağlı qərar verilməsi. Bərpa üçün tikinti materiallarının seçilməsi və s. Memarlıq abidəsinin natur tədqiqi ilkin tədqiqatla başlayır.
İlkin tədqiqatın əsas məqsədi bərpa olunacaq abidə haqqında təsəvvür yaratmaq, onun memarlıq xüsusiyyətlərini hərtərəfli başa düşmək, strukturlarının mahiyyətini, kompozisiyasını, dekorasiyasını başa düşmək, görünüşünü əvvəlki şəkillərlə müqayisə etmək və s. Bu mərhələ mütləq ixtisaslı mütəxəssislər tərəfindən aparılmalıdır. İlkin tədqiqat zamanı sonrakı tədqiqatların həcmi, tərkibi və istiqaməti müəyyən edilir. İlkin tədqiqat zamanı abidənin inşa tarixi müəyyən olunmalı, itmiş memarlıq elementlərini müəyyən edilməli, onların bərpasının mümkünlüyü öyrənilməlidir.
İlkin tədqiqatlara biblioqrafik və arxiv tədqiqatları da daxildir. Bu tədqiqatlarda bərpaçılara tarixçilər, arxeoloqlar, sənətşünaslar və s. mütəxəssislər cəlb olunurlar. Tədqiqat zamanı abidənin tarixi, sahibi, abidə üzərində müxtəlif vaxtlarda aparılan işlər, aparılan dəyişikliklər və s. məlumatlar, bunlarla bağlı müasirlərin ifadəsi, nəşrlər, qrafik təsvirlər və s. ola bilər.
Abidələrin bərpa olunması üçün onun memarlıq tədqiqi ilə bərabər mühəndis texniki axtarışların aparılması da zəruridir. Bu işlərin əsas məqsədi abidənin texniki vəziyyətini aşkarlamaq, dağılma prosseslərinin səbəb faktorlarını ayırd etmək, abidənin konstruksiya və dekorativ elementlərinin uzunmüddətli qorunması üçün texniki tədbirləri müəyyən etməkdir. Bunun üçün ərazinin hidroloji vəziyyəti, divar və bünövrələrin vəziyyəti, çatların mövcudluğu, konstruksiyaların vəziyyəti və s. öyrənilməlidir. Bunun üçün şurflar və zondajlar icra olunur. Ən əsas məsələ inşaat materiallarının laborator tədqiqidir. Bu zaman onların kimyavi tərkibi, fiziki-mexaniki xassələri öyrənilir. Buna uyğun olaraq inşaat materiallarının seçilməsi üçün mexaniki möhkəmlik, şaxtaya davamlılıq, məsaməlilik, suyuhopma, buxarkeçirmə, nəmlik və duzlaşma xassələrinin öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Dağılma səbəblərini araşdırarkən abidənin konstruksiyalarının müxtəlif biodağıdıcılar (göbələk, yosun, mikroorqanizmlər və s.) tərəfindən zədələnməsi də öyrənilməlidir. Bu məsələlərin həllində müxtəlif elmi sahələrə mənsub mütəxəssislər - mühəndislər, kimyaçılar, fiziklər, bioloqlar, metalşünaslar və s. cəlb olunurlar.
Arxeoloji qazıntılar ilkin tədqiqat işlərinin tərkib hissəsidir. Arxeoloji tədqiqat işləri aparılacaq abidələr mütəxəssislər tərəfindən abidəyə ilkin baxış keçirildikdən sonra müəyyən olunur. Arxeologiyada mədəni təbəqə anlayışı kimi insan fəaliyyətinin nəticəsində qruntun tarixi cəhətdən formalaşmış qatlar sistemi təsvir olunur. Bu qat tikintisi və dağılması nəticəsində yaranmış zibildən, insanlar tərəfindən atılan qida, istehsalat, məişət və s. tullantılardan, toz və kirdən ibarətdir. Memarlıq kompleksinin qalıqları mədəni qatın “skeleti” kimi xidmət edir, torpaq və digər təbəqələşmələr isə abidənin tarixinin “canlı bədəni”dir. Qazıntılar zamanı abidənin xronologiyası, bünövrəsi, kürsülüyü, divarların alt hissəsi, məhv edilmiş elementlərin qalıqları, döşəmə və kiçik formaların quruluşu, yeraltı mühəndis qurğuları haqqında, həmçinin tikilinin təyinatı ilə bağlı materiallar əldə etmək olur.
Natur tədqiqi zamanı aşağıdakı sualların həlli zəruridir:
1. Bədii məsələlər. Estetik prinsiplər, kompozisiya və nisbətlər, bədii dəyər.
2. Tikinti xüsusiyyətləri. Tikilinin xarakteri, binanın tikinti üsulları, tikinti materialları və üsulları (məsələn, daşların və ya kərpiclərin qoyulması üsulu) və s.
3. Binanın üzərindəki təsvirlərdən məlumatların əldə olunması. Yazılar, imzalar, baş hərflər, monoqramlar, tarixlər və ya digər az-çox fərqlənən məlumatlar, kartuşlar və emblemlər, divar bəzəkləri (stükko, freskalar, üzlük, sqraffito və s.). Tarixlər və ya imzalar və s.
4. Konstruktiv elementləri öyrənilməsindən alınan məlumatlar. Daş ustalarının qrifləri, kirəmit üzərində möhürlər, sikkələr və medallar, hörgüdə və ya təməllərdə tapılan sənədli məlumatlar. Tapılan elementlərdə göstərilən xronoloji məlumatlar və s.
5. Abidənin araşdırılması nəticəsində əldə olunan məlumatlar. Atmosfer təsirlərindən qorunmaq üçün görülən tədbirlər. Əsas modulları və ölçü dəyərlərini göstərən konstruktiv sxem. Abidənin tədqiqat materialları toplanmalı və diqqətlə təhlil edilməli.
6. İstifadə olunan məhlulların və materialların laboratoriya analizi (ağacın keyfiyyətinin, metal hissələrin kimyəvi tərkibinin təyin edilməsi, tikinti daşının çıxarıldığı karxanaların yoxlanılması və s.).
7. Müqayisəli təhlil. Bu, ümumi xüsusiyyətləri müəyyən etmək üçün eyni dövrün oxşar abidələri ilə müqayisə edilməsinə aiddir.