MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Bazar infrastrukturunun yaranması və əsas elementləri



Yüklə 1,26 Mb.
səhifə25/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   21   22   23   24   25   26   27   28   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

4.4. Bazar infrastrukturunun yaranması və əsas elementləri
Bazar infrastrukturu əmtəə və xidmətlərin hərəkətləri­ni, alqı-satqı aktlarını və ya bazara xidmət edən və onun normal rejimdə fəaliyyətini təmin etmək üzrə müəyyən funksiyaları yerinə yetirən institutlar, sistemlər, xidmətlər, müəssisələrin cəmini əhatə edən təşkilati-hüquqi formala­rın məcmusudur.
Müasir bazarın infrastrukturunun əsas elementləri bun­lardır:

  • birjalar (əmtəə, xammal, fond, valyuta), onların təşkilati rəsmiləşdirilmiş vasitəçiliyi;

  • hərraclar, yarmarkalar və sair təşkilati qeyri-birja vasitəçiliyi formaları;

  • kredit sistemi və kommersiya bankları;

  • emissiya sistemi və emissiya bankları;

  • əhalinin məşğulluğunun tənzimlənməsi sistemi və məşğulluğa dəstəyin hökumət və qeyri-hökumət mərkəzləri (əmək birjaları);

  • informasiya texnologiyaları və işgüzar kommunikasiya vasitələri;

  • vergi sistemi və vergi müfəttişliyi;

  • kommersiya təsərrüfat riskinin sığortalanması sistemi və sığorta şirkətləri;

  • xüsusi reklam agentlikləri, informasiya mərkəzləri və kütləvi informasiya vasitələri agentlikləri;

  • ticarət palataları, işgüzar dairələrinin digər ictimai, könüllü və dövlət təşkilatları (assosiasiyaları);

  • gömrük sistemi;

  • muzdla işləyənlərin həmkarlar ittifaqları;

  • kommersiya-sərgi kompleksləri;

  • ali və orta iqtisadi təhsil sistemi;

  • audit şirkətləri;

  • məsləhət (konsaltinq) şirkətləri;

  • iş fəallığının həvəsləndirilməsi təyinatlı ictimai və dövlət fondları;

  • xüsusi azad sahibkarlıq zonaları.

İnfrastruktur bazar subyektlərinin sivil xarakterli fəaliy­yətini təmin etməlidir, özü də onun elementləri subyektlərə kənardan verilməyib, bazar münasibətlərinin özündən törən­mişlər.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin