Real imkanlar isə zəruri xassə və əlaqələrlə bağlı olur. Məsələn orta məktəb məzununun ali məktəbə daxil olması belə imkana nümunədir. Əgər abituriyent sənədlərini təqdim etmişdirsə və özü də yüksək hazırlıq səviyyəsinə malikdirsə, bu imkan demək olar ki, yüz faiz real imkandır. Əgər real imkan obyextin inıdşafının qanunauyğun meylidirsə, mücərrəd imran bu prosesin qeyri - mühüm meylini ifadə edir. O hadisələrini ən yüksək təsadüfi gedişi şəraitində gerçəkliyə çevrilə bilər.
Formal imkan ona görə formal xarakter daşıyır ki, o yalnız bütün digər imkanların olmadığı şəraitdə və yalnız onlardan ayrılmış şəkildə götürüldükdə ona imran kimi baxmaq olar. Formal imkanların böyük əksəriyyəti heç vaxt gerçəkliyə çevrilmir. Real və formal imranlar arasında fərqlər müəyyən mənada nisbidir. Belə ki, tam real olan imkan əldən verilə və yaxud müəyyən şərait üzündən obyektiv reallaşmamış formaya çevrilə bilər. Bu halda o formal imkana çevrilir. Bununla yanaşı formal imkan da real imrana çevrilə bilər. Məsələn insanın kosmosa uça bilməsi formal imkan idi. Sonradan isə real imkana çevrildi.
Mücərrəd və konkret imkanlar maddi sistemlərin inkişafı mərhələləri ilə bağlıdır. Mücərrəd imkan elə imrandır ki, inkişafın hazınd mərhələsində onun reallaşması üçün şərait yoxdur. Onun həyata keçməsi üçün şərait ola bilər ki, gələcəkdə yaransın. Məsələn Türk sultanının, Roma papası olması imranı bu gün üçün mücərrəd imrandır.
Bundan fərqli olaraq konkret imkan elə imrandır ki, hazım vəziyyətdə onun reallaşması uçün müvafiq şərtlər yarana bilər. Məsələn, ingilis dilli azərbaycanlı gəncin ABŞ senatının nümayəndəsi ola bilməsi konkret imrana nümunədir. Yaxud yaşı 25-ə çatmış azərbaycan vətəndaşının Milli Məclisin deputatı olması imranı da bu qəbildəndir.
İmran və gerçəkliyin təsadüf və zərurət ilə əlaqəliliyi həm də aşağıdaxılardan görünür: imkanın gerçəkliyə çevrilməsi dərəcəsi təsadüfdən çox asılıdır. Çünki o gerçəkliyə çevrilməyə də bilər. Lakin imkanın öz vəziyyətini saxlamaq üçün obyektiv müqəddəm şərtlərə nə səviyyədə malik olması bir çox cəhətdən zərurətlə bağlıdır. Sonra, real imkan gerçəkliyə çevrildikdə təsadüfiliyini itirir və zərurət formasına keçir.
Bundan başqa imran və gerçəkliyin zərurət və təsadüf ilə əlaqələri müəyyən hallarda rasişə də bilir. Məsələn təsadüf nə dərəcədə zərurətin ifadə forması və tamamlanmasıdırsa, imran da o dərəcədə gerçəkliyin ifadə forması və tamamlanmasıdır. Dialektikanın bu iki cüt kateqoriyasının bir-birilə bağlılığı kvant mexanikasında səbəbiyyətin təzahürü formalarında daha aydın görünür. Belə ki, bu formalar sırasında təsadüfün və ehtimalın rolu durmadan artır.
Ehtimal anlayışı imkanın kəmiyyət qiymətini ifadə edir. Qeyd edək ki, bu anlayış əvvəlcə xüsusi elmlərdə yaranmışdır. Hazırda isə onlara əsaslanmaqla ehtimalın fəlsəfi anlamı formalaşmaqdadır. Ehtimal imkanın mövcudluq hüdudlarını səciyyələndirir və reallığa, gerçəkliyə yaxınlıq dərəcəsini müəyyən edir.
Ehtimalın ədədi qiyməti sıfır ilə vahid arasında cərəyan edir. Sıfır səviyyəsində olan imkanın gerçəkliyə çevrilməsi demək olar ki, qeyri- mümkün olur. İmkanın kəmiyyəti sıfırdan yüksələrək vahidə doğru nə qədər yaxınlaşırsa, onun gerçəkliyə çevrilməsi də bir o qədər real olur. Buradan aydındır ki, ehtimal imkanda zərurinin mövcudolma dərəcəsini göstərir.
Ehtimalın sıfır ilə vahid arasında cərəyan edən şxala üzrə konkret qiyməti riyazi ehtimal nəzəriyyəsi ilə müəyyən olunur.
Zərurət təkcə reallaşdırılmış irman kimi aktual şəkildə deyil, həm də potensial vəziyyətdə mövcud ola bilir. Məsələn tarixi prosesdə insanlar mövcud olan çox müxtəlif imkanların reallaşması uğrunda mübarizə aparırlar. Lakin nəticə ehtibarilə burada bir tarixi zərurət özünü göstərir. İmkanın gerçəkliyə çevrilməsi məhz həmin imranın reallaşmasının nə dərəcədə zəruri olması ilə şərtlənir. Həm də nəzərə alınmalıdır ki, imranın gerçəkliyə çevrilməsi zərurəti şəraitin təsiri ilə sürətlənə və zəifləyə (ləngiyə) bilər.
Mexaniki determinizm inkişafı mexaniki hərəkət qanunları ilə müəyyən olunan vahid bir imranın həyata keçməsi kimi göstərir. Burada imkan mütləq gerçəklikdə reallaşacaq zərurət kimi götürülür. Beləliklə də digər alternativ imkanlara yer qalmır. Bundan fərqli olaraq dialektik determinizm inkişafı hər bir mərhələdə yeni-yeni imranların yaranması və müvafiq şəraitdə reallaşması kimi izah edir. Bu nəzəriyyə öyrədir ki, hər bir mərhələdəki mövcüd olan çoxlu imkanların hamısı deyil, yalnız bir qismi gerçəkliyə çevrilir. Yalnız o imkanlar reallaşır ki, onların həyata keçməsi üçün zəruri və kifayət dərəcədə şərait olsun. Özü də söhbət təraə daxili şəraitdən deyil, həm də xarici şəraitdən gedir. Bu sonuncu isə həmişə müəyyən təsadüf elementini əhatə edir. Buna görə də inxişaf birmənalı, fatalist xaraxter daşımır. O çox rəngarəng və müxtəlif reallaşma şəraitlərinə malik olan imkanlar məcmusudur. Buna görə də gələcək həmişə müəyyən qədər ehtimali məna alır.
İmkan ilə gerçəkİiyin qarşılıqlı əlaqələrini düzgün başa düşmək insanların nəzəri və praktiki fəaliyyətində mühüm yer tutur. Məsələn, insan öz biliyinin səviyyəsini, onun reallaşması imıonlarını və şəraitini nəzərə almaqla müxtəlif proqnozlar işləyib hazırlayır və həyata keçirir. Obyektiv limanları və şəraiti bilmədən bütövlükdə dünyanın və buradanı konkret obyektlərin inkişafı meyllərini müəyyən etmək olmaz. Yaxud da praktiki fəaliyyətin hər bir konkret növündə yalnız imkanları və şəraiti düzgün qiymətləndirməklə uğur qazanmaq olar.
“TARİXİ PROSESİN FƏLSƏFİ TƏHLİLİ”
Dostları ilə paylaş: |