Mühazirə mətni plan sosial sfera və sosial struktur anlayışları


mövzusunda mühazirə mətni



Yüklə 331,42 Kb.
səhifə4/49
tarix02.01.2022
ölçüsü331,42 Kb.
#39770
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   49
felsefe az

mövzusunda mühazirə mətni
PLAN

1.İctimai həyatın sferaları

2.İqtisadi həyatın sosial səpkisi
Cəmiyyətin fəlsəfi təhlilinin çıxış nöqtəsi ona müxtəlif yarımsislemləri, prosesləri və tərəfləri əhatə edən çoxpilləli vahid or­qanizm kimi yanaşmaqdır. Cəmiyyətin daxili bölgüsündə müxtəlif meyarlardan istifadə olunur.

Hər şeydən əvvəl göstərilməlidir ki. cəmiyyət təkcə, xüsu­si və ümuminin ayrılmaz vəhdətidir. Bu keyfiyyət ictimai həyatın ən başlıca tərəfidir. Sonra, cəmiyyəti təbii yarımsistemə və ictimai yarımsistemə ayırmaq olar. Birinci tərəf aşağıdakı amilləri əhatə edir: insan nəslinin istehsalı və təkrar istehsalı; coğrafi mühit və öl­kənin geopolitik vəziyyəti; nəsillər arasında təbii münasibətlər və sair. İkinciyə- ictimai yarımstruktura insan amili, ictimai həyatın is­tehsalı və təkrar istehsalı daxildir. Bunlarla yanaşı sosial sistemi bir­lik formalarına görə (cəmiyyət, sosial qrup, millət, xalq və sair), ya­şayış məskənləri tipinə görə (şəhər, şəhərtıpli qəsəbə və kənd), ha­belə peşə, demoqrafik, yaş, cins və sair əlamətlərə görə də bölmək olar.

Nəhayət, cəmiyyəti differensiasiya etməyin bir növü onu ictimai sferalar üzrə ayırmaqdır. Bu bölgüyə əsasən cəmiyyət iqtisadi, sosial, siyasimənəvi sferalara ayrılır. Onun əsasında iki əsas əlamət durur. Onlardan birincisi müvafiq sferada ictimai fəa­liyyətin özünəməxsus növü, ikincisi isə buna uyğun olaraq qə­rarlaşan ictimai münasibətlər tipidir. Bu sferaların hər birində insanların fəaliyyəti özünəməxsus, spesifik xara­kter daşıyır. Burada qərarlaşan ictimai əlaqələr və münasibətlər də başqalarında olduğundan fərqlidir.

Cəmiyyətin sferalar üzrə bölgüsü ictimai həyatın müxtəlif tərəflərini funksional baxımdan vəhdətdə götürür. Belə ki, yuxarıda adı çəkilən dörd sferanın hər birində həm maddi, həm də mənəvi tərəflər (əlbəttə hər birində müxtəlif nisbətdə) əhatə olunur.

İctimai sferalar arasında iqtisadi həyat mühüm yer tutur. Buraya maddi istehsal, iqtisadi təlabatlar, mənafelər və iqtisadi fəaliyyət ilə əlaqədə olan digər tərəflər daxildir.

Sosial münasibətlərə göstərilməlidir əsas etibarilə cəmiyyətdəki sosial birlik formaları- siniflər, sosial qruplar, əmək kollektivləri, millət və xalqlar arasındakı münasibətləri, lıabelə ailə münasibətlərini əhatə edir.

Siyasi münasibətlər cəmiyyətdə siniflər və partiyalar ara­sında siyasi quruluşa, real dövlət hakimiyyətinə olan münasibətləri və dövlətlər arasındakı münasibətləri əhatə edir. Bu münasibətlərdə siniflərin və sosial qrupların əsas mənafeləri təmərküzləşmiş şəkildə özünü göstərir. Burada ideoloji səpki geniş yer tutur, lakin siyasi münasibətləri təkcə ideoloji münasibətlərdən ibarət he­sab etmək düzgün olmazdı. Burada həm də maddi tərəf vardır. Belə ki, siyasi münasibətlərin müəyyən tərəfləri iqtisadi münasibətlərlə sıx bağlıdır və iqtisadi münasibətlərin inkişafı səviyyəsini göstərir. Bu mənada həmin tərəflər insanların iradə və şüurundan demək olar ki, asılı deyildir.

Mənəvi sferanın münasibətləri də öz xarakteri və tərki­binə görə səciyyəvidir. Onları öz mürəkkəbliyi üzündən bəzən ide­oloji münasibətlər ilə eyniləşdirirlər, bu isə doğru deyildir. Əlbəttə, bu sferada ideoloji səpki yuxarıda göstərilən bütün üç sferada oldu­ğundan daha çox yer tutur, lakin burada da maddi münasibətlərin müəyyən ünsürləri də özünü göstərir (məsələn elmdə, mədə­niyyətdə, memarlıqda və s.).

Yuxarıda deyilənlər ictimai münasibətlər sisteminin geniş məzmuna, mürəkkəb struktura, çoxpilləli səviyyəyə, funksional asılı­lığa görə rəngarəng və çulğalaşmış xarakterə malik olduğunu sübut edir.


İqtisadi həyatın sosial səpkisi

İqtisadiyyat ictimai həyatının ən mürəkkəb yarımsistemlərindən biridir. O, cəmiyyətdə qərarlaşan mülkiyyət münasibət­ləri və təşkilati- hüquqi formalar əsasında baş verən təsərrüfat proseslərini əhatə edir.

Cəmiyyətin iqtisadi sferasını əsas etibarilə iqtisadi elmləı öy­rənir. Lakin burada bir sıra məsələlər vardır ki, onlar sosial fəlsəfə ilə sıx bağlıdır. Məsələn, bütövlükdə cəmiyyət ilə iqtisadi həyat arasındakı münasibətlər, iqtisadi sferanın cəmiyyətin inkişafma təsiri; iqtisadi sferada obyekt- subyekt münasibətləri; iqtisadi münasibətlər ilə iqtisadi mənafelərin əlaqəsi (müxtəlif birlik formalarının mənafeləri); iqtisadi sfera ilə dövlətin münasibətləri və sair. Bu məsələlərin rolu təkcə sırf iqtisadi sfera ilə məhdudlaşmır, bütöv bir tam kimi götürülən cəmiyyət sistemini əhatə edir, buna görə də sosial- fəlsəfi xarakter daşıyır.

Sosial fəlsəfədə iqtisadi sferanın öyrənilməsi o dərəcədə əhə­miyyətli yer tutur ki, hətta son dövrlərin fəlsəfi ədəbiyyatda iqtisadi fəlsəfə anlayışı geniş yayılmaqdadır. İqtisadi fəlsəfə sosial fəlsəfə sisteminə xüsusi bır hissə kimi daxildir. O, cəmiyyətin iqtisadi həyatına öz spesifik nöqteyi- nəzərindən yanaşır.

Ümumi mənada iqtisadiyyat dedikdə insan nəsli ılə təbiət arasında fərdlərin və ictimai birliklərin şüurlu fəaliyyətindən keçərək baş verən maddələr mübadiləsi başa düşülür. Müasir dövrlə iqtisadi reallığın dəyişilməsinə uyğun olaraq iqtisadiyyat anlayışı da yeni məzmun kəsb edir. Bugünkü iqtisadi reallıq «sərvətlər dünyası», «təsərrüfat mədəniyyəti dünyası» və «təsərrüfatçılıq edən subyektin dünyası» kimi üç əsas elmi mən­zərəni ifadə edir.

İqtisadi həyatı öyrənən təlimlər xeyli qədim tarixə malikdir. Onun əsasları Aristotel tərəfindən qoyulmuşdur. Yeni dövrdə bu təlimi A.Smit, D.Rikardo inkişaf etdirmişlər. İqtisadi təlimin sonrakı inkişafı K.Marksın adı ilə bağlıdır. O, dəyər nəzəriyyəsini təkmilləşdirmiş və izafi dəyər nəzəriyyəsini yaratmışdır. Marksın iqtisadi nəzəriyyəsi, xüsusilə də onun gəlir, əmək haqqı və kapitalist müəssisənin təbiəti haqqında fikirləri çox əhəmiyyətlidir. O, cəmiyyətin əsasını iqtisadiyyatda görürdü. Bu fikir müəyyən qədər doğrudur. Lakin iqtisadi həyatın rolunu şişirtmək, onu cəmiyyətdə hər şeyin müəyyənedicisi kimi göstərmək doğru deyildir. Xüsusən də iqtisadi həyatın mənəvi sferanı müəyyən edən xüsusi tipli varlıq olması fikri şübhə doğurur. Eynilə də Marksın ictimai varlığın şüuru müəyyən etdiyi haqqında müddəası ilə razıla­şmaq olmaz. Axı insan şüuru iqtisadi həyatın bütün tərəflərində lap əvvəldən mövcuddur. Məhz şüurlu insan iqtisadi münasibətlərin subyektıdir. Onun sırf iqtisadi fəaliyyəti, habelə mübadilə, alqı və satqı əməliyyatları şüuılu baş verir. Onların hamısı bir- birilə sıx bağlı olan tələbatlar, məqsədyönlülük, iradi hərəkətlər, məsuliyyət, hü­quqi düşüncə və s. əhatə edən vahid zəncir silsiləsini təşkil edir. Deməli, cəmiyyət özünün tam dolğunluğu ilə subyekt ilə obyektin çulğaşması kimi çıxış edir. Ona görə də burada nəyinsə bi­rinci və nəyinsə ikinci olduğunu iddia etmək doğru deyildir.

İqtisadi həyatın özü sözün müəyyən mənasında sosial pro­sesdir. Bu prosesdə insanlar həm konkret bir təsərrüfatın bilavasitə nümayəndələri kimi, həm də dolayısı ilə ümumi təsərrüfat orqani­zminin tərkib hissəsi kimi çıxış edirlər.

İnsanlar arasında istehsal prosesində qərarlaşan əlaqələr mürəkkəb struktur-funksional və çoxpilləli tabelik sistemini yaradır. İstehsal münasibətləri adlanan bu sistemə mülkiyyət forması (is­tehsal vasitələrinə münasibətin forması) və insanlar arasında, yara­dılmış nemətlərin bölgüsü, mübadiləistehlakı prosesində qərar­laşan münasibətlər daxil edilir.

Təbiətdə fasiləsiz olaraq maddələrin çevrilməsi və dəyişilməsi prosesi gedir. Eynilə də cəmiyyətdə ictimai sərvətin dövredici hərəkəti baş verir. Məhz onun sayəsində insanların həyat fəa­liyyətləri təmin olunur. İctimai sərvətin hərəkəti istehsal - bölgü - mübadilə - istehlak sxemi üzrə gedir. Sözün geniş mənasında cəmiyyətin iqtisadi həyatı bu tərəflərin hamısını əhatə edir Onun məzmununa müxtəlif maddi və mənəvi nemətlərin və xidmət sahə­lərinin yaradılması, bölgüsü, mübadiləsi və istehlakı daxil olur. Baş­qa sözlə maddi məhsullar (ərzaq, geyim, mənzil), xidmət sahələri (nəqliyyat, rabitə, səhiyyə, təhsil və sair) ilə yanaşı mənəvi nemətlər (incəsənət, elm, təhsil predmetləri) də buraya aiddir. Mənəvi dəy­ərlərin iqtisadi sferaya aid edilməsi buna əsaslanır ki, onların istehsalına müəyyən fıziki və intellektual əmək, müəyyən alət və avadanlıqlar sərf olunur. Digər tərəfdən, mənəvi dəyərlər müəyyən mənada iqtisadi məzmun kəsb edir, onlar çox vaxt əmtəə formasında çıxış edir.

Bilavasitə istehsal adlanan birinci pillədə cəmiyyət üçün faydalı olan məhsullar yaradılır. Bu prosesdə insanlar təbiətin əşyalarını və qüvvələrini öz ictimai tələbatlarının ödənilməsinə uyğunlaşdırırlar. Artıq burada istehsalın ictimai xarakteri özünü göstərir. Belə ki, onun məzmununu insanların qarşılıqlı təsiri, onların tə­biətə birgə təsiri, təbiət materiallarının insanların müxtəlif tələbatlarını ödəyəcək dərəcədə dəyişdirilməsi təşkil edir. İstehsal pro­sesində insanlar təbii və sosial qüvvə kimi təbiət materiallarına qarşı dururlar. Buna görə də istehsal həm də sosial məzmun kəsb edir.

Bölgü cəmiyyətin hər bir üzvünün yaradılmış ictimai sərvətdə olan payını müəyyənləşdirir. O, iqtisadi həyatda mühüm rol oynayır. Belə ki, predmetlərin və xidmətin bölgüsü üsulu və səviyyəsi istehsala əhəmiyyətli təsir göstərir. Bu, istehsalı stimullaşdıra və ya ləngidə bilir. Təcrübə göstərir ki, əməyin kəmiyyətinə və keyfiyyətinə görə bölgü prinsipinin tətbiqi əhalidə maddi marağı inkişaf etdirir. Əksinə, burada yol verilən əsassız bərabərləşdirmələr mənfi təsir göstərir, yaradıcılıq motiv­lərini zəiflədir. Çünki gəlir əldə etmək, əhalinin müxtəlif təbəqələrinin və birinci növbədə sahibkarların istehsal fəaliyyətinin əsas motividir.

Mübadilə o deməkdır ki, bölgü nəticəsində əldə edilmiş məh­sulları istehlak etmək üçün onlar başqa məhsullar ilə mübadilə edil­məlidir. Onun əsasında ictimai əmək bölgüsü və onun törətdiyi nəti­cələr durur. Məsələn, avtomobil zavodunun sahibkarı öz məhsulunu enerji, polad, qida, geyim, mənzil və sair məhsullarla mübadilə etməlidir. Bu, həm istehsalın davam etməsi, həm də onun özünün və ailəsinin yaşaması üçün zəruridir. Eynilə də kəndli özünün isteh­sal etdiyi əkinçilik və heyvandarlıq məhsullarını traktor, kombayn və digər avadanlıqlar ilə mübadilə etməlidir, insanlar arasında təkcə məhsullar deyil, xidmət növləri də mübadilə olunur. Məsələn həkim müxtəlif adamlara peşə xidməti (tibbi yardım)göstərir, eyni zamanda onun özü dərzinin xidmətindən, uşaqlarına dərs deyən müəllimin, onun məhkəmədə müdafiəsini təşkil edən vəxilin xidmətindən isti­fadə edir.

İstehlak insanlar tərəfindən maddi nemətlərin və xidmət növlərinin öz tələbatlarını ödəmək üçün istifadə etmələri deməkdir. İstehlak istehsalın inkişafında mühüm rol oynayır. Söhbət həm isteh­sal məqsədilə edilən istehlatdan (neft, qaz, enerji və sairdən istifa­də edilməsi), həm də şəxsi istehlatdan (ərzaq, geyim, mənzil və sair) gedir.

İqtisadi sferanın mahiyyətinin açılmasında tələbatların izahı xüsusilə zəruridir. Çünki əmək fəaliyyətində və deməli, iqtisadi mü­nasibətlərdə tələbatların ödənilməsi əsas yeri tutur. Hər bir dövrdə təkcə iqtisadi həyat deyil, bütünlukdə cəmiyyət çoxsaylı tələbatlar vo onların yerinə yetirilməsi üsullarının geniş şəbəkəsi ilə əhatə olunur.

İnsanın öz tələbatlarını ödəməsi sırf bioloji xarakter daşımır. Buna görə də o, heyvanların öz tələbatlarını ödəməsindən prinsipcə fərqlənir. Belə ki, insanın məqsədi hər necə olursa - olsun tələbat ödəmək deyildir. O, bu işdə öz zövqünə görə hərəkət edir, faydalılıq baxımından şeyləri qiymətləndirir, mədəniyyəti və nəyin dəbdə olmasını nəzərə alır.

İnsanın öz tələbat və mənafelərini ödəməyə yönələn fəaliyyəti müəyyən mənada həm də başqalarının tələbatlarını və mənafelərini ödəməyə xidmət edir. Digər tərəfdən, o, özünün tələbatlarının ödə­nilməsinə yalnız başqalarının əməyi sayəsində nail ola bilir.

İnsanların iqtisadi fəaliyəti əslində onların öz həyatlarını yax­şılaşdırmağa olan tələbatı ödəmək uğıunda apardıqları mübarizədir. Hər bır dövrdə həyat səviyyəsini yaxşılaşdırmaq, təsərrüfat ehtiyaclarını ödəmək həyati zərurət kimi çıxış edir. Tələbatlar istehlak ilə istehsalı əlaqələndirici vəsilədir.

Tələbat ayrılıqda götürülmüş bir insanın, müəyyən sosial qru­pun və bütövlükdə, cəmiyyətin öz həyat fəaliyyətini davam etdirməsi üçün zəruri olan məhsullara ehtiyacını ifadə edir.

İstehsal ilə tələbat bir-birilə sıx qarşılıqlı təsirdə çıxış edir, istehsal tələbata aşağıdakı üç istiqamət üzrə bilavasitə təsir göstərir: 1) istehsal nəticəsində yaradılan konkret nemətlər insanla­rın tələbatlarını ödəməyə xidmət edir. 2) istehsalın texniki cəhətdən yeniləşməsi baş verdikcə insanları həyat ukladı ciddi surətdə dəyişi­lir, keyfiyyətcə yeni istehsal və tələbatlar yaranır. 3) istehsal təkcə tələbatı ödəmək üçün material verməklə kifayətlənmir, həm də istehlak üsullarına dəyişdirici təsir edir, bütövlükdə istehlak mədə­niyyətini formalaşdırır.

Öz növbəsində tələbatlar da istehsala fəal təsir edir. O aşağıdakı iki xətt üzrə həyata keçirilir: 1) tələbatların ödənilməsi insanların yaradıcı fəaliyyətinin daxili sövqedici səbəbləri və konkret oriye­ntirləri rolunu oynayır. 2) insanların tələbatları həm kəmiyyət, həm də keyfiyyət baxımından sürətlə dəyişmə xassəsinə malikdir. Bu mütəhərriklik istehsalda da müvafiq surətdə əks olunur. Tələbatlar həmişə elə yeni yaradıcı məqsədləri əhatə edir kİ, bu məqsədlərə müvafiq olan nemətlər hələ yaradılmamışdır. Buna görə də insanların tələbatı çox vaxt istehsalı qabaqlayır və onun irəliyə getməsinə təkan verir.

İstehsal ilə tələbatın dərin daxili əlaqəsi tələbatların artması qanununda ifadə olunur. Həmin qanun tarixi prosesin bütün gedişində özünü göstərir. Bu mənada cəmiyyətin tarixini hərtərəfli inkişaf etmiş insanın tələbatlarının formalaşması tarixi kimi təsəvvür etmək olar. Cəmiyyətin müasir inkişaf səviyyəsində aşağıdakı çox­saylı tələbat növləri əsas yer tutur: a) fizioloji tələbatlar (qidaya, suya, geyimə, mənzilə və nəslin davam etdirilməsinə olan tələbatlar), b) təhlükəsizliyə olan tələbatlar (xarici düşmənlərdən və cinayətkarlardan qorunmağın zəruriliyi, xəstələnərkən köməyə olan tələ­bat, yoxsulluqdan müdafiə olunmağa tələbat və sair); s) sosial tə­masa olan tələbatlar (insanlarla ünsiyyət tələbatı, dostluq, yoldaşlıq etmək tələbatı və sevgiyə olan tələbat) d) özünə başqalarının hö­rmətini qazandırmağa olan tələbat (başqa adamların höımətinə ehtiyac, öz-özünə hörmət etməyə olan tələbat, müəyyən ictimai mövqe əldə etməyə olan tələbat.

Aydın olur ki, insan və onun həyat fəaliyəti çoxsaylı qırılmaz tellərlə iqtisadiyyat ilə bağlıdır. Özündə bioloji və sosial tərəflərin mürəkkəb vəhdətini ifadə edən insan mad­di və mənəvi fəaliyyətin subyektidir. Başqa sözlə, insan və bütöv­lükdə cəmiyyət həyat üçün lazım olan nemətləri istehsal edir. İq­tisadi sferanın bütünlükdə cəmiyyət üçün əhəmiyyəti bununla müəyyən olunur.


Əmək fəaliyyətinin sosial səciyyəsi

Hər bir cəmiyyətdə insanların əsas fəaliyyət növü əməkdir. İnsanlar öz tarixini məhz şüurlu əmək fəaliyyəti prosesində ya­radırlar. Əmək ictimai fəaliyyətdir. İnsanlar əmək prosesində təbiətə təsir edir, onunla müəyyən münasibətlərdə olurlar. Bununla yanaşı əmək prosesində insanlar həm də bir-birilə qarşılıqlı təsirdə olur, müəyyən ictimai münasibətlərə daxil olurlar.

Əmək məqsədyönlü fəaliyyətdir, çünki, o şüurlu sürətdə qar­şıya müəyyən məqsəd qoymaqla həyata keçirilir, insanların öz ehtiyaclarını ödəmək məqsədilə təbiətə təsirini ifadə edən fəaliyyət istehsal adlanır. Bu prosesdə onlar özlərinə lazım olan maddi və mənəvi nemətləri yaradırlar. İnsanların əməyi (həm maddi həm də mənəvi formada olan əmək) ictimai proseslərin əsas mən­bəyini təşkil edir. Hər bir nəsil əmək fəaliyyətinə başlayarkən özü­ndən əvvəlki nəsillərin toplamış olduğu nailiyyətlərdən istifadə edir. Bu yolla insan mədəniyyətinin tarixində toplanmış təcrübədən onun gələcək inkişafı üçün istifadə edilir. Əmək fəaliyyəti insanın heyva­nat aləmdən ayrılmasında, onun şüuru və dili inkişaf etməsində mühüm rol oynamışdır. İnsanlar təkcə maddi nemətlərin yaradıcısı deyil, həm də onların istehlakçısıdır. Cəmiyyətin istifadə etdiyi texniki vasitələr və texnologiya da insan vasitəsilə hərəkətə gətirilir. Di­gər tərəfdən, onlar inkişaf etdikcə insanların fiziki və mənəvi, intel­lektual göstəricilərinə yeni-yeni tələblər verlir.

İnsanın ictimai mahiyyətinin formalaşmasında əmək müstəs­na yer tutur. Əmək insanın həyati tələbatıdır, çünki o, yaşamaq üçün maddi nemətlər yaratmalıdır. Əmək fəaliyyətini yüngülləşdirmək üçün insan daim əmək alətlərini təkmilləşdirir. Əmək insanın mahiyyət qüvvələrinin ifadəsidir. O, həm də müqəddəs mənəvi bor­cdur. Ayrıca bir insanın və bütövlükdə, cəmiyyətin həyatı əməkdən kənarda qeyri- mümkündür. O, insanı inkişaf etdirir, onun ləyaqətini yüksəldil, insan öz əməyi ilə azad və xoşbəxt olur. Yaradıcı əmək hansı sahədə (fiziki və ya əqli) baş verməsindən asılı olmayaraq insana fərəh gətirir. ABŞ-ın ilk prezidenti C.Vaşinqton demişdir ki, yer əkməyin də poema yazmaq qədər şərəfli məşğuliyyət olduğunu dərk etməyincə heç bir millət çiçəklənmə pilləsinə yüksələ bilməz.

İnsan öz əməyinə ürəyinin qəlbinin bir hissəsini hopdurur. O, əməyə böyük məna verir, əməyinin nəticələrinə etinasız qalınır. Onun yaxşı nəticələrindən sevinc hissi, mənfi (pis) nəticələrindən isə həya hissi, utancaqlıq keçirir. Hər bir normal insan əməklə məşğul olmaq və daim nə isə yeni bir şey yaratmaq arzusunda olur. Lakin əmək vasitəsilə insan öz həyati varlığını yalnız o vaxt doğrulda bilir ki, onun müəyyən məharəti vardır. Vaxtilə Hegel yazııdı ki, qa­biliyyəti olmayan insan həmişə öz yaratmaq istədiyindən başqa bir şeyi yaradır, çünki o, öz fəaliyyətinin əsl ağası deyildir. Qabiliyyətli insan isə predmeti necə olmalıdırsa o cür yaradır və onun subyektiv fəaliyyəti məqsədinə zidd olmur.

İnsanı əmək fəaliyyətinə sövq edən amillər çoxdur. Bütovlükdə insanların şəxsi və ictimai mənafelərini həyata ke­çirməyin son dərəcə müxtəlif formaları əmək ilə ayrılmaz surətdə bağlıdır. Əgər konkret desək, sivilizasiyanın tarixində əmək fəaliyyətinə sövq edən iki əsas stimul mövcud olmuşdur: əməyə qeyri- iqtisadi məcburiyyətiqtisadi məcburiyyət. Birinci stimul onu ifadə edir ki, əməkdən yayınma halları quldar, mükədar və ya­xud monarx tərəfindən ciddi cəzalandırılır. Bundan fərqli olaraq əməyə qeyri- iqtisadi məcburiyyət işçini qorxu altında saxlamağa deyil, onun şəxsi maddi marağına və öz rifahını yaxşılaşdırmaq cəhdlərinə əsaslanır. Bu qəbildən olan stimul işçinin onu işə götürən­dən şəxsi asılılığını nəzərdə tutur. Belə halda iqtisadi asılılıq aradan qalxır. O iqtisadi cəhətdən azad surətdə çıxış edir Məcburiyyət isə birbaşa deyil, işçinin maddi marağı vasitəsilə təzahüı edir. Bütövlükdə əmək fəaliyyətinə sövq edən stimulların xarakteri mövcud mülkiyyət sistemi isə müəyyən olunur. Səmərəli əməyin stımullaşdırılmasında xüsusi mülkiyyət böyük rol oynayır. Çünki o, iqtisadi azadlığın əsasında durur.

Bütün cəmiyyətlərdə əmək fəaliyyəti bır sıra amillər ilə müəyyən olunur. Onların içərisində birinci yeri insan amili tutur. Bu o deməkdir ki, istehsal etmək üçün hər şeydən əvvəl müəyyən biliklərə və əmək vərdişlərinə malik olan insanlar lazımdır. İkinci amil (maddi amil) əmək vasitələri adlanır. Buraya elə maddi əşyalar da­xildir ki, onların köməyilə insanlar nemətlər yaradırlar. Əmək va­sitələri öz daxili tərkibinə görə müxtəlifdir. Buraya birinci növbədə əməyin təbii şərtləri (təsərrüfat məqsədləri üçün istifadə olunan su şəlalələri, su hövzələrində balıq ehtiyatı və s.) aid edilir. Əmək va­sitələri içərisində başlıca yeri texnika tutur. Texnika dedikdə insanın özünün yaratdığı əmək vasitələri, qurğu və avadanlıqlar başa dü­şülür. Sonunculara öz növbəsində əmək alətləri (maşınlar, cihazlar avadanlıq, kimyəvi aparatlar və s.) daxil ola bilir. Onların sayəsində təbiətin ilkin materialları praktiki cəhətdən faydalı nemətlər şəklinə salınır. Deyilənlərdən əlavə əmək vasitələri həm də əməyin ümumi maddi şəraitini (istehsal binaları, kanallar, yollar və s.) əhatə edir.

Texniki vasitələr insan bədəninin orqanlarının özünəməxsus şəkildə davamı və tamamlanması deməkdir. Onlar bəşəriyyətin tə­biətə təsir sahəsində qazanmış olduğu çoxillik təcrübə, idrak va­sitələri və priyomları təcəssüm etdirir. Texnika insanın təbiətə təsir göstərməsinin daim təkmilləşməkdə olan forma və üsul­larını, mədəniyyətin nailiyyətlərini əks etdirir.

Texnika bir tərəfdən insan əməyinin və biliyinin inkişafı nəticəsidir, digər tərəfdən isə onları həyata keçirməyin va­sitəsidir. O, bəşəriyyətin mövcudluğu və inkişafının zəruri tərəfidir. Texnikanın başlıca funksiyası təbiəti və insanın aləmini, onun tələbat və arzularından doğan məqsədlərinə uyğun şəkildə dəyişdirməkdən ibarətdir.

Texniki vasitələr öz məzmununa görə çox rəngarəngdir. On­ların bir hissəsi cansız təbiətə, digərləri üzvi aləmə uyğun gəlir. Nə­hayət, elə texniki vasitələr vardır ki, onlar spesifik insan orqanlarını və onların funksiyalarını yerinə yetirməyi bacarır. Məsələn qeyri-üzvi təbiətdə texnika elektrotexnikanı, istilik texnikasını, fıziki kimyəvi texnikanı və tikİnti texnikasını əhatə edir. Üzvi aləmdə texnikaya kənd təsərrüfatı texnikası, biotexnologiya, və sair daxildir. Deyilən­lərdən əlavə təfəkkür texnikası, incəsənət sahələrinin texnikası, insanlan idarə etmə texnikası və sair də mövcuddur.

Texnikanın müasir anlamı aşağıdakı üç tərəfi əhatə edir: a) nəzəri və empirik tərəfləri əlaqələndirən spesifik, bilik sahəsi: b) in­sanın təbiəti öz tələbatına uyğun şəkildə dəyişdirməyə yönələn in­san fəaliyyəti sahəsi (bütün texniki vasitələr və prosedurlar da daxil olmaqla); v) insanın bu və ya digər fəaliyyətinin professional xüsu­siyyətlərini təşkil edən məharət və vərdişlərin, məzmunu.

Bütövlükdə götürdükdə cəmiyyətin iqtisadi inkişafı aşağıdaxı iki bır- birilə sıx əlaqəli tərəfləri əhatə edir a) iqtisadi münasibətlərin (istehsalın iqtisadi üsulunun və yaxud sosial- iqtisadi tərəfin) təkmilləşməsi, b) elmi- texniki inkişaf gedişində yeni texniki va­sitələrin və texnologiyaların tətbiqi (istehsalın texnoloji üsulu və ya­xud təşkilat- texniki tərəfi).

Texnika özü-özlüyündə məqsəd deyil, yalnız müəyyən məqsədi həyata keçirmək üçün vasitədir. Lakin texnika müəyyən nisbi müstəqilliyə malikdir. Bu aşağıdakılar da ifadə olunur: 1) hər cür texnikanın insan tərəfindən yaradılmasına baxmayaraq o, insanlar üçün həm xeyirli, həm də zərərli nə­ticələr törədə bilir. 2) insanların istifadə etdiyi texniki vasitələr cəmiyyətə fəal əks təsir göstərmək iqtidarındadır. Məsələn, avtomobil və televizor insanın sağlam tələbatını ödəmək üçün yaradılmışdır. Lakin avtomobil sənayesinin genişlənməsi cəmiyyətin digər, daha vacib tələbatlarının (ərzaqa, mənzilə) ödənilməsini kö­lgədə qoyur. Digər tərəfdən, onun inkişafı ekoloji mühiti korlayır. Nə­hayət, ondan hətta cinayətkar məqsədlər üçün istifadə olunur (avtomobil oğurluğu, yol- nəqliyyat hadisələri, avtomobil sahibinin öldürülməsi və sair.) Eynilə də televizor informasiya almağın güclü vasitəsi olmaqla yanaşı, həm də əhalinin şüurunun manipulyasiyası (mənfi istiqamətdə məqsədyönlü dəyişdirilməsi) vasitəsidir. Bundan əlavə, o, insanları oxumaqdan (mütaliədən) psixifiziki sağlamlıqdan müəyyən qədər məhrum edir. 3) insanın çoxəsrlik yaradıcılığı nəticəsi olan texnosferanı optimallaşdırmaq üçün texnikanın inkişafını dayandırmaq deyil, texniki nailiyyətlərin açdığı misilsiz imkanlardan bacarıqla istifadə etmək tələb olunur.

Hazırda texnika getdikcə daha çox insanın əqli qabiliyyətləri­nə və intellektual funksiyalarına nüfuz edir. Bu isə mütərəqqi nəti­cələr ilə yanaşı, həm də böyük miqyaslı texniki yenilikləri tətbiq etməzdən əvvəl onları geniş və dərin ekspertizədən keçirməyi tələb edir. Məsələn, insan kompüter kimi kibernetik sistemi yaratmaqla sanki özünün fikri fəaliyyət növlərini həyata keçirə bilən, müxtəlif məzmunlu informasiya ilə əməliyyat aparmağı bacaran analoqunu meydana gətirir. Doğrudur, o, insan beyninin bütün funksiyalarını onun əlindən almır. Bununla belə, son dərəcə güclü EHM ilə insan arasında qarşılıqlı münasibətlərin yeni, humanitar tərəfi özünü gö­stərir. Bu isə öz növbəsində bir çox problemlər doğurur. Çünki, in­san ilə maşının qarşılıqlı təsiri, fikirləşən, hiss edən, şüur və iradəyə malik mövcudat ilə cansız, öz təbiətinə görə qeyri- bio­loji xarakter daşıyan qurğu arasında qarşılıqlı təsir deməkdir. Bu münasibətdə ekzistensializmiıı görkəmli nümayəndəsi K.Yaspersin aşağıdakı fikri ibrətamizdir. O, göstərir ki, texnikada hüdudsuz şəkildə fayda verən imkanlar olduğu kimi, qeyri- məhdud miqyasda təhlükə də vardır. İnsan heç vaxt indiki qədər yaıadıcı texniki nailiyyətlər əldə etməmişdir. O, eynilə də heç vaxt bu dərə­cədə dağıdıcı təsir göstərə biləcək vasitələrə malik olmamışdır. İn­sanlar texniki vasitələri təkmilləşdirməyə aludə olmaqla və iqtisadi cəhətdən bazarın kəskin tələbləri ilə motivləşən ixtiraçı-yaradıcı fəaliyyətə uymaqla, nəticə etibarilə qarşısıalınmaz fəlakətə doğru irəliləyirlər.

Əlbəttə texnikanın mənfi nəticələri önündə pessimizmə qa­pılmaq doğru deyildir. Çünki texniki vasitələrin nə qədər güclü dağıdıcı insanlara malik olmalarına baxmayaraq, onlar prinsipcə hə­mişə insanların zəka və iradəsinə tabe edilə bilən vasitələrdir. Buna görə də müasir elmi- texniki tərəqqinin törədə biləcəyi inkari sosial nəticələri vaxtında görmək onları minimallaşdırmaq və aradan qaldı­rmaq üçün yollar və vasitələr tapmaq mümkündür və zəruridir.

Yuxarıda deyilənlər ilə yanaşı əməyin digər bir maddi amili-əmək cisimləri də mühümdür Buraya insan tərəfindən əmək va­sitələrinin köməyilə yararlı hala salınan əşyalar daxildir. Əmək ci­simləri öz növbəsində əməyin hələ tətbiq olunmadığı təbiət mad­dələrinə (torpaq, şaxtalarda kömür layları, mədənlərdəki filiz ehti­yatları və s.) və insan əməyinin təsirinə məruz qalan xammala ayrı­lır (emal olunmaq üçün çıxarılmış kömür, filiz, neft və s.)

Yuxarıda göstərilən bütün amillərin vəhdətini təmin etmək əməyin normal inkişafı üçün zəruridir. Bunun üçün isə istehsalın maddi elementləri arasında, habelə, onlar ilə işçi qüvvəsinin miqdarı arasında düzgün nisbət yaratmaq vacibdir. Həmin vəzifənin həllində texnologiya xüsusi rol oynayır. Məhz texnologiya təbii və digər maddələrin emalı üsullarını və məhsul hazırlanılması üsullaıını müəyyən edir.

Nəzərdə tutulmalıdır ki, insanların əmək fəaliyyəti insan şəxsiyyətinin reallaşmasının çox mühüm səciyyəsidir. O, ayrıca bir insanın və bütövlükdə cəmiyyətin həyat fəaliyyətinin müqəddəm şərtidir, insan hansı dövrdə yaşamasından asılı olmayaraq həyat şəraitini yaxşılaşdırmağa cəhd göstərir. İnsanlar ərzaq məhsulları, geyim, mənzil və şairədə, xidmət sferasında özünü göstərən çatışmazlıqları yaşamaq məharətinin» çox müxtəlif və hətta məqbul olmayan formaları hesabına tamamlama­ğa çalışırlar. Bu formalar siyahısında isə riskdən başlayaraq işbazlığa qədər, yalan danışmaqdan hiyləgərlik və mənəviyyatsızlığa qə­dər hər şeyə rast gəlmək olur.

XX əsrin sonlarından etibarən ictimai istehsalın yeni strukturu qərarlaşmağa başladı. O, aşağıdakı fərqləndirici əlamətlərə malikdir. Əvvəla postindustrial istehsalın strukturu tələbatların bu günkü sə­viyyəsini və perspektivdə gözlənilən vəziyyətini kütləvi surətdə ödə­məyə qadirdir. İkinci, bütün inkişaf etmiş ölkələrdə iqtisadiyyat iki bir-birilə sıx əlaqəli və biri digərini tamamlayan sahələrə ayrılır: a) maddi istehsal (maddi məhsulların hazırlanması) b) qeyri- maddi istehsal (mənəvi, əxlaqi və digər dəyərlərin yaradılması, mənəvi mədəniyyət məhsulların elm və incəsənət naliyyətləri və sair). Üçüncü, müasir istehsal spesifik nemətlər yaradan sferanı- xidmət sferasını əhatə edir. Özü də söhbət təkcə maddi xidmətdən (nəq­liyyat, rabitə, ticarət, mənzil- məişət xidməti) getmir. Onun mühüm növü kimi qeyri- maddi xidmət sahələri (maarif, səhiyyə, elmi iş, in­cəsənət, sosial təminat, sığorta və sair) ön plana çəkilir.

Müasir iqtisadiyyatın inkişafında iki əsas meyl aydın görü­nməkdədir: a) maddi istehsal mənəvi mədəniyyətin artmaqda olan tərəqqisi üçün zəruri olan ilkin şərtləri yaradır; b) müasir şəraitdə ictimai istehsalın maddi və qeyri- maddi növlərinin qarşılıqlı əlaqəsi və qarşılıqlı təsiri durmadan möhkəmlənir. Belə ki, təkcə maddi istehsal, qeyri- maddi istehsala təsir göstərmir. Həm də sonuncu, yəni mənəvi nemətlər və xidmət (xüsusən də yeni elmi kəşflər və texniki ixtiralar, xalq təhsili və mədəniyyət səviyyəsi) maddi isteh­salın inkişafında artmaqda olan rol oynayır.

Hazırda bizim cəmiyyətimizin yaşadığı dövrün başlıca məzmununu totalitar rejimin və inzibatı- amirlik sisteminin dağıdılmasının başa çatması və bazar in­stitutları sisteminin formalaşması təşkil edir. Bəzən də postsosialist və ya postkommunist transformasiyası adlanan bu dövrdə təkcə iqtisadi sferada deyil, ictimai həyatın bütün sahələrində əsaslı dəyişikliklər baş verir. Onlar həm siyasi həyatı və sosial sferanı, həm də ideologiyanı əhatə edir.
Mülkiyyət və onun cəmiyyətdə rolu

Cəmiyyətdə insanlar arasında çoxtərəfli iqtisadi əlaqələr möv­cuddur. Bu əlaqələr iki əsas tipə ayrılır. Birinci, mülkiyyət müna­sibətləri hesab olunur. Bu qəbildən olan əla­qələr böyük sosial qruplar, ayrı- ayrı kollektivlər və cəmiyyət üzvləri arasında istehsalın nəticələrini mənimsəməyə görə fərqlər yaradır. Sosial- iqtisadi münasibətlər müİKİyyət formalarından asılı olaraq formalaşır, həmin münasibət­lərin başlıca məzmununu və inxişaf istiqamətini müəyyən edir. Belə ki, bu inkişaf həmişə və bütün sahələrdə mülkiyyətçilərin mənafeləri ilə bağlı həyata keçirilir.



İkinci tip- təşkilati- iqtisadi münasibətlər adlanır. Həmin münasibətlər də çox mühümdür, çünki istehsalın bütün tərəfləri müəyyən səviyyədə təşkil edilməlidir. Qeyd olunan münasibətlər tipi insanların ayrı- ayrı iş sahələri üzrə bölünməsini, təsərrüfat fəaliyyətinin üsullarını və istehsalın idarə olunmasını əhatə edir.

Mülkiyyət cəmiyyətin iqtisadi sferasının mərkəzi məsələsidir. Mülkiyyət münasibətləri aşağıdakı üç əsas məsələni aydınlaşdırır: istehsalın nəticələrinin mənimsənilməsi; istehsal şəraitindən daha yaxşı istifadə olunması və təsərrüfat fəaliyyətinin gəlirinin sahibliyi. Mülkiyyət münasibətlərinin bütün sistemi insanlarda iqtisadi- maddi, əmlak maraqları əmələ gətirir. Mülkiyyətin fəlsəfi mövqedən təhlili ona hüquqi, siyasi və qismən də iqtisadi elmlərin yanaşmasından fərqlənir. Həmin elmlər mülkiyyəti əsasən hüquqi baxımdan şərh ediılər. Fəlsəfə isə mülkiyyətin hüquqdan kənar tərəflərini də araşdırır, onu sosial münasibətlərin növü kimi nəzərdən keçirir Bu cəhətə diqqət yetirərək J.Russo göstərirdi ki, mülkiyyət vətəndaş cəmiyyətinin həqiqi əsası və vətəndaşların öz öhdəliklərini yerinə yetirməsinin həqiqi zəmanətçisidir, əgər əmlak insanın insan üçün götürdüyü girov olmasaydı, onda insanların öz öhdəliklərindən boy­un qaçırması və qanunları lağa qoymasından asan heç nə olmazdı.

Əlbəttə yuxarıda deyilənlər belə bir faktı inkar etmir ki, mülkiy­yətin əsasları cəmiyyətdəki hüquqi qanunlar vasitəsilə müəyyənləş­dirilir. Hələ Hegel göstərirdi ki, Yeni dövrün dövlətlərində mülkiyyətə təminat verilməsi elə bir örkəndir ki, bütün qanunvericilik onun ətrafında fırlanır və vətəndaşların hüquqlarının böyük hissəsi bu və ya digər dərəcədə onunla uyğunlaşdırılır.

Mülkiyyət dedikdə bu və ya digər birliyə (ailə, səhmdar cəmiyyətinə və sairə) daxil olan hər bir insanın qanuni əldə etrniş olduğu nemətlərə sahib olması, onlardan istifadə etməsi və üzərin­də sərəncam verməsi başa düşülür.

Qeyd edək ki, insan yarandığı gündən özünə məxsus olanı digərlərindən fərqləndirməyə cəhd göstərir. Hələ uşaqlıqdan hər bir adam öz bədəninin üzvlərini (mənim əlim, mənim gözüm), əşyaları­nı (geyim, oyuncaqlar və s.), hətta, fikir, hissləri və hərəkətlərini də başqalarınkından seçib ayırır. Bu və ya digər predmetlər üzərində mülkiyyətçi olmaq hər şeydən əvvəl onun dəyərinə sahib olmaq, onu istehlak etmək və üzərində hər cür sərəncam etmək deməkdir. Mülkiyyətdə olan əşyanın istehlakı müxtəlif formalarda (onun fo­rmasının dəyişdirilməsi, istifadə olunması, məhv edilməsi, satılması və ya icarəyə verilməsi) çıxış edə bilir. Mülkiyyət vərəsəlik, zəhmət və başqasını zorla talamaq yolu ilə əldə olunur.

Mülkiyyətin subyekti kimi ayrı- ayrı fiziki şəxslər və yaxud hüquqi şəxslər (müəssisə və təşkilatlar, səhmdar cəmiyyəti) çıxış edir. Mülkiyyətə malik olmaq onun sahibinə azad hərəkət etmək (onun üzərində istədiyi kimi sərəncam etmək) hüququ verir. Beləliklə, mülkiyyət onun subyektinin iradəsinə yenilik gətirir. Bu onun həyatı üçün zəruri keyfiyyətdir. Ona görə də subyekt özünün fiziki və mənəvi qüvvələrini mülkiyyətə tətbiq edir. Bu halda belə bir məqsəd güdür ki, mülkiyyət onun həyati tələbatlarını ödəyəcəkdir və həyatının əsas mənasını reallaşdırmağa kömək edəcəkdir



Mülkiyyətin obyekti məsələsi də diqqəti cəlb edir. Bu an­layışa təbiətdə olan və insanın yaratdığı bütün maddi və mənə­vi obyektlər daxildir. Bunlar həm də elə obyektlərdir ki, onların sayı və miqdarı bütünlikdə bəşəriyyət üçün nisbətən azlıq təşkil edir. Sonuncu keyfiyyət insanların mülkiyyətə olan marağını yaradır.

Mülkiyyətin məzmununda insanın öz şəxsi cismani və ruhi məhsulları birinci yeri tutur. Bundan sonra ikinci yerdə əmək alətləri gəlir. Bu tərəf sanki birincinin davamı və tamamlanması kimi çıxış edir. Əslində, mülkiyyət məhz insanın cismani və ruhi dünyasından kənara çıxaraq insanlar arasındakı münasibətlər sahəsinə daxil ol­duqda özünün əsl məzmununa malik olur. Bu halda mülkiyyət çox vacib bir keyfiyyət- özgələşə bilmə keyfiyyəti əldə edir. Məlumdur ki, insanın cismani orqanları (əli, ayağı, gözü və s.), habelə ruhi məhsulları (xarakteri, ağlı, istedadı və s.) özgələşdirilə bilməz, yə­ni onları girov qoymaq, satmaq, almaq, borc vermək qeyıi- mümkündür. (Bu münasibətdə quldarın qul üzərində hüququ istisnalıq təşkil edir). Lakin əmək alətləri üzərində mülkiyyət özgələşmənin bütün formalarına məruz qala bilir. Buna görə də sözün əsl mənasında mülkiyyət məhz ondan başlanır. Həmin andan etibarən mülkiyyət sosial münasibətlər forması kimi çı­xış edir. Mülkiyyətin bu mənası ona sahib olma, ondan istifadə etmə və üzərində sərəncam vermə anlayışlarına yeniliklər gətirir. Qeyd edək ki, söhbət həmin üç anlayışın hüquqi məzmunundan ge­dir, çünki bu anlayışlar xalq arasında bəzən təhrif olunmuş şəkildə işlənilir.

Mülkiyyətin sosial məzmunu bununla şərtlənir ki, insan mülkiyyətində olan əşya və predmetləri labüddən cəmiyyətin digər üzvləri ilə əlaqələrdə real­laşdırır və istehlak edir. Odur ki, yalnız sosial əlaqələr fonunda gö­türülən mülkiyyət sözün əsl mənasında ictimai hadisə kimi öz rolu və funksyalarını yerinə yetirir. Həm də cəmiyyət ınülkiyyətçinin qarşısında bir sıra sosial öhdəliklər qo­yur. Bu ona görə lazımdır ki, mülkiyyət sahibi öz mülkiyyətindən başqa insanların və bütövlükdə cəmiyyətin mənafeyinə ziyan vuran istiqamətdə istifadə etməsin. Təsadüfi deyildir ki, mülkiyyət ilə bağlı qanunvericilik sənədlərində mülkiyyətçinin hüquqları tənzim olunur, onun əsassız azadlıqları məhdudlaşdırılır. Hətta, xüsusi hallarda dövlət bu və ya digər subyekti mülkiyyət hüququndan məhrum edə də bilir.

Cəmiyyətdə müxtəlif mülkiyyət formalarının olması onun normal fəaliyyətinin zəruri şərtidir. Yalnız mülkiyyət formalarının rəngarəngliyi şəraitində ayrı- ayrı vətəndaşların və bütövlükdə cəmiyyətın tələbat və mənafeləri laziıni səviyyədə ödənilə bilər. Bu mənada totalitar rejimin hökmranlığı dövründə mülkiyyətin yalnız ictimai formasına rəvac verilməsi, xüsusi mülkiyyətin məhdudlaşdırılması və ya qadağan olunması cəmiyyətə ağır zərbələr vurmuşdur.

Xüsusi mülkiyyət insanın təbiəti ilə, onun tələbat və mənafeləri, sərvətlər (dəyərlər) oriyentasiyası ilə, habelə fəaliyyət motivləri ilə sıx əlaqəlidir. İnsan məhz xüsusi mülkiyyətdə özünü tam dolğunluğu ilə reallaşdıra bilir. Müasir dövrdə qərarlaşan olan bazar münasibətləri xüsusi mülkiyyətin inkişafında geniş imkanlar açır. Yeni şəraitdə insanların təsərrüfat müstəqilliyi, şəxsi təşəbbüskarlığı və zirəkliyi, sahibkarlıq vərdişləri inkişaf edir. Azad rəqabət gücləndikcə buraxılan məhsulun keyfiyyəti yaxşılaşır, mülkyyətçidə məsuliyyət hissi çoxalır. Bunlar­dan əlavə, xüsusi mülkiyyət insanların hüquqi şüur və düşüncəsinin zənginləşməsinə, qanunlara hörmət mədəniyyətinin yüksəlməsinə də müsbət təsir göstərir.

Müasir cəmiyyətdə mülkiyyət formaları çox müxtəlifdir. Bura­da əsas yeri xüsusi mülkiyyət, qoyulmuş paya əsaslanan mülkiyyət, dövlət mülkiyyətibələdiyyə mülkiyyəti tutur. XX əsrin sonlarından başlayaraq Qərb ölkələrində aşağıdakı əsas mənimsəmə formaları geniş yayılmışdır: 1) əməkçilərin istehsal vasitələri üzərində xüsusi mülkiyyəti (fermer mülkiyyəti və digər mülkiyyət); 2) xüsusi kapitalist mülkiyyəti; 3) birliklər və korporasiyalar (qoyulmuş paya əsaslanan mənimsəmə); 4) dövlət mülkiyyəti (ümumi birgə mülkiyyət). Hazır­da müstəqillik əldə etmiş cəmiyyətimizdə mülkiyyət münasibət­lərinin əsaslı islahatı həyata keçirilir. Bu proses bır tərəfdən əsas istehsal vasitələri üzərində dövlətin inhisarının ləğv edilməsi istiqaməti üzrə gedir, digər tərəfdən, dövlətin sərəncamında olan mülkiyyətin xeyli hissəsi başqa təsərrüfat formalarına keçir. Sonun­cu proses (özəlləşdirmə) adlanır. Onun mahiyyətini dövlət mülkiyyətinin xüsusi mülkiyyətə və pay əsasında mənimsənil­ən mülkiyyət formasına çevrilməsi təşkil edir. Ölkəmizdə həyata keçirilməkdə olan mülkiyyət islahatı nəticəsində çoxukladlı bazar iqtısadiyyatı formalaşır.


Bazar iqtisadiyyatının fəlsəfi təhlili

Bazar, cəmiyyətin sosial- iqtisadi həyatında qayda yaradan və onun tərəqqisinə kömək edən çox güclü mexanizmdir. O, tarixən formalaşan və inkişaf edən obyektiv iqtisadisosial reallı­qdır. Bazar münasibətləri, mövcud tələbatları üzə çıxarmağın və onları ödəməyin, istehsalçı ilə istehlakçı arasında münasibətləri tənzim etməyin bəşəriyyətin tarixi praktikasında subuta yetirilmiş ən ağıllı formasıdır. Bu münasibətlər tələb ilə təklifin nisbətinin qoru­nmasında, təşkilat, müəssisə firmalar və ayrı- ayrı şəxslər arasında azad rəqabətin təmin olunmasında müstəsna əhəmiyyətə malikdir. Bazar təsərrüfatı insanları gəlir əldə etməyə sövq edir və buna şə­rait yaradır. İqtisadi həyatın əsas hüceyrəsini təşkil edən fayda götürmək prinsipi bazar şəraitində daha asan reallaşır. Çünki bazar iqtisadi mənafelərə əsaslanan müxtəlif sövdələşmələrin mey­danıdır. Təbiidir ki, məhsul istehsalçısı ilə alıcı arasında gizli şəkildə olsa da, belə bir fikir ümumiliyi vardır: birinci satmaq, ikinci isə almaq istəyir. Doğrudur bu işdə qiymətlər heç də həmişə hər iki tərəfi qane etmir. Lakin nəticədə müəyyən razılığa gəlinir və alqı- satqı baş tutur. Bazar münasibətləri həm də öz sərtliyi və aman­sızlığı ilə səciyyələnir. Onda yazığa acımaq hissi, həya və vicdan əzabı yoxdur. Bazar yalnız tələbtəklif prinsipinə tabedir. Hər hansı bir məhsula tələb nə qədər çoxdursa, onun qiyməti də bir o qədər yüksək olur. Və əksinə, tələbin az olması qiyməti aşağı salır. Bu işdə istehlakçıların sayı da mühüm rol oynayır. Belə ki, müəyyən növdən olan məhsulu almaq istəyən istehlakçıların çoxluğu qiymətin artmasına gətirib çıxarır. Əksinə, onların sayının az olması satış qiymətinin aşağı düşməsinə kömək edir.

Bazar vasitəsilə istehlakçı istehsalçıya təsir göstərir. Eynilə də istehsalçının istehlakçıya əks təsiri bazar mexanizmindən keçərək baş verir. O, yeni məhsul istehsal etmək və reklam vasitəsilə istehlakçının zövqünü və tələbatını dəyişdirir, onun psixologiyasına əhəmiyyətli təsir göstərir.

Beləliklə, bazar əmtəə mübadiləsi münasibətlərinin məcmusu, satıcı ilə alıcının qarşılıqlı təsirini ifadə edən sosial- iqtisadi mexanizmdir. Bu mexanizm həm ölkə daxilində, həm də beynəlxalq miqyasda mübadilə deməkdir. Bazarın təsir gücü təkcə iqtisadi həyat ilə məhdudlaşmır. O, cəmiyyət həyatın bütün tərəflərini öz burulğanına cəlb edir.

Sovetlər birliyi dağıldıqdan sonra onun məkanında müstəqil milli dövlətlər yarandı. Onların hamısı açıq demokratik cəmiyyətə keçilməsini, bazar münasibətlərinin, azad sahibkarlığın formalaş­masını özlərinin strateji məqsədi elan etdilər. Azərbaycan Respublikası da müstəqillik qazandıqdan sonra milli dövlət quruculuğu və bazar mexanizminin yaradılması yoluna düşmüşdür. Son dövrlərdə yuxarıda qeyd olunan istiqamətlərin hər birində əsaslı irəliləyişlər baş verir, hərtərəfli demokratikləşdirmə xətti ardıcıl surətdə yeridilir.

Hazırki keçid dövrdə baş verən zəruri ümumi və mühüm xarakter daşıyan dəyişikliklər bu dövrün qanunauyğunluqları statu­sunu alır. Bunlar aşağıdakı kimi üçdür: dövlətin iqtisadi resurslar üzərində təkbaşına sərəncam vermə funksiyasının ləğvi; büdcədə vaxtaşırı böhran hallarının baş verməsi; transformasiya xarakterli tənəzzül hallarının özünü göstərməsi. Hər üç qanunauyğunluğun mənfi istiqamətdə olması keçid dövrünün son dərəcə çətin və ağrılı gedişi ilə izah olunur. Buna görə də bazar iqtisadiyyatının yaradılması, həmin böhran hallarının başa düşülməsi və tezliklə aradan qaldırılmasından çox asılıdır.



Birinci qrup qanunauyğunluqlar xüsusilə mühüm yer tutur. Uzun müddət davam etmiş sosializmdə inzibati-amirlik sistemi şə­raitində dövlət yeganə mülkiyyətçi idi. Cəmiyyətin bütun maddi nemətləri onun sərəncamında idi. Totalitar rejimdən açıq demokratik cəmiyyətə keçid dövründə isə əmlakın xeyli hissəsi xüsusi mülkiyyətə keçir. Beləliklə də dövlət iqtisadi qərarlar qəbul edilməsində öz inhisarını itirir. Bu hal dövlətin iqtisadi həyatdakı və­ziyyətində bir sıra dəyişikliklər yaradır. Hər şeydən əvvəl transformasiya prosesində dövlət iqtisadi qanunvericiliyin mənbəyi olmaqla, həm də özü həmin qanunlar üzrə fəaliyyət göstərir. Bu o deməkdir ki, müəyyən qanun qəbul edildikdən sonra dövlət də bu qanunu po­zmamalıdır. Əks halda o da şirkətlər və vətəndaşlar kimi müəyyən sanksiyalara məruz qalmalıdır. Dövlət müəssisələri də bazarın digər subyektləri ilə eyni qaydalar üzrə işləməlidirlər. Məsələn, əgər döv­lət müəssisəsi istehlakçıya müvafiq əmtəə göndərilməsi şərtini po­zarsa, ona qarşı sanksiya tətbiq edilməlidir.

Ayrı- ayrı təşkillatlar və vətəndaşlarla yanaşı, dövlətin də cə­miyyəti tənzim edən hüquq sisteminə cəlb olunması mühümdür. Bu. bazar subyektlərinin müstəqilliyini təmin edir. Sonuncu isə bazar mexa­nizminin tam dolğunluğu ilə fəaliyyət göstərməsinin vacib şərtidir.

Dövlətin vəziyyətinin dəyişilməsinin ikinci səpkisi, budur ki, onun iqtisadiyyata təsirinin yeni vasitələri yaranır. Əlbəttə, hər hansı bir liberal iqtisadi rejim şəraitində də dövlət passiv müşahidəçi olmamalıdır. Lakin planlı təsərrüfat sistemində dövlətin iqtisadi ida­rəçiliyi daha çox məcburiyyət vasitələrinə əsaslanırdı. Bundan fərqli olaraq bazar münasibətləri şəraitində dövlət daha güclü və çevik xaraxter daşıyan maliyyə tənzimləmə metodlarına malik olur. Belə metodlar bazarın bütün subyektlərinə pul, vergi, valyuta və digər maliyyə tənzimediciləri vasitəsilə təsir etməyi nəzərdə tutur.

Üçüncü səpki, bazara keçid prosesində özünü göstərən po­zuntuların (fiaskonun) əvəzinin ödənilməsi ilə bağlıdır. Bu o deməkdir ki, dövlət təkcə istehsal funksiyaları yerinə yetirməməlidir. Bun­dan əlavə o sosial sferaya, fundamental elmlərin inkişafına və ətraf mühitin qorunmasına qayğı göstərməlidir, həmin sahələri maliyyələşdirməlidir.

Bazar qanunları əmək fəaliyyətində və bu prosesdə yaranan münasibətlərdə də ciddi dəyişikliklər yaradır. Bazar şəraitində əmək xidmətlərinin alqı- satqısı azad işçinin muzdla işə cəlb olunması formasında baş verir. Burada müxtəlif məsələlər (iş gününün müddəti, əmək haqqının miqdarı, işçinin vəzifə öhdəlikləri və sair) əvvəlcədən razılaşdırılır.

Başqa sahələrdə olduğu kimi əmək bazarında da vəziyyət müvafiq əmək prosesində hazırlanacaq məhsula olan tələbat ilə müəyyən olunur. Bununla yanaşı əmək bazarında aşağıdanı özü­nəməxsusluqlar da mövcuddur. Hər şeydən əvvəl, işə görən ilə işə qəbul olunanlar arasında qarşılıqlı münasibətlərin müddəti məsələsi qarşıya çıxır. Bu müddət nə qədər çoxdursa, əməyin alqı- satqı əməliyyatları da bir o qədər sabit olur. İkinci bir xüsusiyyət odur ki, əmək bazarında qeyri- pul amilləri böyük rol oynayır. Söhbət işin mürəkkəblik səviyyəsi və cəmiyyətdə nüfuzluluq dərəcəsindən, əmək şəraitinin sağlamlığa nə dərəcədə uyğun olmasından, məş­ğuliyyətin müddətindən, peşə inkişafı üçün imkanlardan gedir. Üçüncüsü, cəmiyyətdə mövcud olan müxtəlif strukturlar- həmkarları ittifaqı, əmək qanunvericiliyi, dövlətin məşğulluq siyasəti, sahibkarlar ittifaqı əmək bazarına əhəmiyyətli təsir göstərir. Bu onunla izah edilir ki, öz əməyini satanlar ölkə əhalisinin əksəriyyətini təşkil edir. Muzdlu işlə təmin olunmaq onların maddi rifahının mühüm mənbəyidir. Buradan aydındır ki, əmək bazarında olan uğurlar, məş­ğulluğun göstəriciləri cəmiyyətdə sosial sabitliyi və dayanıqlığı təmin etməyin mühüm amilləridir.

Beləliklə, bazar ehtiyatların yerləşdirilməsini, istehsalı, nemət­lərin bölgüsü və istehlakını tələb və təklifin qarşılıqlı təsiri yolu ilə tənzim edən mexanizmdir. Burada tətbiq olunan azad rəqabət is­tehsalın bütün tərəflərinin effektivliyini yüksəltmək üçün real imkan­lar yaradır. Sonra, bazar mexanizmi istehsal ilə bölgü, tələb ilə təklif arasında müəyyən müvazinəti (tarazlığı) təmin edir. Bazar münasi­bətlərində iştirak edən bütün subyektlər bərabərhüquqlu olurlar. Bu onların qabiliyyət və bacarıqlarını azad inkişaf etdirmək üçün real şərait yaradır. Deyilənlərlə yanaşı bazar mexanizmi müəyyən nöqsan və çatışmazlıqlar da törədir. Hər şeydən əvvəl, bazar mexanizmində də insana ümumi qayğı, humanizm və həssaslıq demək olar ki, yoxdur. Burada gəlirlər rəqabətdə iştirak edənlər ara­sında bölüşdürülür. Əhalinin əmək qabiliyyətinə malik olmayan his­səsi, habelə, rəqabətdə uduzanlar bu prosesdən kənarda qalırlar.

İndi cəmiyyətimizdə baş verən çox mühüm dəyişikliklərdən biri ökənin dünya təsərrüfatına inteqrasiyası prosesidir. Sovet rejimi dövründə ölkə süni surətdə dünya bazarından təcrid olunmuşdu. Bu, buraxılan məhsulun keyfiyyətinə, rəqabət qabiliy­yətinə mənfi təsir göstərmiş və digər inkari nəticələr doğurmuşdur. Müasir dövrdə dünya iqtisadiyyatından təcrid olunmuş heç bir ölkə inkişaf edə bilməz. Hazırda baş verən təsərrüfat həyatının qloballaması, elmin beynəlmiləlləşməsi, ictimai inkişafda informasiyanın rolunun artması prosesləri ölkələr arasında hərtərəfli əlaqələrin ya­radılmasını tələb edir İndiki şəraitdə ölkə nə qədər çox açıq xarakter daşıyırsa, onun inkişafı üçün bir o qədər geniş imkanlar yaranır. Bu münasibətdə Azərbaycanın nailiyyətləri şəxsizdir. Müstəqillik əldə etdikdən sonra respublikamızın dünya birliyinə qovu­şması xətti ardıcıl surətdə yerinə yetırilməkdədir.

Yuxarıda qeyd olunduğu kimi bazar münasibətləri şəraitində dövlətin iqtisadiyyatı tənzimedici fəaliyyəti aradan qalxmır, qalmaqda davam edir. Bu fəaliyyət qanunverici, icraedici və nəza­rətedici dövlət orqanlarının bazar münasibətləri sistemini yaxşılaşdı­rmaq, onu sabitləşdirmək və konkret şəraitə uyğunlaşdırmaq məq­sədi güdən tədbirlər sistemini əhatə edir. Dövlətin həyata keçirdiyi tənzimləmə funksiyası nəticə etibarilə həm bazar mexanizminin təkmilləşməsinə, həm də əhalinin geniş təbəqələrinin mənafeyinin qorunmasına xidmət edir.

Dövlət hər şeydən əvvəl bazarda iştirak edən istehsalçıların və istehlakçıların hüquqlarını qorumaq vəzifəsini öz öhdəsinə götürür. Bundan əlavə o, mülkiyyət hüququnu qaydaya salan qanunvericilik aktları qəbul edir və həyata keçirir. Birinci növbədə isə xüsusi mülkiyyətin hüquqlarını müdafiə edir.

Dövlət həm də intellektual mülkiyyət, bankların və digər sa­hələrin fəaliyyəti haqqında qanunlar verir. Sonra, dövlətin oğurluğa, zorakilığa, ölüm hallarını aradan qaldırmağa yönələn qanunvericilik aktları da bazarın fəaliyyətinin yaxşılaşmasına şərait yaradır.

Bundan əlavə o, bazar mexanizminin normal fəaliyyətini təmin edən hüquqi institutlar və normalar üzərində nəzarət həyata keçirir. O, həm də iqtisadi cinayətləri və pozuntuları aradan qaldırmaqda mühüm rol oynayan məhkəmə sistemi yaradır, qanunlara əməl olu­nmasına təminat verir. Deyilənlərlə yanaşı dövlət bazar rəqabəti şəraitində biznesin düzgün aparılmasına kömək edir, bu sahədə rast gəlinən dələduzluq və rüşvət hallarını, korrupsiya elementlərini aradan qaldırmağa çalışır. O, həm də müəyyən sahələrdə inhisarla­rın yaranmasına qarşı çıxır.

Dövlətin əmək bazarına tənzimləyici təsiri də çox mühümdür. O əmək haqqının minimum səviyyəsini müəyyən edir və onu daim yüksəltməyə çalışır, yeni-yeni iş sahələri yaratmaqla məşğulluğu yaxşılaşdırmağa və işsizliyi ixtisara salmağa səy göstərir. İşsizlərə müəyyən müavinət verilməsini təmin edir.

Dövlətin iqtisadiyyata maliyyə tənzimləyiciləri vasitəsilə təsiri xüsusilə mühümdür. Qeyd edək ki, bu münasibətdə müəy­yən uğurlar qazanılmışdır. Lakin bu kifayət deyildir. Bu təsirin güc­ləndirilməsi mövcud iqtisadi mexanizmlərin əsaslı surətdə islahatını tələb edir. Bu işdə həm də yeni iqtisadi mexanizmlərin yaradılması vacibdir. Əks halda dövlət bazar iqtisadiyyatı şəraitində öz funksiyalarını yerinə yetirə bilmir. Belə halda böhranların və çətinliklərin baş verməsi labüd olur.

Bütün bu deyilənlər sübut edir, bazar şəraitində dövlətin iqtisadiyyata müdaxiləsi labüddür. O, bazar sisteminin törətdi­yi nöqsan və çatışmazlıqları aradan qaldırmağa xidmət edir

Beləliklə, dövlətin «gözə görünməyən əli və iti gözləri» (A.Smit) ba­zar iqtisadiyyatının törətdiyi nöqsanları, çətinlikləri və eybəcərlikləri aradan qaldırmaq üçün son dərəcə zəruridir.

Nəzərdə tutmaq lazımdır ki, həm dövlət, həm də bazar mexanizmi sivilizasiyanın yaratdığı böyük nailiyyətlərdir. Dövlət ba­zara qarşı durmur, əksinə, burada iştirak qaydalarını qanunvericiliklə müəyyən edir və həyata keçirir. Bazar mexanizmi ilə dövlətin tənzimedici fəaliyyəti biri digərini tamamlayan qüdrətli amillərdir. Onların hər ikisi iqtisadi inkişafa xidmət edir.

Bazar iqtisadiyyatı yolu ilə irəliləyən qabaqcıl ölkələrin təc­rübəsi sübut edir ki, iqtisadiyyatın yüksək effektivliyini, inkişafın dinamikliyini və əhalinin yüksək həyat səviyyəsini təmin edə biləcək sistem, məhz sosial bazar iqtisadiyyatıdır. Sosial bazar iqtisa­diyyatı bazar sisteminin xüsusi tipidir. O, dövlət tərəfindən bazarın effektivliyi ilə sosial ədalətlilik arasında tarazlığın təmin edilməsim nəzərdə tutur. Qeyd olunmalıdır ki, sosial bazar iqtisadiyyatı hər bir ölkədə onun konkret milli mənafelərinə uyğun olaraq həyata keçirilir. Lakin bu prosesin bütün ölkələr üçün eyni olan ümumi cəhətləri də vardır. Bunlar sivilizasiyanın müasir mərhələsinin tələbatını ifadə edirlər. Həmin cəhətlər əsas etibarilə aşağıdakılardır: işçilərin iqti­sadi təfəkkürünün və ümumi təhsil səviyyəsinin yüksəldilməsi; onla­rın yaradıcı potensialının gücləndirilməsi; müxtəlif sosial qruplar ara­sında əməkdaşlığın möhkəmləndirilməsi; yeni iş yerlərinin yaradı­lması; əhalinin az təminatlı təbəqələrinin sosial müdafiəsi və s.

Cəmiyyət mürəkkəb və çoxpilləli orqanizm olduğu üçün onun bütün tərəflərinin idarə olunmağa ehtiyacı vardır. İdarəetmə dedikdə mütəşəkkil sistemin öz keyfiyyət müəyyənliyini saxlamağa, onun mühit ilə dinamik münasibətlərini qorumağa və sistemi inkişaf etdirməyə yönələn fəaliyyəti başa düşülür.

İqtisadi sferada idarəetmə xüsusilə zəruridir. İnsanların bi­rgə əmək fəaliyyəti, istehsal, əmək bölgüsü, istehsalçılar ilə istehlakçılar arasındakı münasibətlər, maliyyə münasibətləri və iqtisadi münasibətlərin digər növləri idarəçiliyi zəruri edən mühüm amillərdir.

İqtisadi sferada idarətemə hər şeydən əvvəl vaxtında, düzgün və dəqiq iqtisadi informasiya əldə etməyi nəzərdə tutur. Həmin informasiya idarəedici orqanlar tərəfindən araşdırılır və iqti­sadi sferada tətbiq edilir. İqtisadi informasiya insanların bu sahədəki tələbat və mənafelərinin ödənilməsinə xidmət edir. Öz məzmununa görə iqtisadi informasiya rəngarəng olur. Burada istehsalın təşkili prosesində dövr edən çoxsaylı biliklər, məlumatlar, göstəricilər, ideyalar, idarəçilik qərarları, rəhbər orqanların göstərişləri və sair ifadə olunur. İqtisadiyyatın idarə olunmasında tam və mötəbər informasiya böyük rol oynayır. Belə ki, sərf olunan resursları ixtisar etməyə, xammala tələbatı aza­ltmağa kömək edir, ucuz və effektiv materiallar yaradan novatorçu texnologiyaların əhəmiyyətini artırır.

İqtisadi sferada idarəetmə, informasiya ilə yanaşı onun əsa­sında idaretmə qərarlarının işlənib hazırlanmasını və həyata keçiri­lməsini də nəzərdə tutur. Bu göstərir ki, idarəetmə münasibətləri informasiyadan əlavə təşkilatı tərəfi də əhatə edir.

Müasir şəraitdə iqtisadi idarəetmənin xarakteri elədir ki, o, ida­rəçiliyi həyata keçirən subyektlərin qəbul edilmiş idarəçilik qərarla­rı üçün məsuliyyətini daha da artırır. Bu bir tərəfdən idarəedici təsirin çox geniş miqyas olması ilə, digər tərəfdən isə idarə olunan obyektlərın strukturunun mürəkkəbləşməsi ilə şərtlənir. Hazırda ölkəmizdə açıq cəmiyyətə keçid prosesində bütün sahələrdə olduğu kimi iqtisadi sferanın idarə olunmasında da demokratikləşməyə ge­niş yer verilir.

İqtisadiyyat geniş miqyaslı insan fəaliyyəti sahəsidir. Ona gö­rə də insanların qarşılıqlı təsirinin mövcud olduğu bütün sahələr kimi iqtisadiyyat da mənəvi və psixoloji əsaslara malikdir. Xeyir və şər, vicdan və şərəf, azadlıq və məsuliyyət kimi etik kateqoriyalar burada da geniş yer tutur. Bu anlayışlar maddi nemətlərin istehsalı, bazar stixiyası, vergi toplanılması, əmək haqqının ödənilməsi partnyorçuluq (əməkdaşlıq) öhdəliklərinin vaxtında yerinə yetirilməsi və digər iqtisadi məsələlərdə çox mühüm rol oynayır. Bununla əlaqədar son dövrlərdə iqtisadi psixologiya adlanan elm meydana gəlib formalaşmışdır. Onun predmetinə mövcud cəmiyyətdə in­sanların müxtəlif mülkiyyət formalarına və tələbatlara münasibətini psixoloji səpkidən öyrənmək, təsərrüfat mexanizminin effektivliyim təmin etmək üçün tələb olunan psixoloji amilləri araşdırmaq, iqtisadi fəaliyyət və davranışın motivasiyasını təhlil etmək və s. daxildir. İnsan fəaliyyətinin bütün sahələrində olduğu kimi iqtisadiyyatda da onun nəticələrini tam dəqiqliyi ilə irəlicədən müəyyənləşdirmək qeyri- mümkündür. Buna görə də gözlənilməz nəticələr əldə etmək və itkiyə məruz qalmaq riski burada da mövcuddur. Bu cür arzuolun­maz nəticələr baş verdikdə ağıllı insanlar mənəvi psixoloji zər­bəyə düçar olmamalıdırlar. Professional sahibkarlar öz işindən mənfəət gözlədiyi kimi, onun müəyyən amillər üzündən baş tutmamasına, hər cür uğursuz hallara da psixoloji cəhətdən hazır olmalıdırlar.

İqtisadiyyatda mənəvi psixoloji keyfiyyətlər həm də tərəfdaşa, yəni partnyorluq edənə aiddir. Normal tərəfdaşlıq etmək üçün etibarlılıqməsuliyyət hissi kimi mənəvi keyfiyyətlərə malik olmaq zəruridir.

Deyilənlərdən aydın olur ki, bazar münasibətlərinə əsaslanan müasir cəmiyyətin iqtisadi həyatının təşkilində və burada qarşıya çıxan bir çox problemlərin həllində mənəvi və psixoloji amillər müs­təsna dərəcədə böyük əhəmiyyət kəsb edir. Buna görə də iqtisadi sferada psixoloji xidməti yaxşılaşdırmaq və mənəvi- əxlaqi mühiti təkmilləşdirmək son dərəcə zəruridir.

CƏMİYYƏTİN MƏNƏVİ HƏYATI”




Yüklə 331,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin