Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


İnnovasiyalar və innovativ pedaqoji texnologiyalar



Yüklə 0,82 Mb.
səhifə26/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

4.İnnovasiyalar və innovativ pedaqoji texnologiyalar. İnnovasiya (ingiliscə “innovation” – sözündən götürülüb, mənası “yenilik” deməkdir) dedikdə geniş mənada təlim, təhsil-tərbiyə pro­se­si­nin gedişini və nəticələrini yaxşılaşdırmaq məqsədilə pedaqoji sistemdə həyata keçirilən yeniıik başa düşülür. İnnovasiya, yəni ye­ni­lik pedaqoji sistemin daxili ehtiyatları hesabına (in – daxili de­mək­dir) baş verir. İnnovasiya keyfiyyətcə təkmilləşmiş pedaqoji sistemdə vəhdət ha­lında götürülmüş ideyalar, proseslər, vasitələr və nəticələrdir.
Son onillikdə çox şey dəyişmişdir. Yeni paradiqmalar, kon­sep­­­siyalar, innovasiyalar və investisiyalar (sərmayələr), dövlət stan­dart­ları və alternativ tədris planları, yeni tip məktəblər yara­dıl­mış­dır. Pedaqoji proses pedaqoji sistemdə baş verir. Hər hansı pedaqoji sistemin strukturu bir-birilə qar­şılıqlı əlaqədə olan elementlərin məcmusundan ibarətdir: 1) şa­gird­lər; 2) təlim və tərbiyənin ümumi və xüsusi məqsədləri; 3) təlim və tərbiyənin məzmunu; 4) təlim və ərbiyə prosesi; 5) müəl­lim­lər; 6) texniki təlim vasitələri; 7) təlim və tərbiyə işinin təşkili formaları; 8) təlim, təhsil-tərbiyə prosesinin idarə olunması; 9) tə­lim və tərbiyə prosesinin texnologiyası; 10) təlim və tər­bi­­yə prosesinin nəticələri. Təlim və tərbiyə prosesinin məhsuldarlığı həmişə pedaqoji sistemin tək­mil­ləş­dirilməsi ilə bağlıdır. Pedaqoji sistemin təkmilləşdirilməsinin iki başlıca yolu vardır: intensiv yol və ekstensiv yol.
İntensiv yol pedaqoji sistemin inki­şa­fı­nı daxili ehtiyatlar hesabına həyata keçirməyi nəzərdə tutur.Ekstensiv yol isə pedaqoji sistemin inkişafı üçün əlavə qüv­və­lərin (investisiyaların), yeni vasitələrin, avadanlıqların, texnolo­giyaların, kapital qoyuluşlarının və s. cəlb edilməsinə əsaslanır.
İnnovasiyaların obyekti aşağıdakı problemlərdir: 1) təlim və tər­bi­yə fəaliyyətinin motivasiyasını (öyrənməyə, oxumağa olan ma­ra­ğı) necə yüksəltmək; 2) dərsdə öyrənilən materialın həcmini necə artırmaq; 3) təlimin sürətini necə artırmaq; 4) vaxt itkisini necə aradan qaldırmaq və s.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin