Vergi sistemi- Ölkədə vergiqoymanın, tutulan vergilərin forma və metodlarının, vergilərin toplanması və istifadəsinin, habelə müvafiq vergi orqanlarının məcmusu.
Vergi siyasəti- Vergi və vergiyəcəlbetmə sahəsində dövlətin həyata keçirdiyi tədbirlər sistemi.
Vergi tənzimlənməsi- Vergi növləri və dərəcələrinin, vergi güzəştləri və cəlbolunmalarının müəyyənləşdirilməsi istiqamətində tədbirlərin hazırlanıb həyata keçirilməsi.
Vergi yükü- Vergi ödənişləri ilə bağlı, iqtisadi məhdudiyyətlərin səviyyəsi.
Vergidən azadolma- Ödənilən vergi məbləğinin qanuni yollarla azaldılması.
Vergitutma bazası- Vergitutma obyektlərinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsi.
Vergitutma obyekti- Qanunla müəyyən edilmiş vergiyə cəlb olunan bütün obyektlər.
Vəqf – Şərq ölkələrində dini təşkilatlara bağışlanan daşınan və daşınmaz əmlak.
Y
Yan (kənar) təsir- Bir şəxsin əməl və iqtisadi fəaliyyətinin başqalarının maddi vəziyyətinə müsbət, yaxud mənfı təsiri.
Yarımfabrikat- Müəyyən şirkətdə istehsal olunub və digər şirkətdə, korporasiyada hazırlanan daha mürəkkəb məhsulun tərkib hissəsi kimi istifadə olunan natamam (yarımçıq) məhsul.
Yarlık(damğa, nişan)- Əmtəənin, malın üzərinə yapışdırılan, yaxud bərkidilən etiket.
Yarmarka- Vaxtaşırı fəaliyyət göstərən yerli, regional, ölkə və beynəlxalq bazar.
Yaşayış minimumu - İnsanların həyat fəaliyyətinin saxlanması və iş qüvvəsinin təkrar istehsalı üçün zəruri olan yaşayış vasitələri.
Yığım norması- Gəlirin ümumi həcmindən yığım və investisiya məqsədləri üçün ayrılmış hissə.
Yığım paradoksu – Keyns konsepsiyasına görə yığım həcmi artdıqca, ölkənin milli gəlirinin azalması.
Yoxsulluq- Hər hansı bir ölkədə elmi cəhətdən əsaslandırılmış normalara uyğun yaşayış vasitələri olmayan əhalinin müəyyən hissəsinin sosial-iqtisadi vəziyyəti.
Yoxsulluq tələsi – sosial təminat alan şəxsin iş axtarmaq istəməməsi.
Yoxsulluq zonaları - Ölkədə və dünyada əhalinin yoxsul hissəsinin daha çox cəmləşdiyi ərazilər.
Yumşaq valyuta - Nominal dəyərinə və digər valyutalara qarşı dayanıqsız olan valyuta.
Yüngül sənaye- Əhalinin yaşayışı və məişəti üçün zəruri olan istehlak malları istehsal edən sənaye sahələri.
Yutil – Marjinalist konsepsiyada fərdi faydalığın şərti.
Z
Zamin - Müəyyən bir iş və fəaliyyət üçün zəmanət verən şəxs.
Zay məhsul- Normal keyfiyyət tələblərinə və standartlara uyğun gəlməyən əmtəə-xidmətlər.
Zəmanət- Müəyyən şəxs tərəfındən pul və əşya öhdəliklərinin yerinə yetirilməsinə dair məsuliyyət forması.
Zərbxana – Pul kəsilməsi, yaxud zərb edilməsi ilə məşğul olan dövlət müəssisəsi.
Zərər- Təsərrüfat fəaliyyətində itkilər, gözlənilməyən xərclər, əmlakın və pulun itirilməsi.
Zəhmətsiz gəlirlər- Faydalı əmək fəaliyyəti ilə əlaqəsi olmayan, konkret əmək xərcləri ilə ölçülə bilməyən və qeyri-qanuni yollarla əldə edilən gəlir.
Zəruri əmək - İctimai əməyin bir hissəsi olub, işçinin öz iş qüvvəsini bərpa etmək və ailəsinin zəruri tələbatlarını ödəmək üçün lazım olan şeylərin istehlak dəyərinə uyğun sərf edilmiş əmək.
Zəruri iş vaxtı- Ümumi iş vaxtının bir hissəsi olub, işçinin iş qüvvəsinin təkrar istehsalını təmin edə bilən zəruri məhsulun dəyərinin yaradılmasına sərf edilən vaxt.
Zəruri məhsul- Maddi istehsal sahələrində çalışan işçinin yeni yaratdığı məhsulun bir hissəsi.
Zondaj – Danışıqlar və saziş iştirakçısının mövqeyinin qabaqcadan öyrənilib aydınlaşdırılması.