Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat


Felin lüğəvi məna növləri və quruluşu



Yüklə 319,77 Kb.
səhifə69/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   65   66   67   68   69   70   71   72   ...   189
2019-04-25 12-07-55

Felin lüğəvi məna növləri və quruluşu
Məlumdur ki, feillər hərəkət şəklində olan müxtəlif prosesləri ifadə edir. Bu cəhətdən feillər bir çox lüğəvi məna qruplarına malikdir. Belə ki, feillərin bir qismi hərəkəti, bir qismi işi, bir qismi hal-vəziyyəti, bir qismi isə təfəkkür, nitq proseslərini bildirir. Feillərin bu cür müxtəlifliyi onların lüğəti mənasından doğur. Azərbaycan dilindəki feillər başlıca olaraq aşağıdakı lüğəvi məna qruplarına ayrılır:
1. Hərəkət feilləri: İnsan və ya başqa canlıların hərəkəti ilə bağlı yaranır və hərəkətin müxtəlif cəhətlərini (istiqamətini, hərəkətin tərzini) ifadə edir. Məs.: çatmaq, yaxınlaşmaq, qalxmaq, daxil olmaq, qaçmaq, yüyürmək, sürünmək, axsamaq və s
Hərəkət feillərinin əksəriyyəti təsirsizdir.
2. İş feilləri: Əşyanın bu və ya digər hal-vəziyyətə salınmasını və ya təsirə, dəyişikliyə məruz qalmasını bildirir: açmaq, ütüləmək, bükmək, yağlamaq, rəndələmək, boyamaq, qazmaq, belləmək və s.
İş feilləri quruluşca sadə, bir qismi düzəltmə (-la2), bir qismi isə mürəkkəb olur: açmaq, bükmək, ütüləmək, yağlamaq, rəndələmək, nallamaq, od vurmaq, yuva qurmaq, dara çəkmək və s.
İş feillərinin əksəriyyəti təsirlidir: cırmaq, qırmaq, suya çəkmək, nallamaq, ütüləmək, yağlamaq və s.
Mürəkkəb feillərin içərisində həm təsirli, həm də təsirsizi olur.
İş feillərin əksəriyyəti məchul və icbar növ üzrə dəyişir: tikmək – tikdirmək – tikilmək və s.
3. Nitq feilləri: Bu feillər nitq prosesi ilə bağlı olur. Nitq feillərinin əksəriyyəti quruluşca sadə (bağırmaq, demək, söyləmək, danışmaq, sormaq) və mürəkkəbdir (tərif etmək, faş etmək, xəbərdarlıq etmək, etiraz etmək, salam vermək, əmr vermək, layla demək, söhbətə tutmaq və s.).
Düzəltmə nitq feilləri -lan2, -laş2, -la2, -ılda4 şəkilçili bir qrup sözləri əhatə edir: dillənmək, salamlamaq, gileylənmək, mızıldanmaq, mırtıldamaq və s.
Nitq feilləri nitq prosesinin müxtəlif xüsusiyyətlərini göstərir, yəni yüksək tonlu (çığırmaq, səs-küy salmaq, qışqırmaq); alçaq tonlu (pıçıldamaq, deyinmək, mızıldanmaq və s.) olduğunu bildirir. Bəzən nitq feilləri sual məqamında işlənir, bəzən nitq prosesinin davam etdiyini bildirir. Həm də bunların hamısını təsdiq və inkar məqamında ifadə edir.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin