Müh. 9. Ekspert qiymətləndilməsində etalon sırasının tərtibi
Kütləvi və seriyalı istehsal olunan sənaye məhsulunun keyfiyyəti
qiymətləndirilərkən analoji sinfə və təyinata malik ən yaxşı ölkə
nümunələrinin keyfiyyət səviyyəsi qəbul edilir. Ekspert qiymətləndilməsi
təcrübəsində ekspertlərin mülahizələrini əsaslandırmaq üçün etalon sırasından
istifadə olunur.
Məmulatın etalon sırası keyfiyyət səviyyəsinə görə ranqlanmış sıradır.
Etalon sırası analoji sinif və təyinatlı ölkədə və xaricdə istehsal olunmuş
məmulatlardan tərtib edilir, 4 nisbi qrupa bölünur: ən yaxşı, yaxşı, kafi, pis
məmulat. Bu sıra müvafiq sənaye sahələri üzrə aparıcı mütəxəssislərin də
cəlb olunduğu mütəxəssislər komissiyası tərəfindən tərtib edilir. Ranqlanmış
məmulatların nisbi qruplara bölünməsi üçün belə üsul təklif edilir [5]:
kompleks qiymətləndirmə nəticəsində ən yüksək və ən aşağı qiymət almış
məmulat – analoqlar üçün yer müəyyənləşdirilir. Sonra alınmış interval 4
bərabər hissəyə bölünür. Keyfiyyət səviyyəsinin ədədi qiymətinə görə
intervalın müxtəlif hissələrinə düşən məmulatlar göstərilən qrupları təşkil
edir.
Xarici ölkələrdə istehsal edilən məmulat – analoqlar haqqında kifayət
qədər informasiya almadıqda yaxud keyfiyyətin qiymətləndirilməsi üçün əsaslı
işlənmiş metodika olmadıqda etalon sırası sadələşdirilmiş üsulla tərtib edilir.
Bunun üçün məmulatın 2 – 3 aparıcı, əsas keyfiyyət göstəricisi seçilir. Belə
göstəricilər məmulat – analoqun keyfiyyət səviyyəsini müəyyənləşdirir. Aparıcı
keyfiyyət göstəricilərinin çəki əmsalları birlikdə 0,5 – 0,6 – dan az
olmamalıdır. Sonra ilk köməkçi sıranın tərtibi yuxarıda şərh edilən qayda
üzrə aparılır.
Məhsulun estetik keyfiyyət göstəricilərinin qiymətləndirilməsində
qabaqcadan iki köməkçi sıranın tərtibi tövsiyə olunur: istehlak xassələrinin
səviyyəsinə görə və formanın təkmilləşmə dərəcəsinə görə ranqlanmış sıralar.
Sonra bu sıralardan istehlak səviyyəsinə həm də formanın təkmilləşdirmə
dərəcəsinə görə eyni tipli qruplara düşən mə mulatlar seçilir. Seçilmiş
məmulatlar – etalonlar iki əlamətlə xarakterizə olunan etalon sırasını təşkil
edir.
Etalon sıralarının tərtib edilməsi ekspert rəylərində müxtəlifliyi azaldan
üsullardan biridir. Bundan başqa, ekspertlər eyni bir bal şkalasından istifadə
edərək onun ayrı – ayrı intervallarının əhəmiyyətliliyini fərqli qəbul edirlər.
Tətqiqatlar göstərir ki, bəzi ekspertlər son hədd qiymətlərini verməkdən
çəkinir, onlar şkalanın orta qiymətlərindən fərqli yanaşırlar. Etalon sıraları
qiymətləndirməni daha əyani edir. O, müqayisəni təhlil etməklə
qiymətləndirilən məmulatın çatışmazlıqlarını aşkar etməyə, digər nümunələr
üzərində bu və ya digər elementin daha müvəffəqiyyətli həll üsullarını
nümayiş etdirməyə imkan verir. Etalon sıralarının yaradılması sonrakı
qiymətləndirmə üçün psixoloji zəmin hazırlayır, bununla da daha bir – birinə
uyğun nəticələrin alınmasına şərait yaradır.
Qeyd etmək lazımdır ki, etalon sırası dinamikdir, uzun müddət
qiymətləndirmə üçün meyar ola bilməz. Yeni funksiyalı yeni məmulatların
meydana çıxması, ictimai normaların və idealların dəyişməsi məmulatların
etalon sıralarının strukturunun və tərkibinin dəyişdirilməsinə səbəb olur.
Ekspert qiymətləndirilməsində optimal bal şkalasının seçilməsini
nəzərdən keçirək. Məlumdur ki, təcrübəli ekspert üçün 0,5 intervalla 5 bal
qiymətləndirmə üçün tam kifayət edir. Çox sayda balı olan hər hansı şkala
bir baldan digərinə keçmək üçün daha dəqiq meyarların işlənməsini tələb
edir və təcrübə göstərir ki, mahiyyət etibarı ilə belə şkalalar tam istifadə
edilmir.
Çox zaman keyfiyyətinin ekspert qiymətləndirilməsində iki əsas
variantda balların paylanması tövsiyə olunur. Bu zaman ―pis‖ qiyməti həmişə
o bala uyğun gəlməlidir, çünki qiymətləndirmənin məqsədi məmulatın
yararlılıq dərəcəsini yox, keyfiyyət səviyyəsini müəyyən etməkdir [6].
Bədii layihələndirmədə 0,1 bal intervallı 5 ballı sistem daha geniş
tətbiq olunur.
Bəzi mütəxəssislər ekspertlərin balla qiymətləndirməsi metodikasına
şübhə ilə yanaşır və onun digəri ilə əvəz olunmasını tövsiyə edirlər, çünki
burada ekspertlərin səriştəliyi məsələsi meydana çıxır. Ekspertlərin
səriştəliyinin müəyyənləşdirilməsi verilmiş növ məhsulun keyfiyyətinin
qiymətləndirilməsinə komissiyanın hazırlığını müəyyənləşdirmək və
qiymətləndirmənin yekun nəticələrini almaq üçün zəruridir. Birinci halda
ekspertlərin qiymətləndirmə obyekti ilə yüksək tanışlıq dərəcəsi və bundan
irəli gələn rəylərin əsaslandırılmış olması, ikinci halda ekspert rəylərinin çəki
əmsallarının tapılması nəzərdə tutulur.
Məmulatla ekspertin tanışlıq dərəcəsini təyin etmək üçün
məlumatlanma prosedur qaydalarından istifadə olunur. Əvvəlcə ekspert
cədvəldə baxılan məmulatla tanışlığını səciyyələndirən tanışlıq əmsalını qeyd
edir. Bu zaman onun qiymətləndirmə obyekti ilə heç bir tanışlığı yoxdursa,
əmsal ―0‖ götürülür. Əgər ekspert analoji elmi, mühəndis, bədii –
layihələndirmə işlənməsi səviyyəsində tanışdırsa, əmsal ―0,1‖ seçilir.
Obyektivliyi təmin etmək üçün ekspert qrupuna məhsulun müəllifi
(müəllifləri) daxil edilmir. Sonra hər bir ekspert, müstəqil olaraq, rəyinin
arqumentasiya əmsalını müəyyənləşdirir.
Yuxarıda göstərilən əmsallar ona görə vacib sayılır ki, özü – özünü
qiymətləndirmə heç də kifayət qədər obyektiv olmur və çox zaman öz –
özünü qiymətləndirmə kollektiv qiymətləndirmədən yüksək olmur. Öz – özünü
qiymətləndirmə kəmiyyətini təshih etmək üçün aşağıdakı prosedur qaydaları
yerinə yetirilir: alınmış göstəricilərə görə hər bir ekspertin və ümumilikdə
komissiyanın məlumatlanma əmsalı hesablanır. Ekspertin məlumatlanma
əmsalı:
|