Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


Ali məktəbdə təlimin spesifik prinsipləri



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə42/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

Ali məktəbdə təlimin spesifik prinsipləri 
kimi bunları
qeyd etmək olar: a) təlimin peşə yönümlülüyü; b) təlimin elmi fəaliyyətdə əlaqələn-
dirilməsi; c) təlimdə kollektiv və fərdi işin əlaqələndirilməsi prinsipləri.
Həmin prinsipləri qısaca nəzərdən keçirək.
Təlimin peşəyönümlüyü prinsipi.
Bu prinsip ali məktəbdə təlim prosesini öy-
rənilən peşəyə istiqamətləndirməyi nəzərdə tutur və belə bir
qanuna
əsaslanır: ali
məktəbdə təlim prosesi nə qədər məqsədyönlü şəkildə peşəyə istiqamətləndirilirsə,
peşəyönümü ideyası bütün iş formalarına, tədris olunan fənlərə nə qədər çox nüfuz
edirsə, gənclərin bir mütəxəssis kimi hazırlıq səviyyəsi də bir o qədər yüksək olur.
Bu prinsip müəyyən didaktik 
qaydalarla
həyata keçirilir:
- ayrı-ayrı fənlərin məzmunu və imkanları çərçivəsində müxtəlif vasitə və me-
todlardan istifadə etməklə peşəyönümü işini həyata keçirmək;
- fənndaxili və fənlərarası əlaqələrdən peşəyönümü işində istifadə etmək;
- ali məktəbdə, fakültədə peşəyönümü mühiti yaratmaq;
- fakültədə fəaliyyət göstərən kafedralar arasında peşəyönümü işini əlaqələndirmək.
Təlimin elmi fəaliyyətlə əlaqələndirilməsi prinsipi
. Bu prinsip ali məktəbdə
təlim prosesini elmi fəaliyyətlə vəhdətdə aparmağı nəzərdə tutur. Onun əsasında belə
bir 
qanun
durur: təlim və elmi fəaliyyət bir-birilə nə qədər düzgün və məqsədyönlü
şəkildə əlaqələndirilirsə, tələbələr elmi axtarışlara geniş cəlb edilirsə, mütəxəssis ha-
zırlığının keyfiyyəti bir o qədər yüksək olur. 
Prinsipin reallaşması müəyyən 
qaydalarla
həyata keçirilir:
- tələbələri yeni elmi kəşflərlə, eləcə də elmin həll edilməmiş problemləri ilə
elmi metodlarla tanış etmək:
- tələbələri elmi problemlərin həllinə cəlb etmək;
- tədris prosesində elmi diskussiyalara geniş yer vermək;
- tələbələrin təlim işini elmi işlə sıx əlaqələndirmək;
- kafedraların elmi-tədqiqat işlərini mütəxəssis hazırlığının keyfiyyətini yük-
səltmək vəzifəsinə yönəltmək.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin