Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


Pedaqoji ünsiyyətin forma və üslubları



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə90/93
tarix19.12.2023
ölçüsü0,63 Mb.
#187013
növüMühazirə
1   ...   85   86   87   88   89   90   91   92   93
toaz.info-ali-mekteb-pedaqogokasi-muhazire-1doc-pr 9d93e9d15448afe69a9caf8d29196d0f

Pedaqoji ünsiyyətin forma və üslubları.
Ünsiyyətin səmərəsi onun forma və
üslublarının düzgün seçilib tətbiq edilməsi ilə sıx bağlıdır. Ünsiyyətin 
iki
başlıca 
for-
ması
ayırd edilir: formal və qeyri-formal ünsiyyət. 
Formal ünsiyyət
rəsmi qaydalarla,
normalarla tənzim olunur; müəllim-tələbə münasibətləri rəsmi münasibətlərdir. 
Pedaqoji prosesdə 
qeyri-formal ünsiyyət
ünsürləri də özünü göstərir. Belə ünsiy-
yət rəsmi qaydalarla müəyyən olunmur, şəxsi xarakter daşıyır və simpatiya və antipa-
tiyaya isti münasibətə əsaslanır. Belə ünsiyyətdə müəyyən hədd – psixoloji məsafə,
«pedqoji pərdə» gözlənməli, o, müəllimin rəsmi vəzifələrini yerinə yetirməsinə mane
olmamalıdır.
Göstərilən ünsiyyət formalarının heç birini
unversallaşdırmaq olmaz
. Pedaqoji
fəaliyyətdə ancaq formal ünsiyyətə əsaslanmaq – təlimat və əmrlərlə hərəkət etmək
formalizmə, yeknəsəqliyə, konservatizmə, münasibətdə soyuqluğa gətirib çıxara bilər.
Eləcə də ancaq qeyri-formal ünsiyyətə əsaslanmaq anarxiyaya, müəllim və tələbə
arasında «pərdə»nin götürülməsinə səbəb ola bilər. Buna görə də, hər iki ünsiyyət
formasını düzgün 
əlaqələndirmək
, konkret şəraitdən, situasiyadan asılı olaraq yerinə
görə tətbiq etmək lazımdır. 
Pedaqoji ünsiyyətin xarakteri
ünsiyyət üslubundan
çox asılıdır. Ünsiyyət üsulu
dedikdə, ünsiyyət fəaliyyətinin fərdi xüsusiyyətlərinin məcmusu başa düşülür. Fəa-
liyyət prosesində rəhbərlik formasından asılı olaraq, 
üç əsas ünsiyyət üslübü
fərqlən-
dirilir: avtoritar, demokratik və liberal üslüblar.
Avtoritar üslub
– inzibati-amirlik üslubudur. O, nüfuza və tabeçiliyə əsaslanır.
Bu halda insana (uşağa, şagirdə, tələbəyə) sadəcə obyekt kimi baxılır: təşəbbüsə,
etiraza imkan verilmir, müəllim öz dediyini həyata keçirir («Mən deyən olmalıdır»). 
Demokratik üslub
– əməkdaşlığa əsaslanan üslubdur. O, qarşılıqlı hörmət, hu-
118


manizm, bərabərlik, ədalət üzərində qurulur. İnsana təlim-tərbiyə prosesinin fəal işti-
rakçısı – subyekti kimi baxılır; onun rəyi, arzuları, mövqeyi, tələbat və maraqları,
mənafeyi nəzərə alınır. Tələbələrin təşəbbüs və fəallığına geniş yer verilir. 
Liberal uslub
– ünsiyyətdə səhlənkarlığa, laqeydliyə əsaslanan üslubdur: müəl-
lim heç nəyə qarışmır, fəallıq göstərmir, məsələlərə formal yanaşır, məsuliyyətdən
kənar olmağa çalışır. Bu isə normal pedaqoji ünsiyyətə və bütövlükdə təlim-tərbiyə
işinin keyfiyyətinə mənfi təsir göstərir. 
Qeyd edilən ünsiyyət üslubları içərisində ən səmərəlisi demokratik üslubdur. Ali
məktəb müəllimi bu üsluba əsaslanmalıdır. Avtoritar və liberal ünsiyyət üslublarından
yaxa qurtarmaq üçün tələbələrlə münasibətləri yeni əsaslarda – əməkdaşlıq, xe-
yirxahlıq, hörmət və tələbkarlıq, qarşılıqlı inam, həssaslıq, ədalət, pedaqoji etika tə-
ləbləri üzərində qurmaq, müəllim və tələbələri ayıran psixoloji səddi, şübhə və
etimadsızlığı, qeyri-səmimiliyi aradan qaldırmaq, bir sözlə, ünsiyyət mədəniyyətinə
yiyələnmək lazımdır.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin