I MÜHAZİRƏ
Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları
Plan:
1. Ali məktəb pedaqogikasının predmeti və vəzifələri
2. Ali məktəb pedaqogikasının kateqoriyaları
3. Ali məktəb pedaqogikasının metodoloji əsasları və
digər elmlərlə əlaqəsi
4. Ali məktəb pedaqogikasının tədqiqat metodları
1. Ali məktəb pedaqogikasının predmeti və vəzifələri
Hazırda cəmiyyət həyatında təhsilin, elmin rolunun daha da artdığı, dünya təhsil
sisteminə inteqrasiyasının gücləndiyi bir dövrdə yüksək ixtisaslı mütəxəssislərin
hazırlanması sahəsində ali məktəb pedaqogikasının rolu və əhəmiyyəti xeyli artır. Ali
məktəb müəllimi (nə qədər təcrübəli olsa belə) müasir pedaqoji-psixoloji biliklərsiz
keçinə bilməz, öz işini təhsil standartları səviyyəsində qura bilməz. Buna görə də
gələcəkdə ali məktəbdə elmi-pedaqoji fəaliyyətə hazırlaşan magistr və doktorantlar
ali məktəb pedaqogikası elminə yaxşı yiyələnməlidirlər.
Ali məktəb pedaqogikası gələcək mütəxəssislərin peşə-ixtisas hazırlığı, ahəng-
dar şəxsiyyət kimi formalaşması və tərbiyəsi haqqında elmdir. Onun
obyekti ali mək-
təbdə tələbə gənclərin təlim-tərbiyəsi, ahəngdar şəxsiyyət kimi formalaşması və peşə-
ixtisas hazırlığı prosesidir.
Predmeti isə ali məktəbdə pedaqoji prosesin qanunauy-
ğunluqlarını aşkara çıxarmaq, tələbə gənclərin ahəngdar şəxsiyyət kimi tərbiyəsi və
peşə-ixtisas hazırlığı məsələlərini öyrənməkdir.
Ali məktəb pedaqogikası ali məktəbdə pedaqoji prosesi mürəkkəb, çoxsahəli bir
sistem kimi araşdırır, bu sistemin səmərəli qurulması üçün
müxtəlif problemləri
tədqiq edir. Tədqiqatlar ali məktəbin bütün sahələrini – tədris-tərbiyə, elmi fəaliyyət,
pedaqoji ünsiyyət, ali məktəbə rəhbərlik, ali təhsil islahatı və s. məsələləri əhatə edir.
Onun
həll etdiyi konkret vəzifələri qısaca nəzərdən keçirək:
1. Ali məktəbdə təhsilin məzmununu, mütəxəssisin ümumelmi, ixtisas və peşə
hazırlığının optimal nisbətini müəyyənləşdirmək və bu əsasda mütəxəssis hazırlığını
modelləşdirmək.
1
2. Gələcək mütəxəssis üçün zəruri olan bilik, bacarıq və vərdişlərin tələbələr
tərəfindən şüurlu və dərindən öyrənilməsinin səmərəli yollarını, yeni mütərəqqi təlim
texnologiyalarını və onların tətbiqi şərtlərini müəyyənləşdirmək.
3. Ali məktəbdə tədrisin səmərəli formalarını, onların imkanlarını, təşkili qay-
dalarını, tələbə müstəqil işinin səmərəliliyinin artırılması yollarını tədqiq etmək.
4. Tələbə gənclərin bir şəxsiyyət-Vətəndaş kimi tərbiyəsi prosesinin mahiy-
yətini, qanunauyğunluqlarını, məzmun, vasitə, metod və formalarını müəyyənləşdir-
mək əsasında ali məktəbdə tərbiyə işinin metodikasını təkmilləşdirmək və zənginləş-
dirmək.
5. Müasir ali məktəb müəlliminin nəzəri cəhətdən əsaslandırılmış modelini işləyib
hazırlamaq.
6. Ali məktəbdə ictimai təşkilatların fəaliyyətini, gənc mütəxəssislərin hazırlanması
və tərbiyəsində, tələbə özünüidarəsinin inkişafında onların rolunu tədqiq etmək.
7. Ali məktəbə rəhbərlik məsələlərini öyrənmək, idarəetmə strukturlarının
optimal forma və metodlarını, pedaqoji əsaslarını müəyyənləşdirmək.
8. Ali təhsil islahatı ilə bağlı aktual problemlərin həll edilməsi.
Göründüyü kimi, ali məktəb pedaqogikası qarşısında duran problemlərin araşdı-
rılması, ali məktəbdə tədris-tərbiyə və elmi fəaliyyətin, idarəetmənin çox müxtəlif
aspektlərinin tədqiqi ali təhsilin və mütəxəssis hazırlığının
yeni keyfiyyət mərhələsinə
qaldırılmasına, təhsilimizin dünya təhsil sisteminə inteqrasiyasına imkan verəcəkdir.