Müvafiqlik prinsipi. Bu prinsip təlimi tələbələrin yaş və anlama səviyyəsinə,
gücünə uyğun qurmağı nəzərdə tutur. Təlim gücə uyğun olmadıqda tələbədə özünə
inamsızlıq baş qaldırır, müəllimin zəhməti, səyi hədər gedir. Bunun üçün elmi
informasiyaların həcmi, çətinliyi, mənimsənilmə tempi tələbələrin real təhsil im-
kanlarına uyğun qurulmalıdır.
Müvafiqlik prinsipi bir neçə qaydada həyata keçirilir: a) asandan çətinə; b) mə-
lumdan məchula (məchulu məlum əsasında öyrətmək); c) ümumidən xüsusiyə (ob-
yekt haqqında ümumi təsəvvür verdikdən sonra onun xüsusi hallarına keçmək); ç)
sadədən mürəkkəbə (sadə məsələlərdən tədricən mürəkkəb məsələlərə keçmək).