Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021


II Mühazirə: Azərbaycan ərazisində feodal münasibətlərinin formalaşması



Yüklə 315,92 Kb.
səhifə11/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   90
60 saatlıq mühazirələr 2021-2022

II Mühazirə: Azərbaycan ərazisində feodal münasibətlərinin formalaşması.

Alban feodal dövləti

Plan

1) Azərbaycanda feodalizm.

2) Atropatena və Albaniyanın Sasanilərin tabe edilməsi.

3) Albaniya Mehranilər sülaləsi dövründə (628-705).

1) Azərbaycanda feodalizm: III-V əsrlərdə Azərbaycanda feodalizmə xas iqtisadi münasibətlər bərqərar oldu. Çox təəssüf ki, yazılı qaynaqların yoxluğu üzündən Azərbaycanda quldarlıq çağı təsərrüfatı və sosial münasibətlərin feodal ictimai-iqtisadi münasibətlərinə keçməsini izləmək mümkün deyil. Lakin sonrakı dövrə aid qaynaqlar və qonşu ölkələrdəki iqtisadi və sosial vəziyyət Azərbaycanda erkən feodalizm münasibətləri barədə təsəvvür yaratmağa imkan verir. Məhsuldar qüvvələrin və istehsal münasibətlərinin tədricən inkişafı feodal istehsal üsulunun bərqərar olmasına şərait yaradırdı. Feodal münasibətləri birdən-birə yaranmamışdı, onun rüşeymləri hələ quldarlıq dövründə meydana gəlirdi. Əmək alətlərinin təkmilləşməsi və onların hazırlanmasında dəmirin tətbiqi əkinçiliyin və sənətkarlığın geniş inkişafına, əmək məhsuldarlığının artmasına səbəb oldu. Taxıl sahələrinin becərilməsi genişləndirildi, müxtəlif sənət növləri yarandı və inkişaf etdi. Ticarət yollarına yaxın ərazidə və şəhərlərdə mal mübadiləsi və ticarəti vüsət aldı. Tədricən torpaq sahibkarlığının yeni, səciyyəvi cəhətləri meydana gəldi. Əvvəllər torpaq hökmdara, dini qurumlara, ayrı-ayrı quldarlara mənsub idi. Belə torpaqlarda qul, məcburi əmək adamlarının (hərbi əsirlər, borca düşmüş adamlar, müflisləşmiş əkinçilər və b.) əməyindən istifadə olunurdu. Belə işçilərin əməyə marağı sönür, nəticədə becərilməmiş torpaq sahələri artır, əmək məhsuldarlığı azalırdı. Ölkədə baş verən siyasi dəyişikliklər iqtisadiyyatın inkişafına xeyli ziyan vurur, torpağın müəyyən yüksək təbəqələrin əlində cəmləşməsinə şərait yaradırdı. Hökmdar və onun ətrafındakı istismarçı sinif nümayəndələri torpaq sahibkarlarına çevrilirdilər. Siyasi vəziyyətlərinin fərqli olmasına baxmayaraq, Azərbaycanın həm şimal, həm də cənub ərazilərində feodal münasibətləri oxşar şəkildə yaranırdı. Dövlətə məxsus torpaqlar xidmət müqabilində ayrı-ayrı hərbçilərə, saray əyanlarına verilirdi. Hökmdarlar öz yaxın adamlarına bütöv vilayətlər bağışlayırdılar. Bu, kənd icmalarını əyanların asılılığına salırdı. Vilayət hakimləri tədricən öz əllərində olan torpaqları varislərinə ötürürdülər. İrsi münasibətlər yaranırdı. Həmin torpaq feod (mülk), sahibi feodal (mülkədar) adlanırdı. Feodalların torpağını yoxsul kəndlilər əkib-becərirdilər. Lakin onlar torpağa təhkim olunmamışdılar. Feodallar yalnız bu kəndlilərin xidmətindən istifadə edirdilər. Kəndlilərdən bir qisminin evi, həyətyanı torpağı, az da olsa mal-qarası, əmək alətləri var idi. Lakin bu kəndlilərin də əsas gəliri becərdikləri feodal torpağından gəlirdi. Onlar feodalın torpağını becərir və məhsulun çox hissəsini ona verirdilər. Zaman keçdikcə kəndlilərin feodallardan asılılığı artırdı. Onlar feodala vergi verməli idilər. Feodala vergini, əsasən, natural (verginin mal, məhsul ilə ödənilməsi) formada verirdilər. Bundan başqa kəndlilər müxtəlif mükəlləfiyyətlər (müəyyən işləri yerinə yetirmək məcburiyyəti) də yerinə yetirirdilər. Onlar feodalın dəstəsini atla təmin etməli, səfər vaxtı onları yedizdirməli idilər. Feodal üçün tikililər, qalalar, yollar və körpülər inşa etmək də kəndlilərin üzərinə düşürdü. Atropatenada əhali 4 sosial təbəqəyə bölünmüşdü: kahinlər, döyüşçülər, mirzələr, vergi verənlər. Kəndlilər, sənətkarlar və tacirlər vergi verən təbəqəyə aid idilər. Onlar can vergisi (gezit) və torpaq vergisi (xaraq) verirdilər. Atropatenada feodal münasibətlərinin inkişafına Sasani şahı I Xosrov Ənuşirəvanın (531-579) islahatları da təsir göstərdi. O, sahibsiz torpaqları hərbçilərə payladı və vergilərin toplanmasını nizama saldı. Bununla da vergiyığan məmurların özbaşınalığına son qoyuldu. Uşaqlar, qadınlar, kahinlər, məmurlar can vergisindən azad edildilər. Albaniyada məxsus olan torpaq mülkiyyətinin iki forması vardı: 1) şərtsiz və irsi torpaq sahibliyi sayılan dastakert (pəhləvi dilində - mülk deməkdir). Bu torpaq sahibliyi (allod) icma torpaq sahibliyinin dağılması və dövlət tərəfindən torpaqların malikanə (votçina) hüququ ilə hakim zümrənin nümayəndələrinə paylanması yolu ilə yaranmışdı; 2) Şərti torpaq sahibliyi sayılan xostak (pəhləvi dilində - «bağışlanan» mənasını verir). Xostak dövlət tərəfindən torpağın vassal xidməti göstərən hakim zümrənin nümayəndələrinə müvəqqəti olaraq bağışlanması nəticəsində yaranmışdı. Şərti xostak torpaqlarının şərtsiz dastakertə çevrilməsi hallarına da təsadüf edilir. İri torpaq sahibləri patriklər, xırda və orta torpaq sahibləri isə azatlar adlanırdı. Dastakert daha çox iri əyanların, xostak isə daha çox nisbətən kiçik hərbi əyanların, məmur və kilsə xadimlərinin əlində cəmləşmişdi. Azərbaycanda feodal münasibətləri feodalizmin ünumi qaydalarına əsaslanırdı. Lakin Avropa ölkələrindən fərqli olaraq ölkəmizdə feodalların şəxsi təsərrüfatları yox idi. Çünki süni suvarma tələb edən təsərrüfata böyük xərc qoymaq lazım gəlirdi. Feodalı kəndlinin becərdiyi torpaq yox kəndlidən ödəniş almaq maraqlandırırdı. Avropada feodalizm V əsrdən başlamış, XV əsrin sonlarına qədər davam etmişdir. Azərbaycanda isə daha erkən III əsrdən başlamış XIX əsrin sonlarına qədər davam etmişdir.


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin