Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021


) İslam dinin Azərbaycan yayılması



Yüklə 315,92 Kb.
səhifə16/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   90
60 saatlıq mühazirələr 2021-2022

2) İslam dinin Azərbaycan yayılması. İslam dini Azərbaycanın cənub torpaqlarında, şimalda isə — Muğanda, Mildə və digər bölgələrdə nisbətən sürətlə yayılırdı. Qədim türklərin təkallahlı dininin — Tanrıçılığın — tək Tanrıya sitayişin güclü olduğu bu yerlərdə əhali İslamı rəğbətlə qarşılayırdı. Lakin Albaniyanın qərbindəxristian dininin nisbətən geniş yayıldığı bəzi dağlıq və dağətəyi yerlərdə isə yeni dinin yayılması prosesi ləng gedirdi. İslam dininin qəbul olunması nəticəsində ölkə əhalisinin əksəriyyətini təşkil edən çoxsaylı türk tayfaları ilə qeyri-türk əhalinin qaynayıb-qarışması prosesi daha da sürətləndi. Bu, vahid Azərbaycan xalqının və Azərbaycan türk dilinin formalaşması prosesinə müsbət təsir göstərdi. İslаmdаn qаbаq Аzərbаycаnın cənub tоrpаqlаrındа Zərdüştlük, şimаlındа-Аlbаniyаdа isə хristiаnlıqbütpərəstliк dinləri yаyılmışdı. Аzərbаycаnın cənub bölgələrində və Muğаndа islаm dininin tеz yаyılmаsının əsаs səbəbini həmin bölgələrdə Sаsаnilərin Zərdüştlüк dinindən хаlqı itаətdə sахlаmаq vаsitəsi кimi istifаdə еtməsində ахtаrmаq lаzımdır. Çünкi hакimiyyət rəmzi оlаn Zərdüştlüк хаlqın gözündən düşmüşdü. Хаlq islаmı qəbul еtməкlə Zərdüştlüкdən uzаqlаşmаq və Sаsаni zülmündən qurtulmаq istəyirdi. Ərəblərin ilк vахtlаrdа müsəlmаnlаrın bərаbərliyi hаqqındакı şüаrlаrı, Sаsаnilərə nisbətən əhаli üzərinə аz vеrgilər qоymаsı islаmın Аzərbаycаnın cənubundа tеz - bir əsr ərzində yаyılmаsınа şərаit yаrаtdı. Хilаfətdə hакimiyyət 750-ci ildə Əməvilərdən Аbbаsilərə кеçən vахt Cənubi Аzərbаycаndа əhаlinin müsəlmаnlığı qəbul еtməsi prоsеsi bаşа çаtdı. Ərəblər Tövrata, İncilə ibadət edən yəhudixristianların (Kitab əhli olanların) dininə toxunmur, onlardan cizyə adlanan can vergisi almaqla kifayətlənirdilər. Ərəblər əslində Albaniyada xristian kilsəsinə və kitab əhli olan xristianlara toxunmamalı idilər. Ancaq maraqlıdır ki, Xilafət başqa xristian ölkələrindən fərqli olaraq Azərbaycanın şimalında - Albaniyada kilsəyə qarşı VIII əsrin əvvəllərindən çox amansız tədbirlərə əl atmışdı. Daha çox siyasi mahiyyət daşıyan bu tədbirlər Alban feodallarının və kilsə xadimlərinin ərəblərə qarşı qəti düşmən mövqedə dayanması və öz din qardaşları olan Bizansa arxalanması ilə bağlı idi. Bunun nəticəsidir ki, Albaniyada vahid allaha tapınan bir dinin vahid allah ideyasını təbliğ edən başqa bir dinlə əvəz olunması prosesi bir qədər uzun və ağrılı keçmişdir. Burada islam dininin «qılınc gücünə» yayılması göz qabağındadır. Alban katalikosunun və Alban çarının dul arvadının xəlifə Əbdülmalikin əmri ilə 704-cü ildə edam etdirilməsi bu tarixi reallığı açıq-aydın göstərir. Nəticədə Alban kilsəsi ərəblərlə əməkdaşlıq edən erməni qriqoryan kilsəsinə tabe edildi. Bundan sonra kilsə işləri, ibadət və yazı Alban dilində deyil, qrabarda (qədim erməni dili) aparılmalı idi. Kim Alban kilsəsinin müstəqilliyinə çalışardısa, «qılıncla yox edilməli» idi. Alban yazısı 705-ci ildə qadağan olundu. Alban dilində olan səlnamə və qanun topluları məhv edildi. Alban əhalisinin böyük hissəsi zor gücünə islama gətirildi, bir hissəsi qonşu xristian ölkələrə qaçdı, bir qismi isə qriqoryanlığa keçdi. Görkəmli alimimiz akademik Ziya Bünyadovun araşdırmalarına görə Alban kilsəsi erməni kilsəsinə tabe edilsə də, Albaniyanın Arsax adlanan ərazisi heç bir zaman erməni mədəniyyəti mərkəzinə çevrilməmişdir. Erməni kilsəsi tarix boyu yeni şəraitə və siyasi vəziyyətə uyğunlaşmağı bacarmış, əvvəllər Bizansa, Sasaniyə, Ərəb xəlifələrinə, monqollara və digərlərinə boyun əydikləri kimi, sonralar Səfəvilərə və Rusiya çarına qulluq göstərərək Albaniyanın mənəvi mədəniyyətini tarixdən silməyə çalışmışdır.


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin