Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Ekoloji xarakterli fövqəladə hadisələrin təsnifatı



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə11/116
tarix08.03.2023
ölçüsü1,48 Mb.
#86981
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   116
M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin

Ekoloji xarakterli fövqəladə hadisələrin təsnifatı: 
1. Yerin (torpağın, yer təkinin və səthinin) vəziyyətinin dəyişməsi ilə əlaqədar fövqəladə hadisələr. 
2. Atmosferin (mühitin) tərkibi və xassələrinin dəyişməsi ilə əlaqədar, fövqəladə hadisələr (iqlimin 
kəskin dəyişməsi, şəhərlərdə kəskin oksigen azlığı, ozon qatının pozulması və s.) 
3. Hidrosferin (su mühitinin) vəziyyətinin dəyişməsi ilə əlaqədar fövqəladə hadisələr (yaşayış 
mühitinin dəyişməsinə həssas olan heyvan və bitki növlərinin yox olması, yerin bitki örtüyünün məhv 
olması və s.) 
Sosial – siyasi xarakterli fövqəladə hadisələrin təsnifatı: Sosial – siyasi xarakterli fövqəladə 
hadisələrin 2 növü var. Sosial – mədəni xarakterli fövqəladə hadisələr, hansıki, öz növbəsində: 
1. Peşə əlaməti 
2. Dini əlamət 
3. Mülkiyyət əlaməti 
4. Ərazi əlaməti 
5. Qohumluq əlaməti 
6. Yaş həddi və digər əlamətlərlə xarakterizə olunur 
Siyasi xarakterli fövqəladə hadisələr isə: 
1. Millətlərarası münaqişələr 
2. Narkotik maddə ticarəti 
3. Mütəşəkkil cinayətkarlıq 
4. «Kölə» iqtiasdiyyatı 
5. Dövlət böhranı 
6. İnformasiya və digər əlamətlər üzrə xarakterizə olunur. 
Bu təsnifat fövqəladə hadisələrin miqyasını və nəticələrinin həcmini əhatə etmir. Lakin, 
fövqəladə hadisələrin qarşısının alınması üçün tədbirlərin seçilməsi, vəziyyətin xarakterinin 
qiymətləndirilməsi, eləcədə xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması üzrə əsas 
istiqamətlərin göstəriciləri rolunu oynayır. 
.


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
Şöbə: “Mamalıq işi” 
10
MÖVZU 4 
 
Fövqəladə halların yaranma səbəbləri və inkişaf mərhələləri 
Biz hər gün kütləvi informasiya vasitələri ilə dünyanın müxtəlif regionlarında meydana gəlmiş 
təbii fəlakətlər, terror aktları, hərbi münaqişələr, sənaye qəzaları, ətraf mühitə radioaktiv, zəhərli, insan 
həyatına və fəaliyyətinə mənfi təsir göstərən digər zərərli maddələrin yayılması haqqında məlumatları 
alırıq. 
Son illər planetimizdə həm təbii, həm də antropogen mənşəli fövqəladə hadisələrin sayının 
artması ilə xarakterizə olunur. 
Məsələn, XX əsrdə meydana gəlmiş bütün fəlakətlərin 40%-dən çoxusu 80-90-cı illərə düşür. 
Fövqəladə hadisələr 1997-ci il tarixdə Milli Məclisin qəbul etdiyi ―Mülki Müdafiə‖ haqqında 
Qanununun 1-ci maddəsinin 3-cü bəndində aşağıdakı kimi təsbit olunmuşdur. Fövqəladə hadisə insan 
tələfatına, insanların səhhətinin və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və 
insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi 
əməliyyatlar, qəza və təbii və ya digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir. 
Fövqəladə hallar meydana gəlmiş bölgədə (lokal, obyekt, yerli, regional, milli yaxud qlobal) fövqəladə 
vəziyyət elan olunur. 
Fövqəladə hadisələr müəyyən şərait (təhlükəli və zərərli amil mənbələri mövcud olduqda) 
yarandıqda meydana gəlir. Bu mənbələrə məhsulu və texnoloji prosesləri yüksək təzyiq, partlayıcı, 
asanalışan, kimyəvi və radioaktiv maddələri, bioloji materialları tələb edən müəssisələr, hidrotexniki 
qurğular, nəqliyyat vasitələri, neft və qaz kəmərləri, toksiki və radioaktiv maddələri, tullantılarının 
basdırılma yerləri, habelə layihə və inşaat norma və qaydalarının pozulması ilə tikilmiş bina və 
qurğular aiddir. 
Bəzi təbii amillər (vulkan prosesləri, böyük həcmdə qar və buz toplanması, uzun müddətli 
yağıntıların olması yaxud onların olmaması və s.) də belə mənbələrdən sayılır. 
Fövqəladə halların çoxusunun əsasında (mənşəyində) insanın həyat fəaliyyəti ilə ətraf mühitin 
arasındakı müvazinətin pozulması durur. Bu müvazinət insanların təbiətə çox güclü surətdə müdaxilə 
etməsi, təbiət qanunlarına riayət etməməsi, təbiətə zidd fəaliyyəti, elm və texnikanın həddindən artıq 
sürətlə inkişafı nəticəsində pozulur. 
Texnika, istehsalat, tikinti və s. sahələrdə mövcud olan xüsusi nəzarət sistemlərin qeyri-stabil 
vəziyyətə gəlməsi, ictimai münasibətlərin pozulması hətta insanların yüksək-əsəb emosional 
yorğunluğu da ekstremal vəziyyətlər yarada bilərlər. 
İnsanın təbii proseslərə müdaxilə etməsi və özünün fəaliyyət sahələrində yol verdiyi səhvlər 
fəlakətlərin meydana gəlməsi ilə nəticələnir. İnsanların təbiət qanunlarına zidd fəaliyyəti idarə 
olunmayan dəyişikliklərə, qlobal fövqəladə hallara gətirib çıxara bilər. Buna görə ekoloji böhranlar 
artıq lokal xarakter daşımır. Fövqəladə halların meydana gəlmə səbəblərinin 70-80%-ni insan amili 
təşkil edir. Bu onun düşünülməmiş hərəkətləri, məsuliyyətsizliyi, laqeyidliyi və peşə hazırlığı 
səviyyəsinin aşağı olması ilə əlaqədardır. 
Bütün fövqəladə halların inkişafında 4 xarakterik mərhələni 1. risk (təhlükə) amillərinin 
toplanma mərhələsi; 2. fövqəladə halın işə salınma (təkanvermə) mərhələsi; 3. fövqəladə hallar 
prosesinin gedişi mərhələsi; 4. sönmə mərhələsinə ayıra bilərik. 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin