M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin
Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 55
Bir sıra yanacaqlar, əsasən də karbohidrat sırası yanacaqlar (asetilen, butan, metan, propan, etan,
etilen) qaz şəklində yüksək yanğın-partlayış təhlükəli yanacaq-havalı qatışıqlar əmələ gətirir. Yanacaq-
havalı qatışıqların (kerosin, protilenoksid) partlayışı zamanı ayrılan enerji adi partlayıcı maddələrin
partlayışından yaranan enerjidən çox olur. Bu zaman zərbə dalğasının təsir radiusu trinitrotoluoldakı
göstəricidən 2,5 dəfə çox olur.
Yanğın insanların həyatı və sağlamlığına təhlükə törədən idarəolunmaz yanma prosesisidir.
Fövqəladə hallar arasında baş vermə tezliyinə görə antropogen mənşəli yanıqlar demək olar ki, birinci
yeri tutur. İri sənaye müəssisələrində və yaşayış məntəqələrində baş verən yanğınlar qapalı və kütləvi
ola bilər. Qapalı yanğınlar - izolə olunmuş binalarda, tikililərdə, qurğularda olan yanğınlardır. 25%-
dən çox binalarda olan qapalı yanğınların cəmi kütləvi yanğınlar adlanır. Yaşayış məntəqəsində
yanğının yayılmasına binanın yanğına davamlılıq dərəcəsi, metereoloji şərait, yerin xarakteri, əsasən
də binalararası məsafə təsir edir. Məs: binalararası məsafə 90 m və daha çox olduqda yanğın yayılması
sıfra, 30 m olduqda 13%, 15 m - 50% bərabər olur. Taxta tikilili yaşayış məntəqələrində güclü küləkdə
30-40 dəq sonra ayrı ocaqlardan qarışıq yanğın sahələri əmələ gəlir. Daş binalı yaşayış məntəqələrində
yanğının inkişafı zəif olur. Yanğının inkişafına kömək edən amillər davamlı yanğın növünün əmələ
gəlməsinə səbəb olur və odlu-burulğanlı yanğın adlanır. Bu güclü qızmış qazların qalxan axını və
periferiyadan yüksək sürətli (50-100 km/saat) hava kütlələrinin axını ilə xarakterizə olunur. Belə külək
zamanı binalar dağılır, ağaclar kökündən çıxır, hətta qapalı yanğınlar zamanı yanma ərazisində hərarət
100 dərəcəyə qədər ola bilir. Məhdud hava axınlı yerlərdə (anbar, zirzəmi) hərarət 120 dərəcəyə qədər
artır, yanma məhsullarının konsentrasiyası toksiki həddə çatır. Yaxşı ventilyasiyalı binalarda yanğın
zamanı tüstü və karbon qazının qatılığı insan üçün ciddi təhlükə törətmir.
Neftçıxarma sənayesi obyektlərində qəzalar zamanı çıxan neft və ya qaz fəvvarəsi alovlanma
zamanı alov axınını neft borularına, neft saxlanan yerlərə, yaşayış tıkililərinə, meşə massivlərinə ötürə
bilər. Yanan fontanın alovu yüksək hündürlüyə qalxır. Yanma ərazisindəki hərarət metal qurğuların
əriməsi həddinə qədər çata bilər. Sənaye qəzaları zamanı baş verən yanğınlar binaların və qurğuların
dağılmasına, sənaye və digər materiallar, qiymətli ləvazimatların məhvinə səbəb olur. Adminstrativ
binalarda və yaşayış evlərində baş verən yanğınlar (əsasən də plastik kütlələrin və sintetik materialların
yanmasından) zəhərli tüstünün ayrılması ilə müşaiyət olunur. Yanğın-partlayış təhlükəli obyektlərdə
güclü partlayış və yanğınlarla müşahidə olunan qəzalar ağır sosial və ekonomik nəticələrə gətirib
çıxara bilər.