M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin
Bakterioloji ocağın ləğv olunması üçün TX aşağıdakı kompleks tədbirləri həyata keçirməlidir: 1. Əhali xəbərdar olunmalıdır – ümumi kəşffiyyatın nəticələrini əldə etdikdən dərhal sonra yaxud
bioloji silahın tətbiqi haqqında məlumatın daxil olunduğu zaman ―Kimyəvi həyəcan!‖ siqnalı verilir.
Əhali fərdi mühafizə vasitələrindən əleyhiqazdan istifadə edir və zədələnmənin qarşısını almaq üçün
lazımi tədbirlər görür.
2. Bakterioloji ocağın sərhədləri müəyyən olunmalıdır.
3. Ərazidə bioloji kəşfiyyat keçirilir. Bu məqsədlə torpaq su, hava, bitki örtükləri, ölmüş heyvan
və gəmirici cəsədlərindən nümunə götürülür. Hətta bəzi şübhəli həşəratların tutulması da mümkündür.
Əldə olunmuş materiallar sanitar – epidemioloji mərkəz (SEM) və səyyar epidemiya əleyhinə dəstə
(SEƏD) laboratoriyalarına göndərilməlidir. Orada törədicinin növü, qidalı mühitlərə münasibəti və
antibiotiklərə həssaslığı müəyyənləşdirilir.
4. Ərazidə bakterioloji silah tətbiqi faktı təsdiq olunduqdan sonra, rayon və şəhər FH
komissiyasının qərarı ilə karantin və observasiya təşkil olunur.
5. Əhalinin tam sanitar təmizlənmədən keçməsi üçün DDA (dezinfeksiya-düş avtomobilləri),
hamam və sanitar – buraxılış məntəqələrindən istifadə olunur.
6. Spesifik və qeyri – spesifik profilaktik işlər aparılır. Spesifik - mikrobun növü təyin
olunduqdan sonra peyvənd briqadaları zərdab, anatoksin, bakteriofaq və antibiotik vururlar. Qeyri –
spesifik işlər zamanı törədici mikrobun növü təyin olunanadək SD tərəfindən sahə, mənzillərin
yoxlaması aparılır.
7. Xəstələrin aktiv sürətdə aşkar olunması. SD tərəfindən gündə 2 dəfə əhali arasında sorğu və
termometriya aparılmalıdır. Xəstə şəxs aşkar olunduqda SD sahə həkiminə məlumat verir. Sahə həkimi
dərhal xəstənin evinə getməli, onu xəstəxanaya yerləşdirməli və mənzilini dezinfeksiya etməlidir. Hər
bir xəstəyə baxış keçirdikdən sonra həkim və SD mütləq tam sanitar təmizlənmədən keçməlidir.
Poliklinikanın qeydiyyat otağı (resepşn) dispetçer məntəqəsi kimi fəaliyyət göstərir və həkimi bütün
çağırışlara göndərir. Bütün aşkar olunmuş xəstələr haqqında poliklinika və SEM-in baş həkimi
məlumatlanmalıdır. Lazım olduqda karantin zonasında yerləşən əksər xəstəxanalar infeksion iş
rejiminə keçir, ictimai binalarda da müvəqqəti infeksion şöbələr yerləşdirilir (tibbi təxliyyənin
mərhələlərinə uyğun).
1. Mənzil, bina, ərazi və geyimlərin dezinfeksiyası.
2. Dezinseksiya və deratizasiya tədbirləri.
3. Ərzaq və suyun zərərsizləşdirilməsi.
4. Ərazidə sanitar – maarif işinin genişləndirilməsi.