Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Kimyəvi zədələnmə ocağında ilk tibbi yardım



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə85/116
tarix08.03.2023
ölçüsü1,48 Mb.
#86981
növüMühazirə
1   ...   81   82   83   84   85   86   87   88   ...   116
M?hazir? M?vzu 1 F?lak?t t?bab?ti v? M?lki M?dafi? tibb xidm?tin

Kimyəvi zədələnmə ocağında ilk tibbi yardım- Kimyəvi zədələnmə ocağında İTY öz-özünə və 
yoldaşına qarşılıqlı yardım qaydasında həyata keçirilir. Bundan başqa İTY ocaqlarda SD tərəfindən də 
göstərilir. Ocağa daxil olmazdan əvvəl SD əvvəlcə FÜZ-lərə qarşı antidot qəbul etməli əleyhqaz və 
dərinin mühafizə vasitələri geyinməlidir. SD ocağa daxil olmazdan əvvəl komandir mühafizə 
vasitələrin düzgün geyinilməsini yoxlayır və sonra SD-ya ocağa daxil olmaq əmri verir. 
İlk tibbi yardım: İlk növbədə zəhərlənmiş şəxsə əleyhqaz geyindirmək lazımdır. Ona andidot 
verilir (amil-nitrit ampulunu sındırıb şlem-maskanın içərisinə yeridilir) və zəhərlənmə zonasından 
çıxarırlar. Sonra təmiz havada əleyhqazı çıxarıb süni tənəffüs vermək lazımdır. ZM-in damcıları 
geyimlərin və bədənin açıq yerlərinə düşdükdə, həmin yerləri dərhal ammonyakın sulu məhlulu və ya 
fərdi kimya paketdə olan maye ilə təmizləmək lazımdır. Gözlərə ZM-nin damcıları düşdükdə onları 
2%-li soda məhlulu ilə yaxalayırlar. Ağ ciyərin ventilyasiyası boğucu təsirli ZM-lərlə zəhərlənmələr 
zamanı aparılmır. Natamam sanitar təmizlənmə aparılır. Xəsarətalmışlar zədə ocağından çıxarılır. 
Bakterioloji zədələnmə ocağında ilk tibbi yardım - MMTX rəisinin göstərişi ilə İTY 
göstərmək üçün bakterioloji zədələnmə ocağına İHYD-i göndərilir. Bunun üçün müvəqqəti infeksion 
şöbə təşkil olunur, və ya hər hansı bir poliklinika sahəsində işləyir. İHYD-nə 1-2 nəfər infeksionist 
ayrılır. Hər bir ərazi həkimlər arasında sahə prinsipi ilə bölünür və hər həkimin sərəncamına 1 SD 
verilir. SD gündə 2 dəfə ərazidə yoluxucu xəstələri aşkar etmək üçün sorğu və termometriyadan 


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
68
istifadə edir. Əhali arasında sanitar-maarifi işi aparır. Yoluxucu xəstə aşkar edildikdə SD-ci həkim 
çağırır. Həkim təcili sürətdə xəstəni təcrid edib xəstəxanaya göndərir. Həmin mənzildə dezinfeksiya 
təşkil olunur və xəstə ilə kontaktda olmuş şəxslər nəzarətə götürülür. Bakterioloji ocağa daxil olan 
tibbi personal qoruyucu kostyumlarda işləyir və profilaktik dərmanlar qəbul edirlər. Bütün 
xəsarətalmışlar təmizlənmədən keçir və antibiotiklərlə təcili profilaktika aparılır.

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin