Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə14/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

2. Temperatur amili
- Bu müxtəlif ekstremal vəziyyətlər zamanı törənən amildir. 
Temperatur çox kəskin surətdə qalxanda yanğınlar meydana gəlir, aşağı düşəndə istilik və su sistemləri 
donur, nəqliyyat və bəzi müəssisələr öz işini dayandırmağa məcbur olurlar. Yüksək temperaturun təsiri 
orqanizmin qızması (hipertermiya) ilə müşayiət olunur. Bundan başqa müxtəlif termiki zədələnmələr 
də meydana gəlir. Aşağı temperatur insan orqanizminə təsiri nəticəsində hipotermiya və donmalar 
əmələ gəlir.
3. İonlaşdırıcı şüalar
Radiasiya təhlükəli obyektlərdə qəza yaxud dağıntılar nəticəsində 
insanların, heyvanların və bitkilərin kütləvi radiasiya zədələnmələrinə və ərazinin RM-lə çirklənməsinə 
səbəb ola bilən elmi, sənaye yaxud müdafiə obyektlərinə radiasiya təhlükəli obyektlər deyilir. Atom 
elektrik stansiyaları (AES), uran mədənləri, nüvə silahı istehsalı, sınağı və tətbiqi sahələri radiasiya 
təhlükəki obyektlər sırasına daxildir. Bu amil obyektlərdə qəzalar olduqda, nüvə döyüş sursatlarının 
partlayışlarında, ionlaşdırıcı şüa mənbələri (ionlaşdırıcı şüaları buraxan, yaxud buraxmağa malik olan 
qurğular, yaxud radioaktiv maddələr) ilə işləyən zaman texnoloji proseslərin pozulması və texniki 
təhlükəsizlik qaydalarına riayət edilmədiyi hallarda meydana gəlir. 
İnsanlar bilavasitə ionlaşdırıcı şüa mənbələrində işləyən zaman yaxud RM-lə çirklənmiş ərazidə 
olduqda zədələnmələr baş verir. Birinci halda xarici şüalanmaya, ikinci halda isə həm xarici həm də 
daxili şüalanmaya məruz qalırlar. Radioaktiv maddələr hava, su və qida ilə orqanizmə daxil olaraq 
orada daha böyük təhlükə mənbəyinə çevrilirlər. 
İonlaşdırıcı şüaların təsir dərəcəsi insan orqanizminin aldığı dozanın miqdarı ilə müəyyən 
olunur. Onun ölçü vahidi radian və Qreydir. 1 qrey= 100 radiandır. 
İonlaşdırıcı şüaların orqanizmə təsiri (hopmuş dozanın miqdarı 1 Qrey və ondan artıq olduğu 
halda) nəticəsində kəskin şüa xəstəliyi meydana gəlir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin