Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti Şöbə: “Müalicə işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 87
MÖVZU 42 Sudaboğulma, elektrikvurma, ilanvurma, günvurma, torpaq sürüşməsi zamanı ilk tibbi yardım Sudaboğulma.
İnsan təsadüfən ya qəsdən suda batdıqda, xarici tənəffüs sisteminin anatomik
tamlığının saxlanması fonunda atmosfer havası ilə qazlar mübadiləsinin kəsilməsinin pozulması
nəticəsində baş verən patoloji vəziyyət sudaboğulma adlanır. Spazmın baş verməsi və psixi zərbə,
qorxu, yaxud reflektor təsirdən ürək fəaliyyətinin dayanmasıdır. Sudaboğulmanın üç forması var:
həqiqi, asfiktik və sinkopal.
Tənəffüsün qısamüddətli dayanmasından sonra məcburi nəfəsalma nəticəsində su ağciyərlərə
dolur. Tənəffüsün ritmi, dərinliyi dəyişir, hipokapniya tezliklə hiperkapniyaya keçir. Suda boğulma
zamanı oksigen aclığından dəri, selikli qişalar sianotik rəng aldığından baş verən ölümə ―göy ölüm‖
deyilir.
Həqiqi sudaboğulma 3 dövrə bölünür: Başlanğıc dövr – boğulan şəxsdə huş, iradi hərəkətlər və suyun altında nəfəsalma aktını iradi
saxlamaq qabiliyyəti hələ qalır. Bu halda xilas edilmiş şəxs oyanıqlıq halında, bəzən tormozlanma
vəziyyətində olur. Zərərçəkmiş şəxsin dəri və gözlə görünən selikli qişaları göyümtül rəgdə olur, o
titrəyir, tənəffüsü səthi, tezləşmiş, küylü olur. Qarnın yuxarı hissəsi köpür, bir müddətdən sonra mədə
möhtəviyyatlı qarışıq udulmuş su qaytarılır. Ümumi zəiflik, baş ağrıları və öskürək qeyd olunur.
Aqonal dövrdə - huş itir, tənəffüs və ürək fəaliyyəti saxlanılır. Dəri örtüyü soyuq, kəskin
göyümtül rəngdə olur. Zərərçəkənin ağzından və burnundan çəhrayı rəngli köpüklü maye xaric olunur,
tənəffüs fasiləli, nəfəsalma xarakterik seyrək, qıcolmalarladır. Ürək döyüntüləri zəif, seyrək,
aritmikdir. Nəbz yalnız magistral arteriyalar (yuxu, bud) üzrərində ayırd edilir.
Kliniki ölüm – dövründə bəbəklər genəlir, işığa qarşı reaksiya olmur, tənəffüs olmur, ürək
fəaliyyəti dayanır. Bu dövr 3-5 dəqiqə davam edir.