Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə115/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   110   111   112   113   114   115   116   117   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
Şöbə: “Müalicə işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci
91
MÖVZU 44
 
Avtonom şəraitdə sağqalma 
Müxtəlif təbii, sosial, texnogen və s. fəlakətlər zamanı iri sənaye mərkəzləri, əhalinin sıx 
yaşadığı ərazilər zərbə altında qala bilər. Ümumiyyətlə, əhali iri sənaye obyektləri olan ərazidə daha 
çox cəmlənir. Fəlakətin həmin ərazidə baş verməsi çoxlu insan tələfatına səbəb ola bilər. Dinc əhaliyə 
qarşı törədilən terror aktları, müharibələr, kütləvi qırğın silahları, bioloji silahlar, kimyəvi silahlar və s. 
düşünülmüş sürətdə insanların məhvinə yönəldilir. Həm təbii fəlakətlər, həm insanların məhvinə 
yönəldilən vasitələr, həm də sənaye qəzaları zamanı həmin fəlakət ocağında kütləvi insan təlafatı 
əhatəsində bir və ya bir neçə nəfər avtonom şəraitdə sağ qala bilər. Avtonom sağqalma zamanı elə 
şəxslər ola bilər ki, heç bir zədə almasın, ya da sadəcə həyat üçün təhlükəli olmayan adi zədələnmə 
alsın. Belə hallarda həmin şəxs bütün baş verən hadisələrin içərisində olur, müşahidə edə bilir, yalnız 
təsadüf nəticəsində sağ qalır. Belə şəxslər ilk öncə fəlakətin növündən, şəraitindən asılı olaraq düşdüyü 
yerdən çıxardılır, soyuq havada bədəni isidilir, paltarı dəyişdirilir, isti maye içirdilir, isti hava 
şəraitində sərin su içirdilir, geyimi dəyişdirilir. 
Adətən, belə şəxslər baş beyində dərin ―iz‖ buraxan stress keçirdirlər. Bu stress uzun müddət 
onları təqib edir. Stress-fövqəladə qıcığın təsiri ilə yaranan orqanizmin ümumi gərginlik vəziyyətidir. 
Bu termin ilk dəfə kanadalı Q.Selye tərəfindən elmə gətirilib. O, sübut edib ki, orqanizmdə fövqəladə 
qıcığın təsiri ilə baş beyində yerləşən hipofiz vəzisində adrenokortikotrop hormonun sekresiyası artır. 
Bunun nəticəsində qana çoxlu miqdarda hormonlar-kortikosteroidlər daxil olur. Stress nəticəsində 
böyrəküstü vəzlərin beyin maddəsində adrenalin ifraz olunur. Bu və digər hormonların təsiri ilə 
orqanizm yeni şəraitə uyğunlaşır. Belə uyğunlaşma fiziki, kimyəvi, emosional və digər qıcıqların təsiri 
üçün spesifik deyil, əksinə ümumidir. Bu da adaptasiya sindromu adlanır. Adaptasiya sindromu 
(təkrari qıcıqlarda bir neçə dəfə olan sterssdə) hormonların lazımi dozadan çox ifrazı və hormon 
artığının orqanizmə zərərli təsiri nəticəsində əsas xəstəliyə çevrilə bilər. Bu hal yanaşı xəstəliklərin də 
proqnozunu ağırlaşdırır. Belə ki, hipertoniya xəstəliyi hipertonik krizlə, mədənin iltihabi xəstəlikləri 
qanayan xora ilə nəticələnə bilər. Stressin təsirindən ürəkdə kiçik nekroz ocaqları əmələ gəlir. 
Adaptasiya sindromunun yaranmasında hormonlardan əlavə sinir sisteminin də mühüm rolu var. Belə 
müəyyən olunub ki, fövqəladə qıcıq ilk əvvəl simpatik sinir sisteminə və sinir mərkəzlərinə təsir edir, 
sonra isə hipofiz və böyrəküstü vəzlər fəaliyyətə başlayır. 
Ona görə də xilasedici dəstələr, feldşerlər belə şəxslərlə fəlakət ocağında rastlaşdıqda dərhal onu 
sakitləşdirməlidirlər. Belə şəxs üçün ilk yardımı psixoloq, psixoterapevt daha yaxşı edə bilər. Sinir 
sisteminin yüksək oyanıqılığı zamanı həmin şəxsi sakitləşdirmək mümkün olmadıqda sedativ, 
antidepressant və s. kimi dərman preparatlarından istifadə edilə bilər. Belə vəziyyətdə bəzi çətinliklər 
də mümkündür, çünki əgər avtonom şəraitdə sağ qalan şəxs hamilə qadın, yaxud uşaqdırsa, uzun 
müddət emosional gərginlik nəticəsində psixi pozğunluq, yaxud digər ağır vəziyyətlər mümkündür. 
Avtonom şəraitdə sağ qalan şəxs bilavasitə fəlakətdən zərər çəkməyibsə, əmək, psixi iş qabiliyyətinin 
bərpası həkimlərin, tibb işçilərinin üzərinə düşür. Belə vəziyyətlərdə sedativ dərman preparatlarından 
istifadə etmək lazımdır. Psixotrop dərman preparatlarına neyroleptiklər. trankvilizatorlar, 
antidepressantlar, psixostimulyatorlar aiddir. Bromidlər, valerian preparatları, korvalol, volokardin 
sakitləşdirici təsir göstərir. Sakitləşdirici kimi fenazepam, xlozepid, seduksendən istifadə olunur. 
Yuxarıda göstərilən dərman preparatlarından fərqli olaraq trankvilizatorlar emosional sferaya da 
yaxşı və seçici təsir göstərir. Qorxu hissini, narahatlığı, həyəcanı və gərginliyi aradan qaldırır. 
Trankvilizator qəbulundan sonra xəstə ətraf mühitə adekvat reaksiya verir. Ümumiyyətlə, sakitləşdirici 
dərman preparatlarını ardıcıl, yüksək dozada qəbul etmək olmaz. Bu zaman orqanzmin dərman asılılığı 
yarana bilər. 
Azərbaycanda ―Merkuri-2‖ gəmisinin batması zamanı da sağ qalan şəxslər uzun müddət həkim 
nəzarəti altında qaldılar. Türkiyədə zəlzələ zamanı dağılmış binaların, qalaqlanmış dağıntıların 
altından çıxarılan, sağ qalmış şəxslər psixiatr, psixoloq müalicəsindən sonra öz iş qabiliyyətlərini bərpa 
etdilər.



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin