Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə46/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   42   43   44   45   46   47   48   49   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
Şöbə: “Müalicə işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci
38
MÖVZU 17 
Təbii fəlakət, iri qəza, bədbəxt hadisələrdə İTY 
Zəlzələ zamanı ocaqda görülən tədbirlər və ilk tibbi yardım 
Mənzilləri tərk edən insanlar oraya tez bir vaxtda qayıda bilmir. Buna görə də seysmik 
rayonlardakı müəssisələr belə hallar üzrə fəaliyyət planlarında əhalinin yerləşdirilməsi üçün çadır 
şəhərciklərinin yaradılması, eləcə də lazımı köçürmə vasitələri, ərzaq, dərman və s. ehtiyyatlarının 
hazırlanması əvvəlcədən nəzərdə tutulmalıdır. İstehsalat qəzalarının, kütləvi yanğınların qarşısını 
almaq üçün zəlzələnin başladığı barədə məlumat siqnalı verilən andan sinxron olaraq enerji, qaz 
verilişinin kəsilməsi üçün tədbirlər görülməlidir. Adamlar bir neçə saniyə ərzində binaları tərk etməli, 
mümkün olduğu halda qapıların tağı altında, stolun, skamyanın, çarpayının altında daldalanmalıdırlar. 
Pəncərədən, balkondan kənarda dayanıb, daxili divarın küncünə sıxılmaq lazımdır. Təkanlar bitəndən 
sonra özünə və ətrafdakılara yardım göstərmək lazımdır. Tibbi vasitələrdən ilk tibbi yardım 
apteçkasindən istifadə edib sarğı qoymaq, immobilizasiya aparmaq və zədə almış adamlar haqqında 
xəbər vermək. 
Qasırğa zamanı ocaqda görülən tədbirlər və ilk tibbi yardım 
İlk növbədə lazım olan şeyləri (ərzaq, paltar, odeyallar, fənər, şəxsi sənədlər, ilk yardım 
apteçkasi dərmanlar, batareyalı radioqəbuledici ) bir çantaya yığıb, əl altda saxlamaq lazımdır. Harada 
gizlənəcəyini (zirzəmi, birinci mərtəbələr), yaxud qasırğa ailə üzvlərini müxtəlif yerlərdə ( işdə, 
məktəbdə) yaxalayacağı ehtimalı varsa, insanlar bütün ailə üzvlərinin yığışacağı yeri müəyyən 
etməlidirlər. Fəlakət zamanı təmkinli olmaq lazımdır, hökümət orqanlarının və xilasedicilərin 
təlimatlarını dinləyib icra etmək lazımdır. Zədələnmiş və uçqun altında qalmış şəxslərə ilk tibbi yardım 
göstərmək lazımdır. Zədələnmiş elektrik naqillərinə yaxınlaşmaq olmaz. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin