Mühazirə MÖvzu 1 Fəlakət təbabəti və Mülki Müdafiə tibb xidmətinin tə şkili, quruluşu, fə nni, vəzifələri MÖvzu 2


İlk həkim yardımı və ixtisaslı cərrahi yardım mərhələsində xəstə və yaralılar çeşidlənmə



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə52/118
tarix17.11.2022
ölçüsü1,52 Mb.
#69524
növüMühazirə
1   ...   48   49   50   51   52   53   54   55   ...   118
Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti

İlk həkim yardımı və ixtisaslı cərrahi yardım mərhələsində xəstə və yaralılar çeşidlənmə 
meydançasında əvvəlcədən 3 qrupa bölünürlər: 
1. Sanitar təmizlənməyə ehtiyacı olan xəstələr və yaralılar. Bunlara radioaktiv və davamlı zəhərli 
maddələrlə təmasda olmuş yaralılar aiddir. Şəraitdən asılı olaraq bunlar tam, yaxud, qismən sanitar 
təmizlənmədən keçməli və yenidən çeşidlənmə meydançasına gətirilməlidirlər. 
2. Təcrid olunmalı yaralılar. Buna infeksion xəstələr, yaxud infeksiyanın olmasına şübhə doğuran 
şəxslər aiddir. Onlar təcridxanada yerləşdirilir. 
3. Bu qrupa ətrafdakılar üçün təhlükə törətməyən yaralılar və xəstələ aiddir. Bunlar özləri də yüngül 
və ağır yaralılar qrupuna bölünür və müəyyən müalicə tədbirlərinin yerinə yetirilməsi üçün 
qruplaşdırılır. 
Tibbi təxliyyə prosesində yaralılar şərti olaraq 4 qrupa bölünürl ər: 
1. həmin mərhələdə yardıma ehtiyacı olanlar 
2. təxliyyə olunmalı xəstə və yaralılar (bunlara yardım sonrakı mərhələdə nəzərdə tutulur) 
3. yüngül yaralılar. Bunlar həmin mərhələdə tam sağalana qədər saxlanılır, yaxud da dərhal hərbi 
hissələrə qaytarılırlar. 
4. ümidsiz xəstə və yaralılar.
Tibbi çeşidlənmə müəyyən mərhələdə yardımın həcminə uyğun olaraq aparılır. Tibbi 
çeşidlənmədə həkim hər bir xəstə və yaralı üçün nəzərdə tutulan diaqnoza və zədələnmənin 
proqnozuna istinad edir. Bu və ya digər fəsadlaşmalara (məs: qanaxma, travmatik şok, uzunmüddətli 
sıxılma sindromu, anaerob infeksiya və s.) xüsusi diqqət yetirilir. İxtisaslı cərrahi yardım 
mərhələsindən başlayaraq çeşidlənmə ceşidləmə briqadası tərəfindən xüsusi rəngli marka və 
nişanlardan istifadə edilməklə yerinə yetirilir. 


Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti 
 
Şöbə: “Müalicə işi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci
43

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   118




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin