Müharibə dövründə MMTX-in fəaliyyəti sülh dövründə olduğundan fərqli olaraq çox mürəkkəb və ağır şəraitdə keçir: 1. Ümumi şəraitin tez-tez dəyişilməsinə uyğun olaraq tibb xidmətinin öz iş üslubu, forma və
yerlərini dəyişməyə məcbur olması;
2. Qısa bir müddət ərzində kütləvi sanitar itkilərin (onların arasında kombinəolunmuş zədələnmələr,
politravmalar və müştərək yaranmalar üstünlük təşkil edəcəkdir) meydana gəlməsi;
3. Yaşayış məntəqələrin və ərazinin sanitar-epidemioloji və əhalinin maddi – məişət vəziyyətinin
aşağı düşməsi ilə əlaqədar olaraq adi yoluxucu xəstəliklərin meydana gəlmə və yayılma təhlükəsinin
artması;
4. Bir çox patoloji proseslərin (pnevmoniya, mədənin xora xəstəliyi, ağ ciyərlərin vərəmi və s.)
gedişinin ağırlaşması;
5. Müasir silahların xüsusi ilə KQS-nin tətbiqinin insanlara psixoloji təsir etməsi;
6. Sülh vaxtında nadir rast gəlinən patologiyanın (şüa xəstəliyi, ―səngər ayağı‖, tetanus və s.)
sayının xeyli artması.
Belə ekstremal vəziyyətlər MMTX-dən ümumi və tibbi şəraiti dərindən və geniş təhlil edib,
qiymətəndirməyi, əhalinin tibbi təminatının təşkili üzrə işini düzgün qurmağı və çevik manevr etməyi
tələb edilir.
Fənn: Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti Şöbə: “Müalicə işi” 2 nömrəli Bakı Baza Tibb Kolleci 66
Kombinəolunmuş zədələnmə ocağında tibbi yardımın təşkili xüsusiyyətləri Kombinəolunmuş zədə ocağlarında xəsarətalmışlara tibbi yardımın təşkili MMTX üçün böyük
çətinliklər yaradır. Bunun üçün ilk öncə tətbiq olunan silahın növü və gözlənilən xarakterik
zədələnmələr nəzərə alınmalıdır. Nüvə və kimyəvi silahın tətbiq olunduğu ocağa əsasən ZM-nin
təsirinə məruz qalmış insanlara tibbi yardımın göstərilməsi təşkil olunmalıdır. İlk növbədə ocağa SD-
lar daxil olmalıdır. SD-lar üçün kiçik sahələr ayrılmalı və onlar üçün ayrılmış avtomobillər işlədiyi
sahələrə SD-lar maksimum dərəcədə yaxınlaşmalıdır. Sanitar drujinalar ocaqda dəri və tənəffüsün
mühafizə vasitələrindən istifadə etməlidir.
Ocağa daxil olmazdan əvvəl sanitar drujinaçılar fərdi aptekçədə olan antibakterial həblərdən
qəbul etməlidirlər.